06 İyul 2025 08:05
420
SİYASƏT
A- A+
Azərbaycanın yaratdığı yeni reallıq

Azərbaycanın yaratdığı yeni reallıq


Ölkəmiz regional inteqrasiya proseslərində fəal iştirakını daha da gücləndirir


Qədim Azərbaycan torpağının evsahibliyi etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü qlobal  siyasi gündəmdə təkcə mühüm beynəlxalq hadisə deyil, eyni zamanda Ermənistanın 30 il davam edən işğalının dağıntılarından bərpa-quruculuq dövrünə qədəm qoyan  bir şəhərin dirçəlişinin rəmzi kimi dəyərləndirilir. Son beş ilin qürurverici hadisələrindən biri azadlığına qovuşmuş torpaqlarımızın beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilməsidir. 

Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirib ki, otuz il davam edən işğal dövrünün əsas hədəfi olan "Azərbaycan Bayrağının Qarabağda,  o cümlədən  Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil" çağırışı artıq reallığa çevrilməklə yanaşı, hazırda bu torpaqlarda dost, qardaş, müttəfiq ölkələrin dövlət bayraqları Azərbaycan bayrağı ilə birlikdə dalğalanır. Bu cənnət məkanda  beynəlxalq tədbirlər keçirilir, Qarabağdan, Şərqi Zəngəzurdan dünyaya mühüm mesajlar ünvanlanır. "İyulun 3-4-də Xankəndi şəhərindən beynəlxalq aləmə türk dünyasının qardaşlığının, həmrəyliyinin, birliyinin növbəti  mesajları ünvanlandı. Son illərin Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı, həmrəyliyi də  Zirvə görüşünün diqqətçəkən mühüm məqamlarından oldu. Bir sözlə, azad Qarabağımız bu  günlərdə daha möhtəşəm, qürurlu anlarını  yaşadı", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Zirvə görüşü çərçivəsində bu məkanda ECO-nun üzv dövlətlərinin başçıları və digər rəsmiləri ilə çoxsaylı görüşlərinin hər biri istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında yeni səhifə açıb. V.Rəhimzadə xatırladıb ki, Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında "Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə evsahibliyi edir. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir" söyləyərək budəfəki sammitin Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası olduğunu bildirib. 

Vüqar Rəhimzadə deyib ki, suverenliyimizin tam bərpasından keçən iki ilə yaxın dövrdə Xankəndidə görülən işlərin timsalında bütün azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq tədbirləri barədə aydın təsəvvür yaratmaq mümkündür: "Zirvə görüşünün keçirildiyi Xankəndi Konqres Mərkəzinin dövlət başçısı İlham Əliyevin iştirakı ilə iyulun 3-də açılışı oldu. Ümumiyyətlə, Azərbaycan Prezidentinin Qarabağa son səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi, görülən işlərlə tanış olduğu sosial obyektlərin xronologiyası bu məkanın tərəqqi yolunda inamla addımlamasının  aydın mənzərəsini yaradır. Sözügedən Zirvə görüşündə Prezident İlham Əliyevin  qeyd etdiyi kimi, işğaldan azad  olunmuş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. Böyük qayıdış proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır".

V.Rəhimzadə vurğulayıb ki, ECO-nun Zirvə görüşü Azərbaycanın regional inteqrasiya proseslərində fəal iştirakını daha da gücləndirməklə yanaşı, ölkəmizin beynəlxalq miqyasda diplomatik və iqtisadi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək. Cənubi və Mərkəzi Asiyadan  Orta Şərqə qədər geniş bir coğrafiyanı əhatə edən və 10 üzv dövləti bir araya gətirən İqtisadi Əməkdaşlıq Təşkilatı regionda iqtisadi inteqrasiya, strateji əməkdaşlıq və davamlı inkişaf üçün önəmli platforma rolunu oynayır. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr vacib yer tutur. Ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində enerji və nəqliyyat sahələrində mühüm strateji mövqeyə malikdir. Azərbaycanın zəngin enerji ehtiyatları və əlverişli coğrafi yerləşməsi onu regionda aparıcı tranzit və enerji mərkəzlərindən birinə çevirib. Azərbaycan yalnız enerji resurslarının hasilatında deyil, həm də onların beynəlxalq bazarlara daşınmasında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və "Cənub qaz dəhlizi" kimi layihələr ECO məkanında enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfələr verir. Azərbaycan yerləşdiyi geostrateji mövqeyə görə həm "Şimal-Cənub", həm də "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin əsas iştirakçısıdır. 

