24 İyul 2025 11:20
678
İQTİSADİYYAT
A- A+
“Bakı Metropoliteni” QSC yeni stansiyaların tikintisi ilə bağlı layihələndirilmə işlərinə başlayıb  

“Bakı Metropoliteni” QSC yeni stansiyaların tikintisi ilə bağlı layihələndirilmə işlərinə başlayıb  

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində “Bakı Metropoliteni” QSC-də infrastrukturun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində növbəti mühüm addım atılıb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, “AZCON Holding” şirkətlərindən olan Bakı metrosu ilə Türkiyənin beynəlxalq təcrübəyə malik “Yüksel Proje” mühəndislik və layihələndirmə şirkəti arasında müqavilə imzalanıb və artıq öhdəliklərin icrasına start verilib.

Müqavilə çərçivəsində:

-Yaşıl xətt üzrə Y14–Y17 və Bənövşəyi xətt üzrə B5–B8 stansiyaları və bu stansiyalar arasında tunellərin layihələndirilməsi;

-“28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılmasının layihələndirilməsi;

-“İçərişəhər” stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur.

Müqavilənin ümumi dəyəri 35,4 milyon manat təşkil edir və satınalma prosesi “Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq bir mənbədən satınalma metodu ilə həyata keçirilib.

Vergi və inzibati öhdəliklərin Azərbaycan hüququna uyğun şəkildə icrası, qanunvericilik çərçivəsində fəaliyyət, eyni zamanda, layihənin idarə olunmasında səmərəliliyi artırmaq məqsədilə müqavilə “Yüksel Proje” şirkətinin Azərbaycanda təsis etdiyi “Yüksel Proje” MMC ilə imzalanıb.

Qeyd edək ki, dünyanın ən böyük 225 layihələndirmə şirkətinin müəyyən edildiyi ENR 2023 siyahısında 162-ci yerdə qərarlaşmış “Yüksel Proje” 45 ildən artıq beynəlxalq təcrübəyə malikdir. Şirkət bu günə qədər dünyanın 30-dan çox ölkəsində, eləcə də Türkiyənin bir sıra böyük şəhərlərində metro və dəmir yolu layihələrinin uğurla layihələndirilməsi və idarə edilməsində iştirak edib. Fəaliyyətində müasir texnologiyalara əsaslanan şirkət Tikinti İnformasiya Modelləşdirilməsi metodologiyasından istifadə edir və “ISO 9001”, “ISO 14001” və “ISO 45001” beynəlxalq sertifikatlarına sahibdir.

Yeni əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələr Bakı Metropoliteninin strateji inkişafına töhfə verəcək, şəhərin nəqliyyat yükünü azaldacaq, sərnişin rahatlığını əhəmiyyətli dərəcədə artıracaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Süni intellekt üzrə qlobal reytinq yenilənib: Azərbaycanın mövqeyi güclənib - ŞƏRH  

15:11
05 Yanvar

Yaponiyada ilin ilk hərracında mavi tuna balığı 3,2 milyon dollara satılıb  

14:49
05 Yanvar

Fransada özəl müəssisələrdə çalışan həkimlər tətilə başlayıblar  

14:49
05 Yanvar

Media: Cozef Bayden ABŞ prezidentləri arasında ən çox təqaüd alan şəxsdir  

14:37
05 Yanvar

“TRT Türk” radiosunda efirə çıxan “Azərbaycan rüzgarı” yayımını 2026-cı ildə də davam etdirir

14:21
05 Yanvar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub  

14:06
05 Yanvar

Sorğu: Fransa vətəndaşlarının 60 faizdən çoxu ölkədəki vəziyyətdən narahatdır  

13:59
05 Yanvar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanda səfərdədir  

13:48
05 Yanvar

Ötən gün Türkiyənin külək enerjisi istehsalında rekord göstərici qeydə alınıb  

13:42
05 Yanvar

2026-cı ildə elektron cihazların qiymətləri bahalaşa bilər  

13:41
05 Yanvar

Azərbaycanda son beş ildə uşaqlara ən çox qoyulan adlar məlum olub

13:36
05 Yanvar

Sabah bəzi yerlərdə duman olacaq

13:33
05 Yanvar

Nazirlik: Azərbaycanda LED lampaların istifadəsi genişlənir  

13:31
05 Yanvar

Vətəndaşlar sərhədkeçmə məlumatlarına “mygov” platformasında baxa biləcəklər  

12:59
05 Yanvar

Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu əbədidir

12:29
05 Yanvar

Şuşakənd ilk əsgərini qarşılayıb  

12:27
05 Yanvar

ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat zamanı 30-dan çox kubalı həlak olub  

12:20
05 Yanvar

Azərbaycanlı gənc alim aerokosmik tədqiqatlar üzrə beynəlxalq reytinqdə üçüncü yerə layiq görülüb  

12:19
05 Yanvar

Media: Azərbaycanla əməkdaşlıq Aİ-ni geosiyasi böhranlara daha dayanıqlı edib  

11:45
05 Yanvar

2026 və 2027-ci illərdə neftin qiyməti necə dəyişəcək?  

11:38
05 Yanvar

TAP kəməri ilə Avropaya göndərilən Azərbaycan qazının həcmi açıqlanıb 

11:01
05 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!