03 Avqust 2026 21:26
1433
İDMAN
A- A+
Qusarda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçirilir

Qusarda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçirilir

Avqustun 3-də Qusar Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir həftə davam edəcək yarışda şahmatçılar iki yaş qrupu üzrə mübarizə aparırlar. XI turdan ibarət olimpiadada A qrupunda 11-16 yaşlı, B qrupunda isə 10 və daha kiçik yaşlı şahmatçılar yarışırlar.

Olimpiadanın açılış mərasimindən öncə iştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Olimpiya İdman Kompleksinin həyətində Qusar rayonunun tanınmış idmançıları və görkəmli şəxsiyyətləri haqqında məlumat lövhələri, idmançıların qazandığı diplom və mükafatlar, əl işləri, toxuculuq nümunələri sərgilənib.

Yarışdan əvvəl milli rəqs və musiqi nümunələri təqdim edilib, eləcə də “Kavkaz” Robototexnika Məktəbinin yetirmələrinin hazırladığı mini robotlar nümayiş olunub.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov bildirib ki, ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan idmançıları beynəlxalq arenalarda yüksək nəticələr əldə edirlər. Belə yarışların bölgələrdə idman ənənələrinin daha da möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb.

Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov qeyd edib ki, dünya şöhrətli şahmatçılar məhz belə kütləvi yarışlarda təcrübə toplayır və böyük ustadlar kimi yetişirlər.

Açılış mərasimindən sonra Respublika Şahmat Olimpiadasnın ilk turunun oyunları keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq  

20:08
15 Avqust

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb  

20:06
15 Avqust

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub  

20:04
15 Avqust

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH  

18:13
15 Avqust

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub  

17:43
15 Avqust

Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu  

17:06
15 Avqust

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür  

16:53
15 Avqust

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir  

16:03
15 Avqust

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır 

16:01
15 Avqust

Xankəndi və Baia Mare qardaşlaşır 

15:35
15 Avqust

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır  

15:30
15 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:25
15 Avqust

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb  

15:20
15 Avqust

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər  

15:17
15 Avqust

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb  

14:38
15 Avqust

Amerikalı basketbolçu "Neftçi"də  

13:20
15 Avqust

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək  

13:18
15 Avqust

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib  

13:16
15 Avqust

FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib  

13:14
15 Avqust

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  

13:12
15 Avqust

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır  

13:09
15 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!