Deputat bildirib ki, hər bir beynəlxalq əhəmiyyətli tədbir gündəmə gətirdiyi məsələlərin, onların həllinə nail olmaq üçün atılacaq addımların təqdimatı ilə diqqət çəkir. ECO-ya üzv ölkələrin dövlət başçılarının Zirvə görüşündə çıxışlarında da günümüzün əsas çağırışları öz əksini tapdı: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə görüşünün keçirildiyi Xankəndi şəhərinin Qafqaz regionunda yeni inkişaf və sülh mərkəzinə çevriləcəyini vurğuladı, həmçinin Şuşa şəhərinin 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilməsi münasibətilə dövlət başçısı İlham Əliyevin şəxsində bütün Azərbaycan xalqını təbrik etdi. Ticarətdən nəqliyyata, ətraf mühitdən enerjiyə qədər müxtəlif sahələrdə geniş potensiala sahib olan İqtisadi Əməkdaşlıq Təşkilatının  Zirvə görüşünün iqlim dəyişikliyinə həsr edilməsinin son dərəcə doğru qərar olduğunu bildirdi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hər hansı sülh və inkişafın bünövrəsinin öncə iqtisadi əməkdaşlığa söykəndiyini önə çəkərək vurğuladı ki,  təşkilat daxilində tərəfdaşlığımız nəinki təbiidir, o cümlədən böyük strateji əhəmiyyətə malikdir. Təşkilatın orta və uzunmüddətli inkişaf prioritetlərini aydın şəkildə müəyyən etmək üçün "İqtisadi əməkdaşlığın strateji məqsədləri 2035" adlı konsepsiyanın  qəbulunun  zəruriliyi bildirildi. Azərbaycanın ötən il evsahibliyi etdiyi COP29 iqlim konfransında qəbul edilən qərarların uğurlu icrası təqdir olundu. Çıxışların hər birində Zirvə görüşünün qarşıya qoyulan məqsədlərə, planlara nail olmaq işinə stimul olacağı, çoxtərəfli və praktiki əməkdaşlığı yeni səviyyəyə qaldıracağına əminlik ifadə edildi".

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan ECO çərçivəsində əlaqələrin gücləndirilməsində və əməkdaşlığın genişləndirilməsində maraqlı tərəfdir. Xankəndi Zirvə görüşü ölkəmizin ECO daxilində yüksək etimada, təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini bir daha  təsdiqlədi.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Huawei” inqilabi batareya üzərində çalışır

17:31
08 İyul

Gələcəyin çiyələk ferması tikilib

17:29
08 İyul

"İkitərəfli əməkdaşlıq gündəliyi: çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsi təşkil olunub  

17:28
08 İyul

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib  

17:26
08 İyul

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı verib

17:24
08 İyul

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub  

17:22
08 İyul

Pakistan Milli Assambleyasının sədri “ASAN xidmət”də olub

17:20
08 İyul

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa  

17:12
08 İyul

Azərbaycanın basketbol millisi Avropa çempionatında növbəti qələbəsini qazanıb  

17:12
08 İyul

Qırmızı dənizdə PUA hücumuna məruz qalan gəmidə iki nəfər həlak olub  

17:09
08 İyul

Ağdam Sənaye Parkında lift və eskalator istehsalı müəssisəsi yaradılacaq  

17:08
08 İyul

Yeni geosiyasi reallıq

17:07
08 İyul

Ötən il SOCAR-ın ümumi aktivlərinin həcmi 94,7 milyard manata çatıb 

16:57
08 İyul

Azərbaycan və Sloveniya TAP ilə qaz nəqlinin 1,2 milyard kubmetr artırılmasını müzakirə edib  

16:51
08 İyul

"Milli həmrəyliyin gücləndirilməsi: diaspor fəaliyyəti və konsulluq məsələləri” mövzusunda panel müzakirəsi olub  

16:01
08 İyul

Natiq Məmmədli: Ulu Öndər jurnalist peşəsinə daim yüksək qiymət verib 

15:33
08 İyul

Mixail Qusman: Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfrans keçirilməsini təklif edirəm  

15:03
08 İyul

Fərqlənmə attestatı alan məzunların sayı açıqlanıb

15:01
08 İyul

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

15:00
08 İyul

Benyamin Netanyahu Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb  

14:59
08 İyul

UNESCO: Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında Azərbaycanın bəyanatı təqdim olunub VİDEO  

14:58
08 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!