17 İyun 2025 19:47
430
SİYASƏT
A- A+
Azərbaycan-Şimali Makedoniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan-Şimali Makedoniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

İyunun 17-də Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Assambleyanın sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub.

Sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar.

Afrim Qaşi Xatirə kitabını imzalayıb.

Görüşdə Sahibə Qafarova iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə inkişafından məmnunluğunu bildirərək, dövlətlərarası əlaqələrimizin səmimi dostluq və qarşılıqlı hörmət üzərində qurulduğunu qeyd edib. Qonağın səfərinin əhəmiyyətini vurğulayan parlamentin sədri, bu səfərin parlament sədrləri səviyyəsində ilk belə səfər olduğunu, onun iki ölkə və qanunverici orqanlar arasında əlaqələrin dərinləşməsinə təkan verəcəyinə inamını ifadə edib. Qeyd olunub ki, Şimali Makedoniya Assambleyasının nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci Baş Assambleyasında iştirakı bu əməkdaşlığın daha da güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Söhbət zamanı Azərbaycan və Şimali Makedoniya arasında siyasi, iqtisadi, mədəni-humanitar, təhsil və elm sahələrini əhatə edən ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Dövlətlərarası əlaqələrin möhkəmlənməsində müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin müstəsna rolu vurğulanıb, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın bu ilin mart ayında ölkəmizə rəsmi səfərinin və keçirilən səmərəli müzakirələrin əhəmiyyəti qeyd olunub. Ali qonaqla görüşünü məmnuniyyətlə xatırlayan Sahibə Qafarova, həmin səfərin dövlətlərarası münasibətlərin inkişafında əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm təsir göstərən amillərdən biri kimi parlamentlər arasında qarşılıqlı fəaliyyətin əhəmiyyəti barədə söz açılaraq, qanunverici orqanlarda fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında təmasların intensivləşdirilməsinin vacibliyi, həmçinin parlamentlərin profil komitələri və aparatları arasında əməkdaşlığın dərinləşdirilməsinin, qanunvericilik sahəsində təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Assambleyanın sədri Afrim Qaşi ölkəmizə ilk rəsmi səfərindən məmnunluğunu bildirərək, Bakıya valeh olduğunu, son illər Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər və yüksək inkişaf dinamikasının Azərbaycan xalqının böyük əzm və səylə çətinliklərin öhdəsindən gəldiyini nümayiş etdirdiyini xüsusi vurğulayıb. O, Şimali Makedoniyanın dost ölkələrlə əlaqələri daha da genişləndirmək siyasəti apardığını qeyd edərək, Azərbaycanın yerləşdiyi regionda mühüm geosiyasi əhəmiyyətə malik ölkələrdən biri olduğunu və bu baxımdan onunla əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını bildirib. Afrim Qaşi əlavə edib ki, parlamentlərarası əlaqələrin inkişafı hökumətlər arasında da təmasların intensivləşməsinə, qarşılıqlı səfərlərin və görüşlərin sayının daha da artmasına təkan verəcək ki, bu da öz növbəsində oxşar tarixə və dəyərlərə malik xalqlarımızın yaxınlaşmasına və ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə səbəb olacaq. Eyni zamanda, qeyd olunub ki, ikitərəfli münasibətlərin dərinləşməsi yalnız ölkələrimiz arasında əlaqələrin güclənməsinə deyil, eyni zamanda, regional sülhün, sabitliyin və əməkdaşlıq mühitinin möhkəmləndirilməsinə də töhfə verəcək.

Söhbətdə Milli Məclisin sədri 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfərdən söz açaraq, ölkəmizin Ermənistanın 30 il davam edən işğalına son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini vurğulayıb. O bildirib ki, Azərbaycan uzun illər beynəlxalq hüququn norma və prinsiplərinin pozulması, habelə ikili standartlarla üz-üzə qalıb, lakin 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını özü təmin edərək işğala son qoyub. Görüşdə, həmçinin postmünaqişə dövründə regionda yaranmış vəziyyət, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verilib. S.Qafarova vurğulayıb ki, Azərbaycan sülh tərəfdarıdır və bu sülhün əldə olunması regionda davamlı sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmət edəcək.

Görüşdə qonaqlara Milli Məclisin tarixi, strukturu, fəaliyyəti haqqında da məlumat verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kiyevdə insanlara atəş açan Moskva sakini olub YENİLƏNİB-2 

20:33
18 Aprel

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb

19:29
18 Aprel

İrakli Kobaxidze: Gürcüstan Türkiyə ilə bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyir  

18:26
18 Aprel

Premyer Liqa: "Şamaxı" autsayderə uduzub

18:08
18 Aprel

Bu gün paytaxtda 556 küçə yuyulub YENİLƏNİB

18:01
18 Aprel

Lavrov və Fidan Yaxın Şərqdə baş verənləri müzakirə ediblər

17:24
18 Aprel

Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub 

17:16
18 Aprel

TÜRKPA Baş katibi ŞKTC-nin fəaliyyətinə dəstəyin davam edəcəyini vurğulayıb

17:09
18 Aprel

Qarabağ Universiteti Türk dünyasında turizmin gələcəyinə həsr olunan konfransda ölkəmizi təmsil edib  

16:48
18 Aprel

Deputat: Türkiyə Böyük Millət Məclisi TÜRKPA-nın fəaliyyətinə dəstəyi davam etdirməyə hazırdır

16:27
18 Aprel

Kür çayında suyun səviyyəsi artıb, bəzi nasos stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılıb VİDEO  

16:08
18 Aprel

Ramiz Ələkbərov: Humanitar yardım məsələlərinə münasibətin dəyişməsi zəruridir  

16:01
18 Aprel

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Antalyada “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı paneldə iştirak edib 

15:55
18 Aprel

Muxtar Babayev: Özəl sektorun marağını yenidən iqlim maliyyələşdirilməsinə yönəltmək vacibdir

15:22
18 Aprel

İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib  

15:13
18 Aprel

Moldova mediası: Dünya şəhərlərinin gələcəyi Bakıda müəyyənləşəcək

15:02
18 Aprel

TÜRKPA və AQEM arasında davamlı əməkdaşlığın vacibliyi vurğulanıb

14:48
18 Aprel

Elçin Əmirbəyov: Orta Dəhlizin əhəmiyyəti daha da artır

14:38
18 Aprel

Ramiz Ələkbərov: Dünya bir çox hallarda ikili standartlardan qaça bilməyib  

14:15
18 Aprel

ETN İnformasiya Texnologiyaları İnstitutunun nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində olub

14:13
18 Aprel

Fransa və Böyük Britaniya ticarət gəmilərini qorumaq üçün çoxmillətli missiyanın yaradıldığını elan edib  

13:58
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!