05 Avqust 2026 18:29
1110
CƏMİYYƏT
A- A+
Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi gücləndirilir - Dəyişikliklər nəyi ehtiva edir?

Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi gücləndirilir - Dəyişikliklər nəyi ehtiva edir?


İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi uşaqların sosial şəbəkə platformalarında təhlükəsizliyinin daha effektiv təmin edilməsinə, onların rəqəmsal mühitdə formalaşan mənfi təsirlərdən qorunmasına yönəlib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) AZƏRTAC-a bildirilib ki, qanun layihəsi “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Layihə hazırlanan zaman qabaqcıl beynəlxalq təcrübə, xüsusilə rəqəmsal təhlükəsizlik sahəsində mütərəqqi mexanizmlərə malik dövlətlərin qanunvericilik modelləri təhlil olunub. Bu çərçivədə sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən edilib.

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 16-18 yaşarası şəxslərin uşaq kateqoriyasına aid edilməsi nəzərə alınaraq layihədə həmin yaş qrupunun da rəqəmsal mühitdə əlavə mühafizəsi nəzərdə tutulur. Bu məqsədlə 16-18 yaşarası şəxslərin platformalarda fərdi rəqəmsal hesab yaratması, ondan istifadə etməsi və məzmun paylaşması yalnız qanuni nümayəndələrinin razılığı və nəzarəti altında mümkün olacaq.

Platforma provayderlərinin üzərinə yaş məhdudiyyətinə nəzarət üzrə effektiv texniki üsulların tətbiqi öhdəliyi qoyulur. İstifadəçinin yaşının dəqiqləşdirilməsi, həmçinin 16-18 yaşarası yeniyetmələrin qanuni nümayəndələrinin razılığının alınması üçün bank kartı, elektron poçt və mobil telefon nömrəsi üzrə məlumatların yoxlanılması kimi ilkin mexanizmlər tətbiq olunacaq. Bununla yanaşı, fərdi rəqəmsal hesabın yaradılması zamanı şəxsin yaşının müəyyən edilməsinə dair aidiyyəti dövlət qurumlarının birgə razılığı əsasında digər texniki üsullardan da istifadə oluna bilər.

16-18 yaşarası istifadəçilərin hesablarında yerləşdiriləcək məzmun və reklamların dairəsi, eləcə də platformadan istifadə saatları qanuni nümayəndə tərəfindən idarə olunacaq. Platforma provayderləri isə bu məqsədlə müvafiq valideyn nəzarəti funksionallığını təmin etməlidirlər. Eyni zamanda, provayderlər istifadəçilərin davranışlarını mütəmadi təhlil etməli, bəyan olunan yaşla bağlı əsaslı şübhələr yarandıqda təkrar yaş yoxlanılması həyata keçirməlidirlər.

Qanun layihəsində fərdi məlumatların qorunmasına xüsusi diqqət yetirilir. Yaşın yoxlanılması məqsədilə toplanmış fərdi məlumatların informasiya sistemlərində saxlanılması, üçüncü şəxslərə ötürülməsi, habelə kommersiya və ya hədəfli reklam məqsədilə istifadəsi qadağan olunur. Bundan əlavə, platformalar şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların və profilinin sistemdən tam silinməsini təmin etməlidirlər.

Uşaqların psixi və fiziki sağlamlığının qorunması məqsədilə əlavə texniki və təhlükəsizlik tədbirləri də müəyyən edilir. Belə ki, 16-18 yaşarası istifadəçilərin hesablarında ilkin konfidensiallıq tənzimləmələri ən yüksək səviyyədə qurulmalı, məkan məlumatlarının ictimaiyyətə açıqlanması məhdudlaşdırılmalı və istifadəçinin seçiminə uyğun gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq edilməlidir.

Həmçinin uşaqlarda asılılıq yaradan manipulyativ dizayn üsullarından, o cümlədən sonsuz sürüşdürmə (infinite scroll) və videoların avtomatik səsləndirilməsi (autoplay) funksiyalarından istifadə, eləcə də zərərli məzmun və reklamların yerləşdirilməsi qadağan edilir.

Yeni tələblər bütün sosial şəbəkə platformalarına şamil olunmur. Təhsil, səhiyyə və ya peşəkar-işgüzar münasibətlərin qurulmasını təmin edən platformalar istisnadır.

Qanun layihəsində, həmçinin ölkə ərazisində istifadəçilərə xidmət göstərən platforma provayderlərinin dövlət qeydiyyatına alınması təklif olunur. Dövlət qeydiyyatından keçməyən platformalara münasibətdə mərhələli maliyyə sanksiyalarının, reklam məhdudiyyətlərinin və internet trafikinin məhdudlaşdırılması tədbirlərinin tətbiqi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"İstilik təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

01:16
14 Avqust

Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb

20:20
13 Avqust

Azərbaycan fındığının Çin bazarına ixracı üçün ilk rəsmi qeydiyyat əldə olunub

20:15
13 Avqust

Konfrans Liqası: “Qarabağ” və “Dinamo”nun start heyətləri açıqlanıb

20:10
13 Avqust

Naxçıvanda həyata keçirilən işlər regionların inkişafı ilə bağlı vahid dövlət siyasətinin tərkib hissəsidir 

20:05
13 Avqust

Naxçıvanın tranzit imkanlarını artıran strateji layihə - Zəngəzur dəhlizi 

20:00
13 Avqust

Prezidentin səfəri Naxçıvanın inkişaf gündəliyində təhlükəsizlik, enerji və Orta Dəhlizi ön plana çıxarır 

19:55
13 Avqust

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının icarəsi üzrə 4-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib

19:50
13 Avqust

Siyasi şərhçi: Zəngəzur və Orta Dəhliz Naxçıvanın iqtisadi modelini dəyişəcək

19:45
13 Avqust

Özünüməşğulluq proqramı üzrə bu il daha 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb

19:40
13 Avqust

Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş

19:35
13 Avqust

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

19:30
13 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib 

19:25
13 Avqust

Pərakəndə ticarət şəbəkəsində bir nəfər orta hesabla ayda 533,6 manatlıq məhsul alıb

19:20
13 Avqust

Peru nəşri bu ölkənin Azərbaycanla münasibətlərinin inkişaf perspektivlərindən yazıb

19:15
13 Avqust

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 455-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

19:10
13 Avqust

Ankara Ər-Riyad və İslamabadla əməkdaşlığı regional sabitliyə töhfə adlandırıb

19:05
13 Avqust

Toxumçuluq haqqında

19:00
13 Avqust

Kənd Təsərrüfatı Nazirliyi Samuxda baş vermiş hadisə ilə bağlı məlumat yayıb

18:55
13 Avqust

Prezidentin Naxçıvanla bağlı Sərəncamından irəli gələn prioritetlər 

18:50
13 Avqust

Orijinallıq və elmi yanaşma: Möminə xatun türbəsində hansı bərpa işləri görülür?

18:45
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!