20 İyul 2024 00:02
1465
Nazirlər Kabineti
A- A+
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli   201 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nda və 2015-ci il  5 iyun tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli   201 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nda və 2015-ci il  5 iyun tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası"nda dəyişiklik edilməsi haqqında

 

№ 343

Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRAR

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:  
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il       25 dekabr tarixli  201 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 1076 (Cild I) ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 5.1-1-ci bənd əlavə edilsin:
"5.1-1. Qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatını bu Qayda ilə müəyyən edilmiş formalara uyğun tərtib etməli (6 və 7 nömrəli formalar) və hər il aprel ayının   1-dən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməlidir.";
1.2. 5.2-ci bəndin birinci cümləsinə "Nazirliyi" sözündən sonra "və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi" sözləri əlavə edilsin;
1.3. həmin Qaydaya aşağıdakı məzmunda 5 və 6 nömrəli əlavələr edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə  789 (Cild I) ilə təsdiq edilmiş "Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.1.10-cu yarımbəndə "Nazirliyinə" sözündən sonra "və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə" sözləri əlavə edilsin;
2.2. 4-cü hissə üzrə:
2.2.1. 4.1-ci bəndin birinci cümləsində "15 (on beş) gün" sözləri "15 (on beş) iş günü" sözləri ilə, ikinci cümləsində "15 (on beş) günədək" sözləri "15 (on beş) iş gününədək" sözləri ilə əvəz edilsin;
2.2.2. 4.1-1-ci bənddə "sonrakı gün" sözləri "sonrakı iş günü" sözləri ilə əvəz edilsin;
2.2.3. 4.2-ci bəndin birinci cümləsindən "illər üzrə tərtib edilən" sözləri çıxarılsın;
2.2.4. 4.3-cü bəndin üçüncü cümləsi çıxarılsın.

Əli ƏsƏdov,
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 17 iyul  2024-cü il

 

 

“Qeyri-hökumət təşkilatının illik maliyyə
hesabatının forması, məzmunu və
təqdim edilməsi Qaydası”na

 

5 nömrəli əlavə

 

Qrant və ondan istifadə haqqında hesabat

31 dekabr 20____ il tarixə

Forma № 6

VÖEN:_____________________________________________________

Təşkilatın adı: ______________________________________________

Sahə (fəaliyyət növü):________________________________________

Ünvan:____________________________________________________

Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat nömrəsi: _______________

Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat tarixi:___________________

Layihə barədə məlumat (adı, mövzusu, başlanma və bitmə tarixi, müqavilənin (qərarın) qeydə alınmasını təsdiq edən bildirişin tarixi və nömrəsi):___________________________________________________

 

 

 

Sıra

№-si

Maddələrin adı

Məbləğ

(manatla)

Qeyd

 

1.

Layihənin adı

 

 

 

1.1.

Ayrılmış maliyyə vəsaiti

 

 

 

1.2.

Xərclənmiş vəsait

 

 

 

1.3.

Qalıq vəsait

 

 

 

2.

Xərc maddələri üzrə

 

 

 

2.1.

Əməkhaqqı:

 

 

 

2.1.1.

ştatda olan işçilər

 

 

 

2.1.2.

ştatdankənar işçilər

 

 

 

2.1.3.

əməyin ödənişi ilə bağlı digər pul ödənişləri (mükafat, bonus və s.)

 

 

 

2.2.

Əməkhaqqına görə ayırmalar

 

 

 

2.2.1.

ştatda olan işçilər

 

 

 

2.2.2.

ştatdankənar işçilər

 

 

 

2.2.3.

o cümlədən:

 

 

 

2.2.3.1.

məcburi dövlət sosial sığorta haqqı

 

 

 

2.2.3.2.

icbari dövlət sığortası

 

 

 

2.2.3.3.

işsizlikdən sığorta haqqı

 

 

 

2.2.3.4.

icbari tibbi sığorta haqqı

 

 

 

3.

Layihə çərçivəsində icarə haqqı

 

 

 

3.1.

