08 Avqust 2024 02:25
140
İQTİSADİYYAT
A- A+

Azərbaycanda süni intellekt əsasında formalaşdırılmış startap hazırlanıb

 

Azərbaycanda süni intellekt əsasında formalaşdırılmış yeni bir startap məhsulu hazırlanıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu məhsula - süni intellekt əsasında veb-səhifələrin dizaynı və hazırlanması üçün nəzərdə tutulan platformaya görə “Jİ Studio” MMC-yə “Startap” şəhadətnaməsi təqdim edib.

AZƏRTAC Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadla xəbər verir ki, JIS.AI xidməti ideyanın mahiyyətinin qeyd edilə biləcəyi avtomatik proqramdır. İstifadəçi proqramda istədiyi məlumatı yazdıqdan sonra süni intellekt ona dizaynla yanaşı, müxtəlif kontent - yazı, şəkil və ya rəqəmsal dizayn təqdim edir.

“JIS.AI istifadəçilərə, eyni zamanda, müxtəlif sosial media paylaşımları yaratmağa kömək edir. Bunun üçün sadəcə meyarlarınıza uyğun olan kontenti hazırlamağa kömək edəcək açar sözləri yazmalısınız. Xidmətimiz istənilən mövzuda mətn yazmaq imkanı da verir. Siz yalnız mətnin nə haqqında və hansı üslubda olacağını proqrama daxil etməlisiniz. JIS.AI-də brend axtarışı funksiyası istənilən brendin aktivlərinə baxmaq imkanı verir. Bunun üçün hər hansı bir brendin adını daxil edin və platforma bir neçə saniyə ərzində sizin üçün loqotip, rəng, şrift, sloqan, reklam paylaşımları, fotoşəkillər, bir sözlə, istənilən sənaye brendi haqqında vacib olan bütün məlumatları toplayacaq”, - deyə MMC-nin təsisçisi Məhərrəm Əliyev qeyd edib.

M.Əliyev əlavə edib ki, artıq 7000-dən çox istifadəçi JIS.AI-dən istifadə edib. Gələcəyin personal marketinq köməkçisindən istifadə edənlər ödənişi ilk 100 cəhddən sonra edə bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video