06 Noyabr 2026 01:13
1581
Nazirlər Kabineti
A- A+
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nun və “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu”nun strukturu, işçilərin say həddi və əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi haqqında  

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nun və “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu”nun strukturu, işçilərin say həddi və əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi haqqında  


№ 363


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının 4.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin strukturu” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nun strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu”nun strukturu” təsdiq edilsin (əlavə olunur).

4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi” aparatının işçilərinin say həddi 120 ştat vahidi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nun işçilərinin say həddi 670 ştat vahidi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu”nun işçilərinin say həddi 221 ştat vahidi təsdiq edilsin.

5. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi” aparatının işçilərinin əməkhaqlarının məbləği (vəzifə maaşı, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər)” təsdiq edilsin (əlavə olunur).

6. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nun və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu”nun işçilərinin aylıq tarif (vəzifə) maaşlarının məbləği büdcədən maliyyələşdirilən sahələr üçün təsdiq edilmiş müvafiq Vahid Tarif Cədvəli əsasında Vahid Tarif-İxtisas Sorğu Kitabçalarına uyğun olaraq müəyyən edilsin.

7. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməyinin stimullaşdırılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 210 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 783 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nda və “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu”nda çalışan işçilərin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə maaşlarına bu Qərarın 2 nömrəli əlavəsinə uyğun əlavə təyin etsin.”;

7.2. 1 nömrəli əlavə ləğv edilsin;

7.3. 2 nömrəli əlavənin adı aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nda və “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu”nda çalışan işçilərin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavə.”.


Əli Əsədov,

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 29 ” “ oktyabr ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Geniş yayılmış virusun Altsheymer xəstəliyinin yaranma riskini artırdığı müəyyən edilib

09:50
26 Noyabr

Çin ABŞ-nin yeni gömrük rüsumları planını "siyasi manevr" adlandırdı

09:45
26 Noyabr

Müharibənin qaranlığında yanan vicdan işığı

09:40
26 Noyabr

Əlisəfa Azayevin qələmində "Əlfi Qasımov fenomeni"

09:35
26 Noyabr

Mümkünsüz görünəni mümkün edən cəsarət və məharət 

09:30
26 Noyabr

Gözəllik abadlıqdan başlayır

09:25
26 Noyabr

Səyyar qəbulda qaldırılan problem həll olundu

09:20
26 Noyabr

Bu şəhər bizimdir

09:15
26 Noyabr

Problem tezliklə aradan qaldırıldı

09:10
26 Noyabr

Uşaqların uşaqlığı niyə ekrana köçür?

09:05
26 Noyabr

Masallıda xeyriyyəçilik ənənələri yaşadılır

09:00
26 Noyabr

Piyada keçid körpüsü təmir edildi

08:55
26 Noyabr

Şahmat turniri

08:50
26 Noyabr

Qazi kimi mənə olan diqqətdən razıyam

08:45
26 Noyabr

Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının yeni hədəfləri

08:40
26 Noyabr

Regionun əsas logistika mərkəzi

08:35
26 Noyabr

Azərbaycan-ABŞ əlaqələri ən yüksək səviyyədədir

08:30
26 Noyabr

Regionda dayanıqlı sülhün bərqərar olması üçün atılan mühüm siyasi-hüquqi addım

08:25
26 Noyabr

"Vətən Müharibəsi Qəhrəmanı" - şücaətin və fədakarlığın ali təcəssümü

08:20
26 Noyabr

Güclü dövlət, ədalətli hüquq sistemi, fəal vətəndaş cəmiyyəti milli inkişaf strategiyasının əsas istiqamətləridir

08:15
26 Noyabr

Azərbaycanın Avropa üçün artan əhəmiyyəti Cənubi Qafqazda yeni iqtisadi perspektivlər yaradır 

08:10
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!