Daşınmaz əmlakın icarə haqqı

 

 

 

3.2.

Daşınar əmlakın icarə haqqı

 

 

 

4.

Kommunal xidmətlər haqqının ödənilməsi, o cümlədən:

 

 

 

4.1.

elektrik enerjisi haqqının ödənilməsi

 

 

 

4.2.

qaz haqqının ödənilməsi

 

 

 

4.3.

su haqqının ödənilməsi

 

 

 

4.4.

istilik enerjisi (yanacaq) haqqının ödənilməsi

 

 

 

5.

Ezamiyyə xərcləri, o cümlədən:

 

 

 

5.1.

ölkədaxili ezamiyyətlər

 

 

 

5.2.

xarici ezamiyyətlər

 

 

 

6.

Rabitə xidmətləri haqqının ödənilməsi, o cümlədən:

 

 

 

6.1.

telefon danışıq haqlarının ödənilməsi

 

 

 

6.2.

poçt rabitəsi xidmətləri haqqının ödənilməsi

 

 

 

6.3.

internet xidməti haqqının ödənilməsi

 

 

 

7.

Yanacaq xərcləri

 

 

 

8.

Nəqliyyat xərcləri

 

 

 

9.

Mühafizə xərcləri

 

 

 

10.

Bank xidməti üzrə xərclər

 

 

 

11.

Reklam, təşviqat və tanıtım xərcləri

 

 

 

12.

Digər malların (işlərin və xidmətin) alınması, o cümlədən:

 

 

 

12.1.

dəftərxana və təsərrüfat xərcləri

 

 

 

12.2.

mətbəə məhsulları üzrə xərclər

 

 

 

12.3.

inventar və avadanlıqların alınması

 

 

 

12.4.

qida məhsullarının alınması və təminatı

 

 

 

12.5.

cari, əsaslı təmir və tikinti xərcləri

 

 

 

12.6.

məsləhət xidmətlərinin və hüquqi yardım göstərilməsi xərcləri

 

 

 

12.7.

əsaslı məqsədlər üçün verilən qrantlar və digər ödənişlər

 

 

 

12.8.

qeyri-maddi aktivlər (elektron imza sertifikatlarının və digər qeyri-maddi aktivlərin alınması xərcləri)

 

 

 

12.9.

digər əsas vəsaitlərin alınması

 

 

 

12.10.

digər iş və xidmətlər haqqının ödənilməsi

 

 

 

Rəhbər

 

Mühasib

 

“___” __________ 20____ il

 

           

 

“Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”na

                               

                                 6 nömrəli əlavə

İanə və ondan istifadə haqqında hesabat

 

31 dekabr 20____ il tarixinə

 

   Forma № 7

 

 

 

VÖEN:   ____________________________________________________

Təşkilatın adı: ______________________________________________

Sahə (fəaliyyət növü):  _______________________________________

Ünvan: ____________________________________________________

Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat nömrəsi: ________________

Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat tarixi:  __________________

İanə verənlər barədə məlumat (hüquqi şəxsin adı, fiziki şəxs olduqda adı, soyadı, atasının adı, Ədliyyə Nazirliyi tərəfindən reyestrə daxil edildiyi tarix və nömrə:________________________________________

 

 

Sıra

№-si

Maddələrin adı

Məbləğ

(manatla)

Qeyd

1.

İanələrin ümumi məbləği:

 

 

1.1.

Xərclənmiş vəsait

 

 

1.2.

Qalıq vəsait

 

 

2.

Xərc maddələri üzrə

 

 

2.1.

Əməkhaqqı:

 

 

2.1.1.

ştatda olan işçilər

 

 

2.1.2.

ştatdankənar işçilər

 

 

2.1.3.

əməyin ödənişi ilə bağlı digər pul ödənişləri (mükafat, bonus və s.)

 

 

2.2.

Əməkhaqqına görə ayırmalar

 

 

2.2.1.

ştatda olan işçilər

 

 

2.2.2.

