04 Avqust 2026 02:40
1815
Qanunlar
A- A+
"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 8, maddə 901 (Cild I); 2025, № 1, maddə 10, № 5, maddə 431,№ 12 (I kitab), maddə 1122; 2026, № 1, maddə 6)16-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin: 

1. 16.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"16.3. Enerji effektivliyi fondunun vəsaiti bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulan tədbirlərin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aşağıdakı xərclərinin maliyyələşdirilməsi üçün istifadə olunur:

16.3.1. enerji effektivliyi informasiya sisteminin tətbiqi, təkmilləşdirilməsi, saxlanılması, altsistemlərinin yaradılması, habelə fondun fəaliyyəti ilə bağlı əməliyyatların uçotunun aparılması məqsədilə proqram təminatının əldə edilməsi;

16.3.2. bu Qanunun 18-ci maddəsində nəzərdə tutulan enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi.".

2. Aşağıdakı məzmunda 16.3-1-ci maddə əlavə edilsin:

"16.3-1. Bu Qanunun 16.3.1-ci və 16.3.2-ci maddələrində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinin yuxarı həddi bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 iyul 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 15 faizədək artıb

12:34
10 Avqust

Faktiki hava: Bəzi rayonlara leysan yağır

11:52
10 Avqust

 Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir

11:51
10 Avqust

Media: Rusiyanın Nijnekamsk şəhərinə dron hücumu nəticəsində 10 nəfər ölüb

11:27
10 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

11:25
10 Avqust

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə İran Prezidentinə təşəkkür edib

11:24
10 Avqust

ƏMAS-da gecə vaxtı yerinə yetirilən işlərlə bağlı yeni xəbərdarlıq funksionallığı yaradılıb

11:21
10 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı

11:12
10 Avqust

Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb

11:01
10 Avqust

Azərbaycanın 2 boksçusu Qazaxıstanda qızıl medal qazanıb

10:53
10 Avqust

Yüksək nəticə göstərən 300 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü verələcək

10:44
10 Avqust

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:17
10 Avqust

Neft bahalaşıb

10:08
10 Avqust

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

09:51
10 Avqust

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

09:49
10 Avqust

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

09:06
10 Avqust

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

08:53
10 Avqust

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

08:46
10 Avqust

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

08:30
10 Avqust

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

08:14
10 Avqust

İDMAN Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

07:58
10 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!