04 Avqust 2026 09:20
279
SİYASƏT
A- A+
Bakı-Bişkek əlaqələri: strateji tərəfdaşlıqdan müttəfiqliyə

Bakı-Bişkek əlaqələri: strateji tərəfdaşlıqdan müttəfiqliyə


Azərbaycan-Qırğızıstan münasibətlərinin dərinləşməsi Avrasiyanın nəqliyyat və təhlükəsizlik arxitekturasını, türk dünyasının geostrateji birliyini daha da möhkəmləndirir


Azərbaycanın Mərkəzi Asiya istiqamətində yürütdüyü xarici siyasət keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qlobal mənzərənin sürətlə dəyişdiyi, beynəlxalq nəqliyyat və logistika dəhlizlərinin əhəmiyyətinin kəskin artdığı bir dövrdə türk dünyasının inteqrasiyası etnik və mədəni bağlılıq müstəvisindən çıxaraq, geostrateji zərurətə çevrilib. Bu prosesdə Azərbaycan ilə Mərkəzi Asiya respublikaları, o cümlədən Qırğızıstan arasında qurulan münasibətlər özünün ən yüksək inkişaf səviyyəsini nümayiş etdirir. Ortaq soy-kök, mənəvi dəyərlər, dil və mədəniyyət təməlində formalaşan dialoq bu gün artıq sistemli və instutsional xarakter daşıyır. 

Bu fonda Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri ikitərəfli münasibətlərin inkişafında tarixi mərhələnin başladığını rəsmiləşdirdi və tərəfdaşlığı müttəfiqlik səviyyəsinə yüksəltdi. İki ölkə arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması və Azərbaycanın Mərkəzi Asiya dövlətləri başçılarının Məşvərət görüşlərinə tamhüquqlu tərəfdaş kimi qoşulması tərəflər arasında mövcud olan dərin etimadın aydın təzahürüdür. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında birbaşa coğrafi sərhədlərin olmamasına rəğmən, dövlət başçıları səviyyəsində saxlanılan intensiv təmaslar, son dörd il ərzində keçirilən yüksəksəviyyəli görüşlər siyasi iradənin konkret layihələrə çevrilməsini təmin edib.

Azərbaycan Respublikası və Qırğız Respublikası Dövlətlərarası Şurasının növbəti iclasının keçirilməsi də göstərir ki, tərəflər bəyanatlardan praktiki əməkdaşlıq müstəvisinə tam sürətlə keçid ediblər. Bişkek ilə rəsmiləşdirilən müttəfiqlik statusu, eyni zamanda Azərbaycanın türk dünyasının geostrateji inteqrasiyasına dair genişmiqyaslı baxışının mühüm tərkib hissəsidir. Türkiyə ilə imzalanan tarixi Şuşa Bəyannaməsi, Qazaxıstan və Özbəkistan ilə qurulan analoji müttəfiqlik münasibətlərindən sonra Qırğızıstanla da bu hüquqi çərçivənin tamamlanması Türk Dövlətləri Təşkilatının ikitərəfli dayaqlarını son dərəcə gücləndirir.

Çoxtərəfli institutların tam formalaşması zaman tələb etdiyi bir şəraitdə, ikitərəfli müttəfiqlik sazişləri təhlükəsizlikdən iqtisadiyyata, siyasətdən mədəniyyətə qədər bütün sahələrdə mexanizmləri dərhal hərəkətə gətirməyə və vahid mövqedən çıxış etməyə imkan verir. Siyasi sahədəki bu yüksək dinamika real iqtisadi göstəricilərdə də öz əksini tapmaqdadır. İki ölkə arasında ticarət dövriyyəsinin sürətlə artaraq 77 milyon dolları ötməsi,  Azərbaycan sərmayədarların İssık-Kul gölü ətrafındakı turizm və infrastruktur layihələrinə yatırımları uzunmüddətli iqtisadi etimadın bariz nümunəsidir. 

Bu xüsusda, Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon dollara qədər artırılması qərarı iqtisadi əməkdaşlıqda dönüş nöqtəsidir. Sözügedən fond sırf özəl təşəbbüsləri gözləmədən, birbaşa iri istehsal və infrastruktur layihələrini maliyyələşdirən effektiv təşəbbüskar rolunu oynayacaq, hər iki ölkədə yeni iş yerlərinin açılmasına və məşğulluğun yüksəlməsinə təkan verəcək. Eyni zamanda Qırğızıstan tərəfindən Ağdamda məktəb binasının inşası tərəflərin bəyanatlardan əməli həmrəyliyə keçdiyini aydın nümayiş etdirir.

