10 Dekabr 2025 13:19
274
İQTİSADİYYAT
A- A+
Azərbaycandan Suriyaya indiyədək 366 milyon kubmetr qaz tədarük edilib  

Azərbaycandan Suriyaya indiyədək 366 milyon kubmetr qaz tədarük edilib  


Türk Dövlətləri Təşkilatının (TDT) energetika nazirlərinin beşinci iclası Türkiyənin İstanbul şəhərində keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən energetika naziri Pərviz Şahbazov sarsılmaz Azərbaycan - Türkiyə birliyi və strateji müttəfiqliyinin digər türk dövlətləri ilə münasibətlərimizdə də öz əksini taparaq Türk dünyası ailəsinin formalaşmasına yol açdığını vurğulayıb. Nazir dövlət başçılarının strateji baxış və qətiyyətli siyasətlərinin Türk Dövlətləri Təşkilatının nüfuzunu və regional rolunu artırdığını, təşkilatın artıq geosiyasi mərkəzə və qlobal arenada vacib aktora çevrildiyini qeyd edib. Bildirilib ki, Azərbaycanın təşkilata sədrlik dövrü Prezident İlham Əliyevin “XXI əsr türk dünyasının inkişaf əsri olmalıdır” çağırışına uyğun şəkildə türk dövlətləri ilə strateji əlaqələrin hərtərəfli möhkəmlənməsi ilə xarakterizə olunur. Türkiyə ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayan Azərbaycanın Mərkəzi Asiya əməkdaşlıq formatına qoşulması və Orta Dəhlizlə Şimal-Cənub marşrutunu tamamlayan Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar türk dövlətləri arasında birliyi daha da gücləndirəcək.

Təşkilata üzv və müşahidəçi ölkələrlə Azərbaycanın ticarət dövriyyəsinin ötən il 7,3 milyard dolları ötdüyü, 20 milyard dollardan artıq qarşılıqlı investisiya portfelinin 70-80 faizinin enerji sektorunun payına düşdüyü qeyd olunub. Ötən il və bu ilin 11 ayında BTC vasitəsilə 53 milyon tona yaxın Azərbaycan, qazax və türkmən neftinin dünya bazarlarına çıxarıldığı, Türkiyənin 18,7 milyard kubmetr, Avropa ölkələrinin isə Türkiyə vasitəsilə 24,6 milyard kubmetr qazla təchiz olunduğu diqqətə çatdırılıb. “İğdır-Naxçıvan” qaz kəmərinin istismara verilməsi, TPAO-nun “Şəfəq-Asiman” layihəsinə qoşulması, Suriyaya indiyədək 366 milyon kubmetr qaz tədarükü, həmçinin Özbəkistanda axtarış-kəşfiyyat layihəsinə başlanması türk dövlətləri arasında enerji əməkdaşlığının yeni mərhələdə nailiyyətləri kimi dəyərləndirilib.

Regional layihələr kontekstində Azərbaycanın, o cümlədən Xəzər dənizi və Mərkəzi Asiyanın bərpaolunan enerji potensialını şaxələndirilmiş marşrutlarla Türkiyə və Avropa bazarlarına nəql etməklə bağlı enerji siyasətinin “Türk Yaşıl Baxışı” və “Qəbələ Bəyannaməsi”nin prioritetləri ilə üst-üstə düşdüyü vurğulanıb.

“Trans-Xəzər”, “Azərbaycan-Türkiyə-Avropa”, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan”, həmçinin “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi və interkonnektor layihələri enerji vasitəsilə türk dövlətlərinin birliyini möhkəmləndirməyə xidmət edir. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” ölkələrimizin elektrik enerjisi sistemlərinin tarixdə ilk dəfə birləşməsini, Zəngəzur dəhlizi isə bu enerji axınının Türkiyəyə çatdırılmasını təmin etməklə “Mərkəzi Asiya-Azərbaycan-Türkiyə” enerji körpüsünü yaradacaq”, - deyə nazir əlavə edib.

Çıxışda Türkiyənin COP31-ə ev sahibliyinə dəstək də ifadə olunub.

İclasda təşkilat çərçivəsində irəli sürülən təşəbbüslər müzakirə edilib, “Texnologiyalar və Yaşıl Təşəbbüslər üzrə Regional Mərkəz” və “Enerji Səmərəliliyi üzrə Ekspertiza Şurası”nın yaradılması razılaşdırılıb. Nazirlərin növbəti iclasının Özbəkistanda keçirilməsinə qərar verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sərbəst güləş üzrə Azərbaycan çempionatında növbəti medalçılar bəlli olub 

21:54
10 Yanvar

Şamaxıda zəlzələ olub  

19:55
10 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:59
10 Yanvar

Ukrayna Rusiyanın neft və dron anbarlarına zərbələr endirib  

18:57
10 Yanvar

İzmir sahillərində miqrantları daşıyan qayıq batıb: ölənlər və itkin düşənlər var  

15:49
10 Yanvar

Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

15:07
10 Yanvar

Fransada xəstə şagirdə qarşı baş örtüyü qadağası dünyəvilik məsələsini yenidən gündəmə gətirir

14:50
10 Yanvar

“Oreşnik” ballistik raketindən növbəti istifadə: Rusiya kimlərə mesaj verdi?

13:59
10 Yanvar

Yanvarın 11-nə gözlənilən hava proqnozu açıqlanıb

13:27
10 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə müraciət: Dumanlı havada ehtiyatlı olun

13:25
10 Yanvar

Arzu Əliyeva və Alena Əliyeva Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət ediblər

12:03
10 Yanvar

Tramp: İstəsələr də, istəməsələr də Qrenlandiya ilə bağlı nəsə edəcəyik

11:38
10 Yanvar

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA  

10:41
10 Yanvar

Azərbaycan neftinin qiyməti 4 faizdən çox artıb  

10:40
10 Yanvar

Tramp: Venesueladakı əməliyyatdan sonra Kubanın başına nə gələcəyini heç kim bilmir  

10:38
10 Yanvar

Tramp Çin və Rusiyaya istədikləri nefti sata biləcəyini açıqlayıb

10:35
10 Yanvar

Tramp Venesuelaya məxsus növbəti neft tankerinin saxlanıldığını təsdiqləyib  

09:16
10 Yanvar

Bilmək istəyirəm

08:55
10 Yanvar

Tərtər artıq 5 ildən çoxdur cəbhə bölgəsi sayılmır

08:50
10 Yanvar

Azərbaycanın turizm siyasəti sistemli, çoxşaxəli və strateji baxışa əsaslanır

08:45
10 Yanvar

Ekoloji "təhlükəsizlik zonaları"

08:40
10 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!