05 Avqust 2026 19:56
1669
SİYASƏT
A- A+
Azərbaycan Avrasiyanın mühüm logistik və geoiqtisadi mərkəzlərindən birinə çevrilir ŞƏRH  

Azərbaycan Avrasiyanın mühüm logistik və geoiqtisadi mərkəzlərindən birinə çevrilir ŞƏRH  


Azərbaycanın Orta Dəhlizin inkişafındakı rolu beynəlxalq münasibətlər nəzəriyyəsində əsasən neorealizm prizmasından izah olunur. Sistemdəki anarxiya və güc balansındakı dəyişikliklər dövlətləri xarici təhlükəsizliklərini və strateji maraqlarını təmin etmək üçün mövcud imkanlardan maksimum istifadə etməyə sövq edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq əlaqələr üzrə mütəxəssis Bayram Əliyev deyib.

Onun sözlərinə görə, Şimal marşrutunun geostrateji risklər səbəbindən zəifləməsi, xüsusilə Ukrayna böhranı fonunda yaranmış yeni reallıqlar Avrasiya məkanında alternativ nəqliyyat xətlərinə ehtiyacı artırıb. Bu struktur dəyişiklikləri şəraitində Azərbaycan əlverişli coğrafi mövqeyindən geostrateji alət kimi istifadə etməklə regional güclər arasında suverenliyini, strateji manevr imkanlarını və milli təhlükəsizliyini möhkəmləndirir. Qarşılıqlı asılılıq və logistik hab konsepsiyaları da bu yanaşmanı tamamlayır.

“Orta Dəhliz Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropa ilə birləşdirən multimodal nəqliyyat marşrutudur. Azərbaycan bu sistemdə yalnız coğrafi körpü deyil, həm də mühüm təşəbbüskar və tranzit ölkə kimi çıxış edir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, həmçinin müasir avtomobil və hava nəqliyyatı infrastrukturuna yatırılan böyük həcmli investisiyalar Azərbaycanın fəal geoiqtisadi oyunçu kimi mövqeyini gücləndirib. Ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi isə tranzit imkanlarını artırmaqla yanaşı, alternativ marşrutların formalaşdırılmasına və nəqliyyat risklərinin azaldılmasına şərait yaradır”, - deyə ekspert bildirib.

B.Əliyev xatırladıb ki, Dəhlizin rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində son dövrdə mühüm praktiki addımlar atılıb. Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində aparılan modernləşdirmə işləri nəticəsində xəttin illik ötürücülük gücü 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bakı Limanının ikinci fazası çərçivəsində isə limanın yükaşırma gücünün 25 milyon tona, konteynerlər üzrə imkanlarının 500 min TEU-ya çatdırılması nəzərdə tutulur. Sərhəd-keçid prosedurlarının sürətləndirilməsi məqsədilə “Vahid pəncərə” sistemi və elektron gömrük mexanizmləri də tətbiq edilir. Naxçıvan üzərindən perspektivdə reallaşdırılması nəzərdə tutulan Zəngəzur dəhlizi də Orta Dəhlizin yükötürmə imkanlarını və marşrutun alternativliyini daha da artıracaq.

“Azərbaycanın Mərkəzi Asiya dövlətləri, xüsusilə Qazaxıstan, Özbəkistan və Türkmənistanla nəqliyyat-logistika sahəsində əməkdaşlığı da keyfiyyətcə yeni mərhələyə keçib. Qazaxıstan və Gürcüstanla birgə yaradılmış “Middle Corridor Multimodal Ltd.” şirkəti vasitəsilə vahid tarif siyasətinin formalaşdırılması və blok-qatarların fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində iş aparılır. Aktau, Kuryık və Türkmənbaşı limanları ilə inteqrasiya olunmuş bərə daşımalarının genişləndirilməsi, eləcə də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin tanker və bərə parkının yenilənməsi Orta Dəhlizin dəniz komponentinin imkanlarını artırır. Dənizə birbaşa çıxışı olmayan Özbəkistan və Qırğızıstan üçün isə Azərbaycan infrastrukturu Avropa bazarlarına çıxış baxımından mühüm tranzit qapısı rolunu oynayır”, - deyə o vurğulayıb.

Mütəxəssisin fikrincə, Orta Dəhlizin inkişafı Azərbaycan üçün yalnız tranzit gəlirlərinin artırılması baxımından əhəmiyyət daşımır. Ələt Azad İqtisadi Zonasında xammalın emalı və əlavə dəyər yaradan istehsal zəncirlərinin formalaşdırılması da əsas hədəflər sırasındadır. Nəqliyyat dəhlizləri, eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində vahid iqtisadi-logistik məkanın formalaşdırılması üçün mühüm baza yaradır. Dəniz yolu ilə 35-45 gün davam edən daşımaların Orta Dəhliz vasitəsilə 12-15 günə qədər qısaldılması, xüsusilə yüksək dəyərli yüklərin daşınması baxımından marşrutun rəqabət üstünlüyünü artırır.

Beləliklə, neorealist nəzəriyyənin əsas müddəaları baxımından Azərbaycan əlverişli geostrateji mövqeyindən istifadə etməklə həm milli təhlükəsizliyini və iqtisadi dayanıqlığını gücləndirir, həm də regional nəqliyyat sistemində rolunu artırır. Şərq-Qərb istiqamətində həyata keçirilən infrastruktur layihələri və Mərkəzi Asiya ölkələri ilə genişlənən tərəfdaşlıq Azərbaycanın Avrasiyanın mühüm logistik və geoiqtisadi mərkəzlərindən birinə çevrilməsinə imkan yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!