29 İyun 2024 00:06
1258
Nazirlər Kabineti
A- A+
“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

 

№ 320

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, ölkədə aparılan struktur islahatlarının nəticəsində yaradılan yeni təşkilatların və xidmətlərin fəaliyyətə başlaması, bəzilərinin ləğv edilməsi və ya birləşdirilməsi ilə bağlı onların maliyyə təminatının həyata keçirilməsi, dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin tam təmin edilməsi üçün vahid büdcə təsnifatının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359) aşağıdakı dəyişikliklər edilsin:

1. “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə” üzrə:

1.1. 1.2.4-cü paraqraf ləğv edilsin;

1.2. “1.2.9. “Digər beynəlxalq fəaliyyət” paraqrafında “1.2.4” rəqəmləri “1.2.3” rəqəmləri ilə əvəz edilsin;

1.3. “4.0.0. “Təhsil” bölməsinə “işlər” sözündən sonra “və tədbirlərin keçirilməsi” sözləri əlavə edilsin;

1.4. “4.1.0. “Məktəbəqədər təhsil”, “4.2.0 “Ümumi təhsil” köməkçi bölmələrində və “4.2.1. “İbtidai təhsil”, “4.2.2. “Ümumi orta təhsil”, “4.2.3. “Tam orta təhsil”, “4.2.4. “İnternat tipli və xüsusi ümumtəhsil məktəbləri” paraqraflarında “ilə” sözü “və digər tədbirlərlə” sözləri ilə əvəz edilsin;

1.5. “4.3.0. “Peşə təhsili” köməkçi bölməsi aşağıdakı redak-siyada verilsin:

“4.3.0. “Peşə təhsili” köməkçi bölməsinə əmək bazarının tələbatına uyğun olaraq, peşə təhsili müəssisələrində dövlət sifarişi ilə kadr hazırlığı, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı işçi kadrların hazırlanmasını təmin edən təhsil müəssisələrinin saxlanılması və onlara yardım göstərilməsi, tədbirlərin keçirilməsi ilə bağlı xərclər daxildir.”;

1.6. “4.4.0. “Orta ixtisas təhsili”, “4.5.0. “Ali təhsil” və “4.6.0. “Əlavə təhsil” köməkçi bölmələrinə “göstərilməsi” sözündən sonra “, tədbirlərin keçirilməsi” sözləri əlavə edilsin;

1.7. “4.9.3. “Təhsil sahəsinə aid edilən digər müəssisə və tədbirlər” paraqrafına “xərcləri” sözündən sonra “, habelə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı ilə bağlı xərclər” sözləri əlavə edilsin;

1.8. “11.4.3. “Dövlət əsaslı vəsait qoyuluşu” paraqrafının ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Bu paraqrafa həmçinin tikinti aparılacaq sahələrdə mövcud obyektlərin söküntüsü, yeni tikilmiş, bərpa olunmuş, əsaslı təmir edilmiş obyektlərin mebel, inventar və avadanlıqla təchiz olunması, həmin obyektlərin ərazilərinin abadlaşdırılması, dövlət ehtiyacları üçün tikinti altına düşən torpaq və digər obyektlərin özgəninkiləş-dirilməsi, texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması, müəllif nəzarəti, texniki nəzarət və məsləhət xidmətləri, maddi-texniki bazanın təkmilləşdirilməsi, proqram təminatı ilə bağlı və kredit, qrant və digər vəsaitlər hesabına həyata keçirilən layihələrdə dövlətin iştirak payı ilə əlaqədar və bu qəbildən olan digər xərclər daxildir.”;

1.9. “12.3.0. “Valyuta konvertasiyası” köməkçi bölməsi aşağıdakı redaksiyada verilsin:

“12.3.0. “Valyuta konvertasiyası” köməkçi bölməsinə valyuta-lararası mübadilənin həyata keçirilməsi, habelə ödəniş sistemlərindən istifadəyə görə xidmət haqlarının ödənilməsi ilə bağlı tələb olunan xərclər daxildir.”.

2. “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə” üzrə:

2.1. “221100. “Dəftərxana və təsərrüfat xərcləri” paraqrafına “kalkulyatorların,” sözündən sonra “möhür və ştampların,” sözləri əlavə edilsin;

2.2. “221400. “Dərman, sarğı ləvazimatlarının və material-larının alınması” paraqrafına “vasitələrin,” sözündən sonra “sterilizasiya avadanlıqları üçün dezinfeksiyaedici məhlulların,” sözləri əlavə edilsin;

2.3. “222290. “Digər kommunal xidmətlərin haqqının ödənil-məsi” maddəsində “kanalizasiya xətləri olmayan yerlərdə çirkab suların daşınması,” sözləri “su və kanalizasiya xətləri olmayan yerlərdə içməli suyun alınması və çirkab suların daşınması, yağış novlarının təmizlənməsi,” sözləri ilə əvəz edilsin;

2.4. “222920. “İstehlakyönlü müxtəlif xidmətlər” maddəsinə “avadanlıqların doldurulması,” sözlərindən sonra “təbii güllərə və əkmələrə qulluq edilməsi,” sözləri əlavə edilsin;

2.5. “222930. “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” maddəsinə “yazılması,” sözündən sonra “ağacların budanması,” sözləri əlavə edilsin;

2.6. “263000. “Dövlət sifarişi, dövlət öhdəlikləri və bu qəbildən olan digər öhdəliklərin ödənilməsi” köməkçi bölməsinə “sığortalan-ması” sözündən sonra “və səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərin icrası” sözləri əlavə edilsin;

2.7. “263200. “İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsait” paraqrafına “sığortalanması” sözündən sonra “və səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsi” sözləri əlavə edilsin.

3. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı” yeni redaksiyada verilsin (əlavə olunur).

4. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin proqram təsnifatı” yeni redaksiyada verilsin (əlavə olunur).

5. Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq olunur.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 27 iyun 2024-cü il

 

Ətraflı:

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNƏCƏK

10:04
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

Sağlamlıq turizmi üzrə 200-ə yaxın mütəxəssis Şuşada bir araya gəlib 

09:20
30 Oktyabr

ABŞ-də prezidentlik yarışının son həftəsi

09:15
30 Oktyabr

ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin üzvləri İlahiyyat İnstitutunda olublar

09:10
30 Oktyabr

Bərdənin mülki şəhidləri anılmışdır

09:05
30 Oktyabr

İşğalın və Zəfərin fotosalnaməçisi

09:00
30 Oktyabr

Hakim partiyanın qələbəsi Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayırıcı xətlər yaratmaq cəhdlərinə böyük zərbə oldu

08:55
30 Oktyabr

Xalqın iradəsi qarşısında böyük güclər də gücsüzdür

08:50
30 Oktyabr

Qərb COP29 üçün Azərbaycana "sağ ol" deməkdənsə...

08:45
30 Oktyabr

Doğma yurdlarına dönən soydaşlarımızın məşğulluğu da təmin edilir

08:40
30 Oktyabr

Zəfər yolu ilə Şuşaya doğru

08:35
30 Oktyabr

Bir gündə düşmənin 2 Su-25 təyyarəsi, 3 tankı, 2 "Smerç"i, 10 topu məhv edilib

08:30
30 Oktyabr

Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirdi

08:25
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!