05 Avqust 2026 19:21
1407
İQTİSADİYYAT
A- A+
Professor: Yaxın gələcəkdə Zəngəzur dəhlizinin formalaşaraq fəaliyyətə başlamasının şahidi olacağıq

Professor: Yaxın gələcəkdə Zəngəzur dəhlizinin formalaşaraq fəaliyyətə başlamasının şahidi olacağıq


ABŞ Dövlət Departamentinin "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu"nun (TRIPP) reallaşması üçün 200 milyon dollardan ibarət xüsusi fond yaratması onu deməyə əsas verir ki, Zəngəzur dəhlizi çox yaxın gələcəkdə həyata vəsiqə alacaq. Artıq Ermənistanda da danışıqlar aparılır, avtomobil və dəmir yollarının çəkilişi istiqamətində layihələr nəzərdən keçirilir”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında professor Çingiz Axundov deyib.

O bildirib ki, dəhliz ilk növbədə Naxçıvan Muxtar Respublikasının Azərbaycan ilə nəqliyyat əlaqəsini təmin edəcək və bunun da mühüm geosiyasi əhəmiyyəti var. Naxçıvan uzun illərin blokadasından çıxaraq nəinki Azərbaycana, eləcə də dünya iqtisadiyyatına inteqrasiya olunmaq imkanı qazanacaq. Azərbaycanın iqtisadi imkanları öz ərazisində nəzərdə tutulan işləri yekunlaşdırmaq imkanı verir. Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, Araz çayı üzərində Ağbənd-Kəlalə körpüsünün inşası yekunlaşmaq üzrədir. Bu istiqamətdə həyata keçirilən işlərin 95 faizi tamamlanıb: “Bütün bunlar təsadüfən baş verməyib. Ötən ilin avqustunda Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən imzalanan deklarasiyada nəzərdə tutulmuş işlər həyata keçirilir ki, 42 kilometrlik yol inşa edilsin”.

Professor nəzərə çatdırıb ki, ABŞ-nin Ermənistana yardımını təbii qəbul etmək lazımdır: “Zəif iqtisadiyyata malik olan Ermənistan yardım almadan üzərinə düşən işləri yerinə yetirə bilməz. Zəngəzur dəhlizi həm Azərbaycan və qonşu dövlətlər, həm də daha böyük coğrafiya üçün strateji layihə hesab edilir. Bu yol tranzit marşrutu qısaltmaqla şərqdən qərbə yükdaşıma xərclərini azaldacaq. Elə buna görə də layihənin icrası zamanı perspektivlər nəzərə alınıb”.

O vurğulayıb ki, ABŞ-nin Mərkəzi Asiya respublikaları ilə son illər müşahidə olunan yaxın iqtisadi əməkdaşlıq əlaqələri təsadüfi xarakter daşımır. Bu əlaqələrin arxasında ABŞ-nin iqtisadi maraqları dayanır: “Bildiyimiz kimi, dünya təmiz enerjiyə transformasiya olunur. Yeni texnologiyaların inkişafı üçün nadir yer metalların istifadəsi zəruridir. Bunlardan elektrikli nəqliyyat vasitələrinin, smartfonların, külək turbinlərinin, Günəş batareyalarının, hərbi texnikanın və müxtəlif texniki avadanlıqların istehsalında istifadə olunur. Mərkəzi Asiya respublikalarında uran, litium, tulium, serium və digər nadir yer metallarının qaynaqları var. Texnoloji cəhətdən inkişaf etmiş ABŞ gələcəkdə də hegemonluğunu qoruyub saxlamaq üçün bunlara ehtiyac duyur. Bu baxımdan Zəngəzur dəhlizinin fəaliyyəti təmin olunacaq. ABŞ həm sərmayə yatıracaq, həm də dəhlizin təhlükəsizliyini təmin edəcək”.

“Azərbaycan Prezidentinin irəli sürdüyü Zəngəzur dəhlizi ideyası qlobal xarakter daşıyan beynəlxalq layihədir. Bu layihənin əhəmiyyətini dünya birliyinə açıqlayan Prezident İlham Əliyev dəhlizin həyata keçirilməsinə nail olmaqla təkcə Azərbaycanı deyil, bütün region dövlətlərinin iqtisadi inkişafına təkan vermiş oldu. Odur ki, bəzi narazı tərəflərin etirazları əsassız olmaqla yanaşı, həm də obyektiv xarakter daşımır. Çox yaxın gələcəkdə dəhlizin formalaşaraq fəaliyyətə başlamasının şahidi olacağıq”, - deyə professor əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"İstilik təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

01:16
14 Avqust

Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb

20:20
13 Avqust

Azərbaycan fındığının Çin bazarına ixracı üçün ilk rəsmi qeydiyyat əldə olunub

20:15
13 Avqust

Konfrans Liqası: “Qarabağ” və “Dinamo”nun start heyətləri açıqlanıb

20:10
13 Avqust

Naxçıvanda həyata keçirilən işlər regionların inkişafı ilə bağlı vahid dövlət siyasətinin tərkib hissəsidir 

20:05
13 Avqust

Naxçıvanın tranzit imkanlarını artıran strateji layihə - Zəngəzur dəhlizi 

20:00
13 Avqust

Prezidentin səfəri Naxçıvanın inkişaf gündəliyində təhlükəsizlik, enerji və Orta Dəhlizi ön plana çıxarır 

19:55
13 Avqust

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının icarəsi üzrə 4-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib

19:50
13 Avqust

Siyasi şərhçi: Zəngəzur və Orta Dəhliz Naxçıvanın iqtisadi modelini dəyişəcək

19:45
13 Avqust

Özünüməşğulluq proqramı üzrə bu il daha 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb

19:40
13 Avqust

Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş

19:35
13 Avqust

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

19:30
13 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib 

19:25
13 Avqust

Pərakəndə ticarət şəbəkəsində bir nəfər orta hesabla ayda 533,6 manatlıq məhsul alıb

19:20
13 Avqust

Peru nəşri bu ölkənin Azərbaycanla münasibətlərinin inkişaf perspektivlərindən yazıb

19:15
13 Avqust

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 455-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

19:10
13 Avqust

Ankara Ər-Riyad və İslamabadla əməkdaşlığı regional sabitliyə töhfə adlandırıb

19:05
13 Avqust

Toxumçuluq haqqında

19:00
13 Avqust

Kənd Təsərrüfatı Nazirliyi Samuxda baş vermiş hadisə ilə bağlı məlumat yayıb

18:55
13 Avqust

Prezidentin Naxçıvanla bağlı Sərəncamından irəli gələn prioritetlər 

18:50
13 Avqust

Orijinallıq və elmi yanaşma: Möminə xatun türbəsində hansı bərpa işləri görülür?

18:45
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!