05 May 2026 16:42
152
İQTİSADİYYAT
A- A+
Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankına üzvlüyündə maraqlıdır  

Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankına üzvlüyündə maraqlıdır  


Özbəkistanın Səmərqənd şəhərində keçirilən Asiya İnkişaf Bankının (AİB) İllik Toplantısı çərçivəsində Azərbaycanın maliyyə naziri Sahil Babayev “Qlobal dəyər zəncirlərinin, texnologiya və inklüziv artımın dəyişdirilməsi” mövzusunda keçirilən Rəhbərlər Şurasının plenar sessiyasında iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda qlobal dəyər zəncirlərində texnoloji transformasiya, regional inteqrasiyanın dərinləşdirilməsi və iqtisadi dayanıqlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, avtomatlaşdırma, süni intellekt və rəqəmsal texnologiyalar istehsal və təchizat zəncirlərini sürətlə dəyişdirir, xidmət sektorunun rolunu artırır və bu proses yeni çağırışlar yaradır.

Eyni zamanda, inkişaf etməkdə olan ölkələrin qlobal dəyər zəncirlərinə daha effektiv inteqrasiyası üçün bacarıqların inkişafı, infrastrukturun təkmilləşdirilməsi, rəqəmsallaşma və maliyyəyə çıxışın genişləndirilməsinin vacibliyi qeyd edilib. Bu kontekstdə regional əməkdaşlığın gücləndirilməsi və təchizat zəncirlərinin şaxələndirilməsi vasitəsilə iqtisadi dayanıqlılığın artırılmasında AİB-nin aparıcı rolu vurğulanıb.

İllik Toplantının üçüncü günündə Azərbaycanın maliyyə naziri S.Babayev Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili ilə görüşüb. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb, institusional əməkdaşlıq çərçivəsində Hökumətlərarası Komissiyanın ikitərəfli əməkdaşlığın əlaqələndirilməsi və prioritet istiqamətlərin inkişaf etdirilməsi baxımından mühüm platforma olduğu bildirilib.

S.Babayev qeyd edib ki, nəqliyyat və tranzit sahəsində əməkdaşlıq, xüsusilə Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz çərçivəsində Bakı–Tbilisi–Qars dəmir yolu və digər logistika marşrutları regional ticarətin genişlənməsinə və təchizat zəncirlərinin dayanıqlığının güclənməsinə mühüm töhfə verir. Nazir bu sahədə tranzit siyasəti üzrə koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin strateji regional enerji layihələrinə toxunaraq bildirib ki, Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi və Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji dəhlizi regional əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və bu layihələrin icrasının sürətləndirilməsi, eləcə də beynəlxalq maliyyələşmənin cəlb edilməsi prioritet istiqamətlərdəndir.

Görüş zamanı, həmçinin dövlət maliyyəsi sahəsində həyata keçirilən islahatlar, fiskal dayanıqlığın gücləndirilməsi, dövlət-özəl tərəfdaşlığı mexanizmləri və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, regional layihələr üzrə koordinasiyanın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər yaxın zamanlarda iki ölkənin maliyyə nazirlikləri arasında əməkdaşlığa dair memorandumun hazırlanaraq imzalanması barədə razılıq əldə ediblər.

Maliyyə nazirinin müavini Himalay Məmişovun Çinin Maliyyə Nazirliyinin nümayəndələri ilə görüşündə isə Azərbaycan və Çin arasında münasibətlərin dinamik inkişafı yüksək qiymətləndirilib, ikitərəfli əlaqələrin siyasi etimad, həmçinin energetika, nəqliyyat və rəqəmsal transformasiya sahələrində artan əməkdaşlığa əsaslandığı vurğulanıb. Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli platformalar, o cümlədən AİB çərçivəsində Çin ilə tərəfdaşlığın daha da möhkəmləndirilməsində maraqlı olduğu qeyd edilib. Eyni zamanda, regionda nəqliyyat-logistika bağlantılarının gücləndirilməsi, dayanıqlı inkişaf və regional inteqrasiya gündəliyinə Azərbaycanın sadiqliyi bir daha ifadə olunub.

Görüşdə Azərbaycanın sənaye zonalarında Çin şirkətlərinin daha fəal iştirakı, istehsalat və yaşıl texnologiyalar, rəqəmsal iqtisadiyyat və logistika sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsinin ölkəmizin strateji maraqlarına uyğun olduğu və bu istiqamətdə tərəfdaşlıq layihələrinin reallaşdırılmasının vacibliyi vurğulanıb.

H.Məmişov Çinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan ilə Çin arasında iqtisadi-ticari əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Qeyd olunub ki, xüsusilə ixracın diversifikasiyası və qeyri-neft sektorunda ticarət dövriyyəsinin artırılması qarşılıqlı münasibətlərin əsas inkişaf istiqamətlərindən biri kimi çıxış edir.

Çin tərəfi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankına mümkün üzvlük məsələsinin nəzərdən keçirilməsini xahiş edib.

H.Məmişovun Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Baş investisiya direktoru Konstantin Limitovski ilə keçirilən görüşündə isə Azərbaycan ilə AİİB arasında əməkdaşlığın uğurla davam etdiyi qeyd olunub, Bankın Azərbaycanın infrastrukturun inkişafı və yaşıl keçid sahələrində əsas beynəlxalq maliyyə tərəfdaşlarından biri kimi çıxış etdiyi vurğulanıb.

