05 Avqust 2026 17:40
783
SİYASƏT
A- A+
Hüsamettin İnanç: TDT-nin gələcəyi Türkiyə–Azərbaycan strateji sinerjisi üzərində formalaşır

Hüsamettin İnanç: TDT-nin gələcəyi Türkiyə–Azərbaycan strateji sinerjisi üzərində formalaşır

Türk Dövlətləri Təşkilatının (TDT) formalaşmasının və bugünkü inkişafının əsasında Azərbaycan ilə Türkiyə arasında yaranmış strateji sinerji dayanır. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra bu əməkdaşlığın yaratdığı geosiyasi təsir Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı və digər türk dövlətləri üçün də nümunəyə çevrildi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk politoloq Hüsamettin İnanç deyib.

Politoloq bildirib ki, Vətən müharibəsi zamanı və sonrakı dövrdə Azərbaycan ilə Türkiyənin birgə hərəkət etməsi iki qardaş ölkənin strateji əməkdaşlığının nə qədər böyük geosiyasi təsir gücünə malik olduğunu nümayiş etdirdi.

"Bu sinerji zaman keçdikcə digər türk dövlətləri üçün də örnək oldu. İnteqrasiya prosesinə ən yaxın qoşulan ölkələrdən biri Özbəkistandır. Çünki Özbəkistan uzun illər Rusiya, Çin və Avropa təsirlərindən daha qapalı siyasi xətt yürüdüb. Digər tərəfdən, Qazaxıstan, Qırğızıstan və Türkmənistan müxtəlif geosiyasi səbəblərdən bu prosesə daha ehtiyatla yanaşıblar", – deyə o bildirib.

Hüsamettin İnanç qeyd edib ki, bunun obyektiv səbəbləri mövcuddur. “Sovet dövründən qalan qapalı idarəçilik sistemi türk dövlətləri arasında dərin əməkdaşlığın formalaşmasını uzun müddət çətinləşdirib. Lakin zaman keçdikcə münasibətlərin inkişafı, TDT-nin institusional əsaslarının möhkəmlənməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi bu tərəddüdləri tədricən aradan qaldırmağa başlayıb. Türkmənistan uzun illər neytrallıq siyasəti yürüdərək bu inteqrasiya proseslərindən müəyyən qədər kənarda qalmağa üstünlük verib. Belə proseslər ancaq zamanla, qarşılıqlı etimad və təcrübə ilə formalaşır. Qırğızıstanla müttəfiqlik münasibətlərinin qurulması da bu baxımdan mühüm mərhələdir. Bu, ölkənin uzun illər davam edən geosiyasi məhdudiyyətlərdən çıxaraq daha geniş beynəlxalq inteqrasiyaya istiqamətlənməsinin göstəricisidir", – deyə Hüsamettin İnanç bildirib.

H.İnanç qeyd edib ki, yeni geosiyasi reallıqlar türk dövlətləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini zəruri edir. Xüsusilə nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi və TDT-nin praktiki əməkdaşlıq imkanlarının artırılması vacibdir. Formalaşan yeni əməkdaşlıq modeli yalnız iqtisadi inteqrasiyanı deyil, həm də nəqliyyat, enerji və təhlükəsizlik arxitekturasının yenidən qurulmasını nəzərdə tutur. Rusiya–Ukrayna müharibəsi nəticəsində Şimal marşrutu, Qəzza bölgəsində baş verən hadisələr fonunda isə cənub istiqamətindəki marşrutlar əvvəlki effektivliyini itirib. Belə şəraitdə Orta Dəhlizin sürətlə inkişaf etdirilməsi artıq strateji zərurətə çevrilib. Bunun üçün isə türk dövlətləri arasında inteqrasiyanın daha da gücləndirilməsi, xüsusilə Qazaxıstan, Qırğızıstan və Türkmənistanın bu prosesə daha fəal qoşulması mühüm əhəmiyyət daşıyır.

Ekspert hesab edir ki, Mərkəzi Asiya türk dövlətlərinin tam müstəqil və güclü inteqrasiya modeli yaratması müəyyən vaxt tələb edəcək. "Bu, asan proses deyil. Burada Azərbaycan və Türkiyənin formalaşdırdığı strateji nüvə əsas rol oynayacaq. Hər iki ölkə digər türk dövlətlərinin inteqrasiyasını təşviq edən, onları bu istiqamətdə dəstəkləyən və qarşılıqlı etimadı gücləndirən siyasət həyata keçirir. Sovet İttifaqının dağılmasından sonra türk dövlətləri əməkdaşlıq baxımından mühüm vaxt itkisi yaşayıblar. Artıq yeni onillikləri itirməyə haqqımız yoxdur. Dövlət idarəçiliyi modelləri, tarixi təcrübə və formalaşmış siyasi mədəniyyət səbəbindən bu inteqrasiya istənilən sürətlə getməsə də, proses davam edir. Qarşılıqlı etimadın artması, iqtisadi və siyasi əlaqələrin genişlənməsi, bir-birinə dəstəyin güclənməsi və təhlükəsizlik sahəsində ortaq siyasi iradənin möhkəmləndirilməsi nəticəsində Türk Dövlətləri Təşkilatı daha güclü institusional quruma çevriləcək", – deyə ekspert bildirib.

Sonda Hüsamettin İnanç vurğulayıb ki, belə strateji inteqrasiya prosesləri qısa müddətdə nəticə vermir. "Bu, zaman, səbir, qarşılıqlı etimad və ardıcıl siyasi iradə tələb edən uzunmüddətli prosesdir. Lakin bu istiqamətdə atılan addımlar göstərir ki, türk dövlətləri ortaq gələcəyin qurulması yolunda inamla irəliləyirlər", – deyə türk ekspert əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib  

22:42
26 Avqust

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib  

22:03
26 Avqust

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

21:02
26 Avqust

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb  

20:38
26 Avqust

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq  

20:29
26 Avqust

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub 

20:23
26 Avqust

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən  

20:13
26 Avqust

Cəlilabad rayonunda zəlzələ baş verib

20:01
26 Avqust

Laçın – tarixi yaddaşdan yeni reallıqlara uzanan Zəfər yolu

19:53
26 Avqust

Laçında “Əmir Teymur” filmi nümayiş olunub  

19:42
26 Avqust

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib  

19:38
26 Avqust

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib  

19:23
26 Avqust

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən  

19:08
26 Avqust

“Bitcoin”in qiyməti 78 min dollara enib  

18:59
26 Avqust

Azərbaycan-Özbəkistan: iqtisadi imkanlar yeni perspektivlər vəd edir  

18:31
26 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
26 Avqust

Yeni ideyalara “yaşıl işıq”: daha 10 layihə “Startap” şəhadətnaməsi aldı

18:21
26 Avqust

Çində yeni texnoloji inqilab - kütləvi şəkildə robot istehsalı   

18:16
26 Avqust

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

18:11
26 Avqust

Birgə artan geosiyasi və geoiqtisadi güc   

18:09
26 Avqust

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

18:07
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!