07 Avqust 2024 19:09
224
CƏMİYYƏT
A- A+

Bakı Tikiş Evinin şöbə müdiri: İl ərzində 100 mindən çox məktəbli forması istehsal olunur

 

Məktəbli formalarının istehsalı üçün Bakı Tikiş Evinə (BTE) heç bir qurum sifariş vermir. Bütün məhsullar BTE-nin büdcəsi hesabına hazırlanır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində BTE-nin Satış şöbəsinin müdiri Etibar Əzimov deyib. Onun sözlərinə görə, BTE paytaxtda olan 11 satış mərkəzində məktəbli formasının il ərzində fasiləsiz satılmasını təmin edir.

Etibar Əzimov bildirib ki, cari ildə məktəbli formalarında şalvarların satışına 20 faiz endirim tətbiq olunub: “Ölkəmizdə saxta məktəbli formaları istehsal edən xeyli işbazlar var. BTE-nin mağazalarında satılan mallara bir il müddətində zəmanət veririk. Məhsullarımız keyfiyyətlidir, istifadə etdiyimiz parçaları Türkiyə və Belarusdan alırıq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, geyimlərimiz bütün parametrlərə cavab verir. Məhsullarımız təbii materiallardan hazırlandığı üçün qiymətləri o qədər də ucuz deyil. Məsələn, ötən il 25 manata satılan məktəbli şalvarının qiyməti bu il 20 manatdır. Endirimin başlıca səbəbi də saxta geyimlərin satışının qarşısının alınmasıdır. Çünki saxta geyimlər 16 manata satılır, bizdə 25 manata olduqda almırlar. Qiymət fərqi az olduqda alıcı da keyfiyyətli məhsula üz tutacaq.

Bizim istehsal etdiyimiz geyimlər bir ildən çox geyinilir, hətta səliqəli geyinənlər 2-3 il istifadə edirlər. Məhsullarımızın rəngi solmur, yuyulduqda deformasiya halları baş vermir”.

Etibar Əzimov məktəbli formalarının qiymətlərinin məhsulun ölçüsündən asılı olmayaraq eyni olduğunu söyləyib: “Məsələn, 26 ölçüdən 54 ölçüyədək bütün köynəklər 16 manatdır. Hətta 56-58-60 ölçüyədək geyimlərin tikilməsinə başlamışıq. Burada cəmi 5 manatlıq material fərqi var. 20 manata satılan məhsul bu böyük ölçülərdə 25 manata satılır. Böyük ölçü geyinən uşaqlara forma tapmaq çətin olduğu üçün valideyn bu qiymətə etiraz etmir.

Bununla yanaşı, regionlardan Quba, Qəbələ, Şamaxı, Bərdə, Lənkəran və Masallıda rəsmi satış mağazalarımız mövcuddur. Hansısa regionda mağaza açmaq üçün regional təhsil idarəsi bizə müraciət etməlidir. Onlar təşəbbüs göstərdikdə mağaza aça bilərik. Lakin satışı əsasən Bakıda həyata keçiririk.

Satış strategiyamız ötən ilin miqdarına əsasən tənzimlənir. Anbarda daim parçamız olur. Əgər satış artırsa, hansı ölçünün sayı gündəlik azalırsa, onun tikilməsinə başlanılır. Bir-iki gün ərzində forma hazırlanır. Təxminən 100 mindən çox məktəbli forması istehsal olunur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video