30 İyul 2025 17:00
6257
Səhiyyə
A- A+
Azərbaycan və Özbəkistan arasında icbari tibbi sığorta sahəsində əməkdaşlığa dair məsələlər müzakirə olunub  

Azərbaycan və Özbəkistan arasında icbari tibbi sığorta sahəsində əməkdaşlığa dair məsələlər müzakirə olunub  

Özbəkistanın Sosial Tibbi Sığorta Fondunun İcraçı direktorunun birinci müavini Şuxrat İnoyatovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova ilə görüşüb.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfərin əsas məqsədi iki ölkə arasında ötən il imzalanan Anlaşma Memorandumunda 2025-2028-ci illər üçün nəzərdə tutulan Fəaliyyət Planının prioritet istiqamətlərinin müzakirəsi və icbari tibbi sığorta sahəsində ölkəmizin uğurlu təcrübəsinin öyrənilməsidir.

Qonaqları Azərbaycanda qəbul etməkdən məmnun olduğunu bildirən N.Bayramova qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasındakı möhkəm tərəfdaşlıq səhiyyə və tibbi sığorta sahələrini də əhatə edir: “Ölkələrimiz arasında münasibətlərin dərinləşməsi qarşılıqlı etimadın möhkəmləndirilməsinə və strateji tərəfdaşlığın icrasına xidmət edir. Hər iki ölkə rəhbərinin birgə səyləri və əməkdaşlığa verdikləri önəm münasibətlərin inkişafında əsas rol oynayır. Atılan addımlar xalqlarımız arasında mədəni və mənəvi əlaqələrin, Azərbaycanla Özbəkistan arasında uzunmüddətli və etibarlı tərəfdaşlığın qurulmasına şərait yaradır. Bu əməkdaşlıq səhiyyə sahəsində də əhəmiyyətli irəliləyişlərə yol açır. Ötən il agentlik və fond arasında imzalanan memorandum bizə bir çox istiqamətlərdə əməkdaşlıq imkanı yaradır. Ən vacib sahələrdən biri tibbi sığorta üzrə qanunvericiliyin təkmilləşdirilməsidir. Azərbaycan bu sahədə son illərdə mühüm təcrübə toplayıb və bu təcrübənin bölüşülməsi faydalı olacaq”.

Şuxrat İnoyatovun sözlərinə görə, Azərbaycanın icbari tibbi sığorta sahəsində əldə etdiyi nailiyyətlərlə tanış olmaq Özbəkistanda icbari tibbi sığorta sisteminin qurulmasında mühüm rol oynayır: “Əldə edilən uğurlar bütün ölkə üzrə əhatəlilik, əhalinin neyrocərrahiyyə, kardiocərrahiyyə və digər yüksək texnologiyalı tibbi xidmətlərə çıxışı, eləcə də səhiyyənin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar bizim üçün olduqca dəyərlidir. Bu təcrübəni böyük maraqla öyrənirik. İmzalanan memorandum isə ölkələrimiz arasında davamlı və sistemli əməkdaşlığın əsasını qoyur, qarşılıqlı bilik və təcrübə mübadiləsinə geniş imkanlar yaradır”.

İki gün davam edən görüşlər çərçivəsində agentliyin səlahiyyətli nümayəndələri müxtəlif istiqamətlər üzrə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda tibbi yardımın maya dəyərinin hesablanması, Çağrı mərkəzi xidmətinin təşkili, strateji inkişaf və iqtisadi təhlil, informasiya texnologiyaları, tibbi xidmətlər və dərman vasitələri, maliyyə idarəçiliyi, tibbi planlama, insan resurslarının idarə olunması və inkişafı, həmçinin marketinq, ictimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıq kimi sahələr əhatə olunub.

Agentlik və fond arasında imzalanmış Anlaşma Memorandumunun Fəaliyyət Planı çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə olunub, gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib. İki qurum arasında qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində 2024-cü ildə Anlaşma Memorandumu imzalanıb və 2025-2028-ci illəri əhatə edən Fəaliyyət Planı təsdiq olunub. Memorandumun məqsədi icbari tibbi sığorta ilə bağlı əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsi aparmaq və tərəflər arasında əlaqələri möhkəmləndirməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Olimpiya Stadionunda WUF13 Media Mərkəzi fəaliyyət göstərəcək 

16:21
01 May

Cənubi Qafqaz Boru Kəmərinə birinci rüb çəkilən xərclərin həcmi açıqlanıb  

14:26
01 May

Birinci rübdə Səngəçal terminalından 47 milyon barel neft və kondensat göndərilib

14:21
01 May

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər  

14:17
01 May

Şəhərsalma, mədəni irs və qlobal tədbirlər media müstəvisində - Panel sessiya  

14:12
01 May

Gömrük Məcəlləsində rəqəmsallaşma və islahatlar genişlənir  

14:01
01 May

Metroda və avtobusda ödənişə görə “ardıcıl vəsait çıxılması” hallarına aydınlıq gətirilib  

13:54
01 May

Bir vəkilə töhmət verilib, birinə xəbərdarlıq edilib, ikisi barəsində isə cərimə tədbiri tətbiq olunub

13:44
01 May

Akashdeep Singh: Gənclərin səsi postkolonial gələcəyin formalaşmasında həlledici rol oynayır  

13:41
01 May

Əlcəzairli tələbə: Kolonizasiya sadəcə ərazilərin işğalı deyil, o, daha travmatik bir prosesdir

13:39
01 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  

13:39
01 May

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçiriləcək  

13:36
01 May

Parlament əməkhaqqında gender bərabərliyi dəyişikliklərini təsdiqləyib

13:33
01 May

Milli Məclis məcburi icra üzrə məlumat mübadiləsi sazişini təsdiqləyib

13:31
01 May

Çad nümayəndəsi: Qarşımızda çoxsaylı çağırışlar var

13:23
01 May

Ruandalı ekspert: Gənclərə real qərarvermə imkanı verilmədən postkolonial transformasiya mümkün deyil  

13:20
01 May

"Ka-Ubuntu" hərəkatının sədri: Müstəqillik Reyunyon xalqı üçün ləyaqət məsələsidir  

13:17
01 May

Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib  

13:14
01 May

Azərbaycan Milli QHT Forumu fəaliyyətinə və planlarına dair ictimai hesabatla çıxış edib  

13:10
01 May

Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında olublar

13:09
01 May

“Yüksəliş” müsabiqəsi: hüquqi-siyasi legitimlik, meritokratiya və institusional inkişaf modeli  

13:03
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!