05 May 2026 16:58
153
İQTİSADİYYAT
A- A+
Beynəlxalq Valyuta Fondu Yaxın Şərqdəki müharibənin uzanmasının nəticələri barədə xəbərdarlıq edib  

Beynəlxalq Valyuta Fondu Yaxın Şərqdəki müharibənin uzanmasının nəticələri barədə xəbərdarlıq edib  


Yaxın Şərqdəki müharibənin 2027-ci ilə qədər uzanması və neftin qiymətlərinin təxminən 125 dollara yüksəlməsi vəziyyətində qlobal iqtisadiyyat daha pis nəticələrlə üzləşə bilər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondu (IMF) idarəedici direktoru Kristalina Georgieva deyib.

O, IMF-nin qısamüddətli münaqişəni fərz edən istinad ssenarisinin müharibənin davam etməsi səbəbindən artıq etibarlı olmadığını bildirib. Bu ssenaridə iqtisadi artımın bir qədər yavaşlaması (3,1 faiz) və inflyasiyanın məhdud artımı (4,4 faiz) proqnozlaşdırılırdı.

“Bu ssenari getdikcə daha uzaqda qalır. Davam edən müharibə, neft qiymətlərinin 100 dollardan yuxarı qalxması və artan inflyasiya təzyiqləri səbəbindən IMF-nin mənfi ssenarisi artıq baş verir. Əgər bu vəziyyət 2027-ci ilə qədər davam edərsə və neft qiymətləri 125 dollar civarına çatarsa, daha pis nəticə gözləməliyik. Artan inflyasiyanı görəcəyik və qaçılmaz olaraq inflyasiya gözləntiləri pisləşməyə başlayacaq”, - deyə IMF-nin rəhbəri qeyd edib.

Qeyd edək ki, IMF Yaxın Şərqdəki müharibənin yaratdığı əhəmiyyətli qeyri-müəyyənlik səbəbindən keçən ay 2026-cı və 2027-ci illərdə qlobal iqtisadi artımla bağlı 3 ssenari açıqlayıb: baza - istinad proqnozu, orta - mənfi ssenari və daha ağır – ciddi ssenari.

Mənfi ssenaridə bu il qlobal iqtisadi artımın 2,5 faizə enməsi, inflyasiyanın isə 5,4 faizə yüksəlməsi proqnozlaşdırılır. Ən pis ssenaridə isə iqtisadi artımın 2 faizə düşəcəyi, inflyasiyanın isə 5,8 faizə qalxacağı gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində növbəti təlim toplanışı başa çatıb

18:34
05 May

Beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş baş tutub  

18:33
05 May

 Cənubi Qafqazda sülh Azərbaycanın qətiyyəti ilə formalaşır  

18:31
05 May

Tullantı zavodlarında robotlar işə başlayır

18:31
05 May

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 152 minə yaxınlaşıb

18:29
05 May

Çində zavodda partlayış zamanı 21 nəfər həyatını itirib   

18:15
05 May

Dünyada neft bahalaşdı

18:08
05 May

Fars körfəzində 87 ölkənin gəmisi gözləyir

17:57
05 May

İslam İnkişafı Bankı Azərbaycanda bərpa və inkişaf layihələrini dəstəkləyir

17:56
05 May

Avropanın rəqəmsal gələcəyi enerji böhranı səbəbindən təhlükədədir

17:31
05 May

Samsung ailəsi rekord məbləğdə miras vergisi ödəyib

17:23
05 May

Ağ Ev yaxınlığında atışma

17:21
05 May

Rusiya Qələbə Gününü qeyd etmək üçün 8 və 9 may tarixlərində Ukrayna ilə atəşkəs elan edib

17:16
05 May

Ağ Ev yaxınlığında atışma

17:03
05 May

Beynəlxalq Valyuta Fondu Yaxın Şərqdəki müharibənin uzanmasının nəticələri barədə xəbərdarlıq edib  

16:58
05 May

Ulu Öndər Heydər Əliyevin sosial sahənin inkişafındakı xidmətlərindən danışılıb  

16:46
05 May

Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankına üzvlüyündə maraqlıdır  

16:42
05 May

WUF13-də iştirakla bağlı 170 ölkədən 26 mindən çox insan qeydiyyatdan keçib – proses davam edir

16:32
05 May

Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığın dərinləşməsi prosesini yaşayır  

16:16
05 May

“Goldman Sachs”: Qlobal neft ehtiyatları 8 ilin minimumundadır

15:59
05 May

Qızılın qiyməti beşhəftəlik minimumdan sonra artıb

15:48
05 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!