05 Avqust 2026 17:05
733
SİYASƏT
A- A+
Azərbaycan Qlobal Şimal və Qlobal Cənub arasında dialoqu təşviq edən aparıcı aktorlardan biridir

Azərbaycan Qlobal Şimal və Qlobal Cənub arasında dialoqu təşviq edən aparıcı aktorlardan biridir


Azərbaycanın Qoşulmama Hərəkatına dördillik uğurlu sədrliyi təşkilatın fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Sədrlik dövründə təşkilat formal platformadan çıxaraq qlobal problemlərin müzakirə edildiyi və konkret təşəbbüslərin irəli sürüldüyü mühüm beynəlxalq əməkdaşlıq mexanizminə çevrilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

O qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə təşkilat BMT-dən sonra ən geniş təmsilçiliyə malik beynəlxalq platformalardan biri kimi daha fəal rol oynamağa başlayıb. Bu dövrün mühüm istiqamətlərindən biri COVID-19 pandemiyası zamanı vaksinlərin ədalətli bölüşdürülməsi məsələsinin beynəlxalq gündəliyə çıxarılması olub. Azərbaycan pandemiya dövründə vaksinlərin qeyri-bərabər paylanması problemini ardıcıl şəkildə qaldıraraq, inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə edib. Məhz Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyası keçirilib və burada vaksin ayrı-seçkiliyinin aradan qaldırılması istiqamətində mühüm qərarlar qəbul olunub. Bu təşəbbüs xüsusilə Qlobal Cənub ölkələri tərəfindən geniş dəstək qazanıb.

“Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da diqqət çəkən istiqamətlərdən biridir. Bu çərçivədə Qoşulmama Hərəkatının Gənclər Təşkilatı və Qadınlar Platforması yaradılıb. Yeni platformalar gənclərin və qadınların beynəlxalq əməkdaşlıq proseslərində iştirak imkanlarını genişləndirib, həmçinin bu istiqamətlər üzrə çoxsaylı beynəlxalq tədbirlər təşkil edilib. Bu gün də həmin təsisatların fəaliyyəti davam etdirilir və təşkilatın işinə əlavə dinamizm qazandırır. Həmçinin Azərbaycan bu müddətdə Qlobal Cənub ölkələrinin səsinin beynəlxalq səviyyədə daha aydın eşidilməsinə imkan yaradaraq, təşkilatı həmin ölkələrin maraqlarını ifadə edən əsas platformalardan birinə çevirə bilib. Bu çərçivədə ətraf mühitin mühafizəsi, iqlim dəyişiklikləri, miqrasiya, yoxsulluq, dayanıqlı inkişaf və digər qlobal problemlər Qoşulmama Hərəkatının gündəliyində mühüm yer tutub. Azərbaycanın təşəbbüsləri nəticəsində bu məsələlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb və onların həlli istiqamətində çoxtərəfli əməkdaşlıq təşviq edilib.

Azərbaycanın təşəbbüsü ilə yaradılan Qlobal Cənub QHT Platforması da bu istiqamətdə mühüm addımlardan biri hesab olunur. Ötən ilin aprelində təsis olunan platforma 100-dən çox ölkənin qeyri-hökumət təşkilatlarını bir araya gətirərək qlobal problemlərin müzakirəsi üçün yeni əməkdaşlıq mühiti formalaşdırıb. Platforma ətraf mühit, insan hüquqları, sosial bərabərlik, inklüziv inkişaf, yoxsulluğun azaldılması və müasir dövrdə yeni təzahürləri ilə müşahidə olunan müstəmləkəçilik meyillərinə qarşı mübarizə kimi mövzular üzrə fəaliyyət göstərir”, - deyə deputat bildirib.

Azər Allahverənov Qoşulmama Hərəkatı və Qlobal Cənub QHT Platformasının Qlobal Şimalla Qlobal Cənub arasında dialoqun inkişafına xidmət edən mühüm körpü rolunu oynadığına diqqət çəkib: “Bu platformalar vasitəsilə yalnız dövlətlər deyil, vətəndaş cəmiyyəti institutları da beynəlxalq qərarların formalaşmasına töhfə vermək imkanı əldə edirlər. Ümumilikdə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ölkənin beynəlxalq münasibətlər sistemində rolunun daha da güclənməsinə, etibarlı tərəfdaş imicinin möhkəmlənməsinə və yeni əməkdaşlıq modelinin formalaşdırılmasına mühüm töhfə verib. Bu model siyasi, iqtisadi, humanitar, ekoloji və sosial məsələlərin vahid platformada müzakirəsinə, beynəlxalq hüququn prinsiplərinə əsaslanan çoxtərəfli əməkdaşlığın inkişafına xidmət edir. Nəticə etibarilə Azərbaycan həm Qlobal Şimal, həm də Qlobal Cənub arasında dialoqu təşviq edən və ümumbəşəri problemlərin həllinə töhfə verən aparıcı aktorlardan biri kimi mövqeyini daha da möhkəmləndirib”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"İstilik təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

01:16
14 Avqust

Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb

20:20
13 Avqust

Azərbaycan fındığının Çin bazarına ixracı üçün ilk rəsmi qeydiyyat əldə olunub

20:15
13 Avqust

Konfrans Liqası: “Qarabağ” və “Dinamo”nun start heyətləri açıqlanıb

20:10
13 Avqust

Naxçıvanda həyata keçirilən işlər regionların inkişafı ilə bağlı vahid dövlət siyasətinin tərkib hissəsidir 

20:05
13 Avqust

Naxçıvanın tranzit imkanlarını artıran strateji layihə - Zəngəzur dəhlizi 

20:00
13 Avqust

Prezidentin səfəri Naxçıvanın inkişaf gündəliyində təhlükəsizlik, enerji və Orta Dəhlizi ön plana çıxarır 

19:55
13 Avqust

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının icarəsi üzrə 4-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib

19:50
13 Avqust

Siyasi şərhçi: Zəngəzur və Orta Dəhliz Naxçıvanın iqtisadi modelini dəyişəcək

19:45
13 Avqust

Özünüməşğulluq proqramı üzrə bu il daha 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb

19:40
13 Avqust

Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş

19:35
13 Avqust

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

19:30
13 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib 

19:25
13 Avqust

Pərakəndə ticarət şəbəkəsində bir nəfər orta hesabla ayda 533,6 manatlıq məhsul alıb

19:20
13 Avqust

Peru nəşri bu ölkənin Azərbaycanla münasibətlərinin inkişaf perspektivlərindən yazıb

19:15
13 Avqust

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 455-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

19:10
13 Avqust

Ankara Ər-Riyad və İslamabadla əməkdaşlığı regional sabitliyə töhfə adlandırıb

19:05
13 Avqust

Toxumçuluq haqqında

19:00
13 Avqust

Kənd Təsərrüfatı Nazirliyi Samuxda baş vermiş hadisə ilə bağlı məlumat yayıb

18:55
13 Avqust

Prezidentin Naxçıvanla bağlı Sərəncamından irəli gələn prioritetlər 

18:50
13 Avqust

Orijinallıq və elmi yanaşma: Möminə xatun türbəsində hansı bərpa işləri görülür?

18:45
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!