14 İyul 2024 03:13
951
Nazirlər Kabineti
A- A+
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 mart tarixli 76 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 mart tarixli 76 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında

 

 

№ 336

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 mart tarixli 24 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 mart tarixli 76 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2019, № 3, maddə 510 (Cild I); 2024, № 3, maddə 304) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3.4. Hər bir ödənişli avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilir.”.

2. 3.11.3.1-ci yarımbənddə “dərəcəsindən, nəqliyyat vasitəsinin qət etdiyi məsafədən, çəkisindən və ay ərzində gedişlərin sayından asılı olaraq” sözləri “dərəcəsi nəzərə alınmaqla” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri 

Bakı şəhəri, 12 iyul 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNƏCƏK

10:04
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

Sağlamlıq turizmi üzrə 200-ə yaxın mütəxəssis Şuşada bir araya gəlib 

09:20
30 Oktyabr

ABŞ-də prezidentlik yarışının son həftəsi

09:15
30 Oktyabr

ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin üzvləri İlahiyyat İnstitutunda olublar

09:10
30 Oktyabr

Bərdənin mülki şəhidləri anılmışdır

09:05
30 Oktyabr

İşğalın və Zəfərin fotosalnaməçisi

09:00
30 Oktyabr

Hakim partiyanın qələbəsi Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayırıcı xətlər yaratmaq cəhdlərinə böyük zərbə oldu

08:55
30 Oktyabr

Xalqın iradəsi qarşısında böyük güclər də gücsüzdür

08:50
30 Oktyabr

Qərb COP29 üçün Azərbaycana "sağ ol" deməkdənsə...

08:45
30 Oktyabr

Doğma yurdlarına dönən soydaşlarımızın məşğulluğu da təmin edilir

08:40
30 Oktyabr

Zəfər yolu ilə Şuşaya doğru

08:35
30 Oktyabr

Bir gündə düşmənin 2 Su-25 təyyarəsi, 3 tankı, 2 "Smerç"i, 10 topu məhv edilib

08:30
30 Oktyabr

Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirdi

08:25
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!