ştatdankənar işçilər

 

 

2.2.3.

o cümlədən:

 

 

2.2.3.1.

məcburi dövlət sosial sığorta haqqı

 

 

2.2.3.2.

icbari dövlət sığortası

 

 

2.2.3.3.

işsizlikdən sığorta haqqı

 

 

2.2.3.4.

icbari tibbi sığorta haqqı

 

 

3.

İcarə haqqı

 

 

3.1.

Daşınmaz əmlakın icarə haqqı

 

 

3.2.

Daşınar əmlakın icarə haqqı

 

 

4.

Kommunal xidmətlər haqqının ödənilməsi, o cümlədən:

 

 

4.1.

elektrik enerjisi haqqının ödənilməsi

 

 

4.2.

qaz haqqının ödənilməsi

 

 

4.3.

su haqqının ödənilməsi

 

 

4.4.

istilik enerjisi (yanacaq) haqqının ödənilməsi

 

 

5.

Ezamiyyə xərcləri, o cümlədən:

 

 

5.1.

ölkədaxili ezamiyyətlər

 

 

5.2.

xarici ezamiyyətlər

 

 

6.

Rabitə xidmətləri haqqının ödənilməsi, o cümlədən:

 

 

6.1.

telefon danışıq haqlarının ödənilməsi

 

 

6.2.

poçt rabitəsi xidmətləri haqqının ödənilməsi

 

 

6.3.

internet xidməti haqqının ödənilməsi

 

 

7.

Yanacaq xərcləri

 

 

8.

Nəqliyyat xərcləri

 

 

9.

Mühafizə xərcləri

 

 

10.

Bank xidməti üzrə xərclər

 

 

11.

Reklam, təşviqat və tanıtım xərcləri

 

 

12.

Digər malların (işlərin və xidmətin) alınması, o cümlədən:

 

 

12.1.

dəftərxana və təsərrüfat xərcləri

 

 

12.2.

mətbəə məhsulları üzrə xərclər

 

 

12.3.

inventar və avadanlıqların alınması

 

 

12.4.

qida məhsullarının alınması və təminatı

 

 

12.5.

cari, əsaslı təmir və tikinti xərcləri

 

 

12.6.

məsləhət xidmətlərinin və hüquqi yardım göstərilməsi xərcləri

 

 

12.7.

əsaslı məqsədlər üçün verilən qrantlar və digər ödənişlər

 

 

12.8.

qeyri-maddi aktivlər (elektron imza sertifikatlarının və digər qeyri-maddi aktivlərin alınması

 

 

 

 

12.9.

digər əsas vəsaitlərin alınması

 

 

12.10.

digər iş və xidmətlərin haqqının ödənilməsi

 

 

           

 

Rəhbər

 

Mühasib

 

“___” __________ 20____ il

 

     №-li nüsxə

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNƏCƏK

10:04
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

Sağlamlıq turizmi üzrə 200-ə yaxın mütəxəssis Şuşada bir araya gəlib 

09:20
30 Oktyabr

ABŞ-də prezidentlik yarışının son həftəsi

09:15
30 Oktyabr

ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin üzvləri İlahiyyat İnstitutunda olublar

09:10
30 Oktyabr

Bərdənin mülki şəhidləri anılmışdır

09:05
30 Oktyabr

İşğalın və Zəfərin fotosalnaməçisi

09:00
30 Oktyabr

Hakim partiyanın qələbəsi Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayırıcı xətlər yaratmaq cəhdlərinə böyük zərbə oldu

08:55
30 Oktyabr

Xalqın iradəsi qarşısında böyük güclər də gücsüzdür

08:50
30 Oktyabr

Qərb COP29 üçün Azərbaycana "sağ ol" deməkdənsə...

08:45
30 Oktyabr

Doğma yurdlarına dönən soydaşlarımızın məşğulluğu da təmin edilir

08:40
30 Oktyabr

Zəfər yolu ilə Şuşaya doğru

08:35
30 Oktyabr

Bir gündə düşmənin 2 Su-25 təyyarəsi, 3 tankı, 2 "Smerç"i, 10 topu məhv edilib

08:30
30 Oktyabr

Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirdi

08:25
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!