04 Avqust 2026 08:30
175
SİYASƏT
A- A+
Avrasiyanın türk qütbü: Bakı və Bişkek arasında sarsılmaz müttəfiqlik müstəvisi

Avrasiyanın türk qütbü: Bakı və Bişkek arasında sarsılmaz müttəfiqlik müstəvisi


Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və Çolpon-Ata şəhərində baş tutan "Mərkəzi Asiya-Azərbaycan" qeyri-rəsmi sammiti postsovet məkanında analoqu az tapılan yüksələn trayektoriyanın növbəti mərhələsi kimi qiymətləndirilməlidir. Bir neçə il əvvəl Bakı və Bişkek arasında münasibətlər çoxtərəfli sammitlərdə iştirakla məhdudlaşırdısa, bu gün artıq müttəfiqlik formatına - iki ölkənin ardıcıl və sürətlə irəlilədiyi münasibətlərin ən ali pilləsinə keçiddən söhbət gedir. Tərəfdaşlıqdan müttəfiqliyə gedən yol cəmi bir neçə ili əhatə etdi və bu dinamikanın özü münasibətlərin hansı səviyyədə olduğunu aydın şəkildə ifadə edir.

Milli Məclisin deputatı Kamran BAYRAMOV qəzetimizə açıqlamasında deyib ki, iki ölkə arasında diplomatik münasibətlər 1993-cü ilin yanvarında qurulsa da, onların tarixi bünövrəsi Heydər Əliyevin 1995-ci ilin avqustunda Qırğızıstana - türkdilli dövlətlərin sammitinə və "Manas" dastanının minillik yubileyinə səfəri ilə qoyulub: "Keyfiyyətcə yeni sıçrayış isə son illərə təsadüf edir. Son 5 ildə tərəflər ali səviyyədə 13 səfər həyata keçirib, ümumilikdə iki ölkə arasında 105 sənəd imzalanıb. Prezident İlham Əliyev Bişkekə ilk dövlət səfərini 2022-ci il oktyabrın 11-də edib və bu səfər zamanı Strateji Tərəfdaşlıq Haqqında Bəyannamə qəbul olunub, eləcə də Dostluq parkı açılıb. 2024-cü ilin aprelində Sadır Æaparov Bakıya dövlət səfərinə gəlib və bu əldə olunmuş nailiyyətləri daha da sürətləndirib. İndiki səfər isə münasibətləri ən yüksək pilləyə qaldıraraq müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması ilə keyfiyyətcə yeni mərhələnin başlanğıc nöqtəsi olub. Bu yolda atılan hər bir addım real məzmunla zənginləşdirildiyi üçün münasibətlər sürətlə inkişaf edib".

Deputat qeyd edib ki, münasibətlərin məzmun nüvəsini Azərbaycan-Qırğız İnkişaf Fondu təşkil edir və onun fəaliyyəti siyasi bəyanatların arxasında real iqtisadiyyatın dayandığını aydın göstərir. 2022-ci ildə təsis edilmiş fond qısa müddətdə sahibkarların artan müraciətlərini qarşılamaq üçün nizamnamə kapitalını yüz milyon dollara qədər artırmağa nail olub. İndiyə qədər bu struktur ümumi dəyəri 52,7 milyon dollar olan strateji layihələri maliyyələşdirib və daha 10-dək müraciətə baxılmaqdadır. Ən mühümü isə odur ki, bu vəsaitlər Qırğızıstan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən sahələrə yönəldilir: Tyup çayı üzərində kiçik su-elektrik stansiyasının tikintisi, Çuy vilayətində ölkənin ilk xalça fabrikinin inşası, logistika və turizm layihələri buna bariz nümunədir. "Süni şəkildə qurulan bir çox ittifaqdan fərqli olaraq, bu yaxınlaşmanın möhkəm bünövrəsi - ümumi sivilizasiya dayağı mövcuddur. Azərbaycan və Qırğızıstan türk qardaşlığı, Böyük İpək yolunun tarixi marşrutları dil və mədəniyyət yaxınlığı ilə bir-birinə bağlıdır. Bu birlik politoloqların siyasi konyunktura xatirinə uydurduğu nəzəriyyə deyil, mövcud olan obyektiv bir reallıqdır və müasir institusional arxitektura da təbii şəkildə bu bünövrə üzərində bərqərar olur. Türk Dövlətləri Təşkilatı qarşılıqlı fəaliyyətin siyasi çərçivəsini formalaşdıraraq, bütün türk xalqları üçün ümumi dəyər və strateji məkan müəyyənləşdirir. Ekspert mühitində C6 kimi tanınan "Mərkəzi Asiya-Azərbaycan" formatı isə birgə layihələrin praktiki reallaşdırılmasına fokuslanır. Bu mexanizmlər bir-biri ilə rəqabət aparmır, əksinə, siyasət, iqtisadiyyat və mədəniyyətin vahid zəncirdə birləşdiyi çoxsəviyyəli regional inteqrasiya sistemini gücləndirir", - deyə o əlavə edib.