İki tərəf arasındakı əməkdaşlığın ən mühüm və strateji istiqamətlərindən birini nəqliyyat, logistika və tranzit dəhlizlərinin inkişafı təşkil edir. Açıq dənizə çıxışı olmayan Mərkəzi Asiya dövlətləri, o cümlədən Qırğızıstan üçün Azərbaycanın müasir nəqliyyat infrastrukturu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa və qlobal bazarlara çıxış baxımından ən etibarlı və qısa qapıdır. Çindən başlayaraq Mərkəzi Asiya ölkələrindən və Azərbaycandan keçməklə Avropaya uzanan Orta dəhlizin geostrateji çəkisi günbəgün artır. 

Azərbaycan Mərkəzi Asiyanı dünya bazarları ilə əlaqələndirən əvəzsiz geoiqtisadi qovşaq statusunu daha da möhkəmləndirir, enerji təhlükəsizliyi və logistika sahəsində regional inteqrasiyanı dərinləşdirir. Səfər çərçivəsində qəbul edilmiş Çolpon-Ata Bəyannaməsi də Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoq, iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya və humanitar sahələrdə uzunmüddətli tərəfdaşlığın hüquqi-siyasi təməlini təşkil edir. Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərində fəal yer alması ölkəmizin regionun ayrılmaz strateji tərəfdaşına çevrildiyini, "Şərq-Qərb" və "Şimal-Cənub" tranzit dəhlizlərinin birləşdirici mərkəz rolu oynadığını təsdiqləyir. Prezident İlham Əliyevin "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq" bəyanatı da bu tarixi səfərin dərin siyasi və mənəvi mahiyyətini özündə ehtiva edir. Bu ifadə yalnız iki dövlət arasında hüquqi sənədlərin imzalanması deyil, gələcək onilliklər üçün müəyyənləşdirilən vahid strateji xəttin, qarşılıqlı etimadın və birgə məsuliyyətin ifadəsidir.

Bakı və Bişkek arasında möhkəmlənən bu strateji ittifaq regional təhlükəsizliyə, iqtisadi tərəqqiyə və türk dünyasının sarsılmaz birliyinə xidmət edən uzunmüddətli geostrateji arxitekturanın möhkəm təməllərindən biridir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb  

10:20
04 Avqust

ABŞ Rusiya Müdafiə Nazirliyinin qurumlarına və bir sıra fiziki şəxslərə sanksiya tətbiq edib  

10:10
04 Avqust

Süni intellekt qlobal siyasəti necə dəyişir?

10:00
04 Avqust

Ermənistan tarixi seçim və geosiyasi dilemma qarşısındadır

09:50
04 Avqust

Qisas qiyamətə qalmadı 

09:40
04 Avqust

"Kraudfandinq haqqında" qanunun iqtisadi əhəmiyyəti böyükdür

09:30
04 Avqust

Bakı-Bişkek əlaqələri: strateji tərəfdaşlıqdan müttəfiqliyə

09:20
04 Avqust

Şantaj və təhdid siyasi mübarizə üsulu deyil

09:10
04 Avqust

Kürşad ZORLU: "Türk dünyasına verdiyi töhfələrə görə Prezident İlham Əliyevə minnətdarıq"

09:00
04 Avqust

Çolpon-Atadan verilən strateji mesajlar

08:50
04 Avqust

Bakı-Bişkek: ortaq tarix və qarşılıqlı etimad müttəfiqlik münasibətlərinə keçir

08:40
04 Avqust

Avrasiyanın türk qütbü: Bakı və Bişkek arasında sarsılmaz müttəfiqlik müstəvisi

08:30
04 Avqust

Bu səfər Xəzərlə İssık-Kul arasında körpünü daha da möhkəmləndirdi

08:20
04 Avqust

Müasir Azərbaycan: Dövlətçilik və dayanıqlı inkişaf modeli

08:10
04 Avqust

Zəfərə aparan tarixi yolun təməli

08:00
04 Avqust

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:40
04 Avqust

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 466-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:39
04 Avqust

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:38
04 Avqust

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında 

02:37
04 Avqust

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:34
04 Avqust

"Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Aviasiya haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 438-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:31
04 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!