16 Iyul 2024 14:23
103
SİYASƏT
A- A+

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkda yerləşən Baş Qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizin 4-cü Könüllü Milli Hesabatı təqdim olunub. Azərbaycan dünyada 5 ölkədən biri olmaqla, regionda və MDB məkanında yeganə ölkədir ki, 4-cü Könüllü Milli Hesabatını təqdim edib.

“Dayanıqlı inkişaf üçün “2030 Gündəliyi”nin gücləndirilməsi və çoxsaylı böhranlar dövründə yoxsulluğun aradan qaldırılması: davamlı, dayanıqlı və innovativ həllərin effektiv çatdırılması” tematik mövzusuna həsr olunmuş bu hesabatda 2021-ci ildən indiyə qədər olan dövrdə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-lər) icrası istiqamətində görülmüş işlər öz əksini tapıb. Hesabatda, həmçinin mina fəaliyyətinə dair 18-ci DİM, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29), Azərbaycanda DİM-lərin maliyyələşdirmə mexanizmləri və tematik məqsədlər üzrə irəliləyişlər öz əksini tapıb.

Dördüncü Könüllü Milli Hesabatda azad olunmuş ərazilərimizin bərpası üzrə görülmüş işlər, BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə genişləndirilmiş əməkdaşlıq layihələri, statistik məlumatların əldə edilməsində nailiyyətlər, COVID-19 pandemiyasından bərpa tədbirləri yer alıb.

Tədbirdə vurğulanıb ki, hazırda Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətini ölkəmizin işğaldan azad edilmiş və dağıntıya məruz qalmış bölgələrinin yenidən qurulması, məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıdışı təşkil edir.

Nazir müavini ötən dövr ərzində ölkəmizdə DİM-lərin icrası sahəsində görülmüş işlər, iqtisadi fəallığın bərpası, qeyri-neft sektorunun dinamik artımının təmini, milli innovasiya sisteminin inkişafı istiqamətində atılan addımlar barədə məlumat verib.

Tədbirdə dayanıqlı inkişafın təmin edilməsində sülhün və sabitliyin rolu vurğulanıb. Bildirilib ki, ölkəmiz ərazimizin 12 faizinə səpələnmiş 1,5 milyon mina ilə dünya miqyasında minalarla ən çox çirklənmiş ilk beş ölkə arasında yer alır. Minalar işğaldan azad edilmiş ərazilərin bərpasına maneə yaradır. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra yüzlərlə Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində faciəvi şəkildə həyatını itirib və ya ağır yaralanıb.

Forum çərçivəsində beynəlxalq təşkilatlar və ölkələrin nümayəndələri ilə Azərbaycan nümayəndə heyəti arasında bir sıra ikitərəfli görüşlər təşkil edilib.

4-cü Könüllü Milli Hesabatla tanış olmaq üçün link: https://bit.ly/3zGwdqG

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video