K.Bayramov bildirib ki, Qırğızıstan istiqamətinə xüsusi çəki verən digər amil böyük Avrasiya tranzitinin coğrafiyasıdır. Azərbaycan uzun müddətdir ki, Çin və Mərkəzi Asiyanı Rusiyadan keçən şimal və İrandan keçən cənub marşrutlarından yan keçməklə, Avropa ilə birləşdirən Orta dəhlizin əsas halqası kimi çıxış edir. Açıq dənizlərə birbaşa çıxışı olmayan Mərkəzi Asiya dövlətləri üçün Xəzər dənizi və Qərbə uzanan Azərbaycan marşrutu dünya bazarlarına çıxış qapısı, həm də strateji zərurətdir. Qırğızıstan bu sistemə inteqrasiya olunaraq özünə dost qonşu və tərəfdaş qazanır. Azərbaycan isə öz növbəsində Tanrı dağlarından Aralıq dənizinə qədər mal, enerji və insan axınlarının kəsişdiyi yeni türk Avrasiyasının sistemyaradıcı qovşağına çevrilir.

Deputat deyib ki, bu yaxınlaşma yalnız iqtisadiyyat və logistika ilə məhdudlaşmayıb, dövlətlərarası əlaqələrin bütün spektrini əhatə etməsiylə diqqət çəkir: mədəni mübadilələr genişlənir, birbaşa aviabirlik inkişaf edir -AZAL Bakı-Bişkek marşrutu üzrə həftədə dörd müntəzəm reys və İssık-Kula mövsümi uçuşlar həyata keçirir. Qırğızıstanın paytaxtında Bakının dəstəyi ilə Heydər Əliyev adına təhsil kompleksi, Dostluq parkı və Nizami Gəncəvi adına məktəb açılıb. 2024-cü ilin aprelində isə iki dövlət başçısının iştirakı ilə Çingiz Aytmatovun abidəsinin açılış mərasimi keçirilib. Bu sıx bəşəri və humanitar bağlılıq həqiqi müttəfiqliyi kağız üzərindəki razılaşmalardan fərqləndirən əsas amildir: müqavilələri hökumətlər imzalayır, tərəfdaşlıq isə insanlar arasındakı canlı təmaslarda yaşayır. "Bu müttəfiqliyin həqiqi mənada qarşılıqlı xarakter daşıması və bunun ən aydın şəkildə Qarabağa münasibətdə özünü göstərməsi xüsusi qeyd olunmalıdır. Qırğızıstan azad edilmiş Azərbaycan ərazilərinin bərpası prosesinə kənardan tamaşa etmədi, birbaşa iştirak etdi. Qırğız hökumətinin maliyyə dəstəyi ilə Ağdam rayonunun Xıdırlı kəndində tikilən və 2025-ci ilin yayında hər iki ölkə prezidentinin iştirakı ilə təntənəli şəkildə açılan Ayköl Manas adına tam orta məktəb bu baxımdan dərin rəmzi məna kəsb edir. İki xalq protokollarla deyil, öz qəhrəmanlarının adları ilə mübadilə edərək onları bir-birinin gündəlik həyatına həkk etdi. Buna azad olunmuş ərazilərin dağlıq otlaqlarında yetişdirilmək üçün Qırğızıstan tərəfindən hədiyyə edilən 225 baş yak da praktiki töhfə kimi əlavə olundu. Bütün bunlar praktikada uğurla sınaqdan çıxmış sarsılmaz qardaşlıq bağlarıdır. Qırğızıstan misalında təzahür edən bu təcrübə ikitərəfli münasibətlərin çərçivəsini aşan universal əhəmiyyətə malikdir, çünki o, bütün Mərkəzi Asiya regionu üçün nümunəvi inteqrasiya modelini nümayiş etdirir", - deyə K.Bayramov bildirib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qisas qiyamətə qalmadı 

09:40
04 Avqust

"Kraudfandinq haqqında" qanunun iqtisadi əhəmiyyəti böyükdür

09:30
04 Avqust

Bakı-Bişkek əlaqələri: strateji tərəfdaşlıqdan müttəfiqliyə

09:20
04 Avqust

Şantaj və təhdid siyasi mübarizə üsulu deyil

09:10
04 Avqust

Kürşad ZORLU: "Türk dünyasına verdiyi töhfələrə görə Prezident İlham Əliyevə minnətdarıq"

09:00
04 Avqust

Çolpon-Atadan verilən strateji mesajlar

08:50
04 Avqust

Bakı-Bişkek: ortaq tarix və qarşılıqlı etimad müttəfiqlik münasibətlərinə keçir

08:40
04 Avqust

Avrasiyanın türk qütbü: Bakı və Bişkek arasında sarsılmaz müttəfiqlik müstəvisi

08:30
04 Avqust

Bu səfər Xəzərlə İssık-Kul arasında körpünü daha da möhkəmləndirdi

08:20
04 Avqust

Müasir Azərbaycan: Dövlətçilik və dayanıqlı inkişaf modeli

08:10
04 Avqust

Zəfərə aparan tarixi yolun təməli

08:00
04 Avqust

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:40
04 Avqust

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 466-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:39
04 Avqust

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:38
04 Avqust

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında 

02:37
04 Avqust

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:34
04 Avqust

"Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Aviasiya haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 438-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:31
04 Avqust

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında

02:27
04 Avqust

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:26
04 Avqust

“Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:23
04 Avqust

Qusarda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçirilir

21:26
03 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!