Maliyyə nazirinin müavini bildirib ki, Azərbaycan 2016-cı ildən AİİB-nin təsisçi üzvü kimi bankla əməkdaşlığını uğurla davam etdirir və bu əməkdaşlıq “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə tam uyğun olaraq ölkənin strateji inkişaf hədəflərinin reallaşdırılmasına xidmət edir. Eyni zamanda, 2025-ci ilin sentyabrında imzalanmış Birgə Bəyannaməyə sadiqlik bir daha ifadə olunub.

Görüşdə AİİB-nin maliyyələşdirdiyi layihələr, o cümlədən TANAP qaz kəməri, “Bankə” və “Biləsuvar” günəş elektrik stansiyaları və digər layihələr üzrə müvafiq maliyyələşmələrin təmin olunduğu diqqətə çatdırılıb. Tərəflər, həmçinin Bakı metrosunun genişləndirilməsi, dayanıqlı infrastruktur, yaşıl enerji, iqlim maliyyələşdirilməsi, dövlət-özəl tərəfdaşlığı və rəqəmsal infrastruktur kimi prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb, maliyyələşdirmə alətlərinin diversifikasiyası və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Toplantı çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri, həmçinin AİB-nin Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində keçirilən “Turizmlə regionların əlaqələndirilməsi” adlı tədbirdə iştirak edib.

AİB-nin Azərbaycan üzrə ölkə direktoru Sünniyə Durrani-Camalın moderatorluğu ilə keçirilən sessiyada bildirilib ki, turizm sektorunun qlobal ÜDM-də payı hazırda təxminən 10 faiz təşkil edir və bu göstəricinin 2030-cu ilə qədər CAREC regionunda 13 faizə çatdırılması üçün böyük potensial mövcuddur. Bu məqsədə nail olmaq üçün region ölkələri arasında koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.

Qeyd olunub ki, turizmin inkişafı baxımından region ölkələrinin müqayisəli üstünlüklərinin müəyyən edilməsi, regionu əhatə edən vahid turizm marşrutlarının formalaşdırılması, bu marşrutlar üzrə vahid viza mexanizmlərinin tətbiqi və sərhəd-keçid proseslərinin sadələşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, turizm sahəsində rəqəmsal alətlərin geniş tətbiqi və regionun vahid turizm məkanı kimi təşviqi istiqamətində addımların atılmasının zəruriliyi diqqətə çatdırılıb. Bununla yanaşı, özəl sektorun turizm sahəsində fəallığının artırılması və bu istiqamətdə əlverişli biznes mühitinin yaradılması vacib amillərdən biri kimi qeyd edilib.

Tədbir çərçivəsində, həmçinin AİB-nin region ölkələrinə turizm sektorunun inkişafı və regional inteqrasiyanın gücləndirilməsi istiqamətində dəstək göstərməyə hazır olduğu bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fars körfəzində 87 ölkənin gəmisi gözləyir

17:57
05 May

İslam İnkişafı Bankı Azərbaycanda bərpa və inkişaf layihələrini dəstəkləyir

17:56
05 May

Avropanın rəqəmsal gələcəyi enerji böhranı səbəbindən təhlükədədir

17:31
05 May

Samsung ailəsi rekord məbləğdə miras vergisi ödəyib

17:23
05 May

Ağ Ev yaxınlığında atışma

17:21
05 May

Rusiya Qələbə Gününü qeyd etmək üçün 8 və 9 may tarixlərində Ukrayna ilə atəşkəs elan edib

17:16
05 May

Ağ Ev yaxınlığında atışma

17:03
05 May

Beynəlxalq Valyuta Fondu Yaxın Şərqdəki müharibənin uzanmasının nəticələri barədə xəbərdarlıq edib  

16:58
05 May

Ulu Öndər Heydər Əliyevin sosial sahənin inkişafındakı xidmətlərindən danışılıb  

16:46
05 May

Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankına üzvlüyündə maraqlıdır  

16:42
05 May

WUF13-də iştirakla bağlı 170 ölkədən 26 mindən çox insan qeydiyyatdan keçib – proses davam edir

16:32
05 May

Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığın dərinləşməsi prosesini yaşayır  

16:16
05 May

“Goldman Sachs”: Qlobal neft ehtiyatları 8 ilin minimumundadır

15:59
05 May

Qızılın qiyməti beşhəftəlik minimumdan sonra artıb

15:48
05 May

Ukrayna Prezidenti Rusiyanın müharibədə itkiləri barədə danışıb

15:37
05 May

Prezident İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK  

15:34
05 May

Praqmatik siyasətin və milli maraqlara söykənən strateji kursun təcəssümü

15:30
05 May

Mayda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar

15:28
05 May

Azərbaycan-İtaliya münasibətləri bütün sahələr üzrə yüksələn xətlə inkişaf edir

15:25
05 May

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

15:13
05 May

Rumıniya nəşri: Qlobal enerji bazarında baş verən dəyişikliklər Azərbaycanın iştirak etdiyi layihələrin əhəmiyyətini artırır

15:12
05 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!