14 Fevral 2023 01:07
800
Məktublar
A- A+
Azərbaycan Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına

Azərbaycan Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına

 

Hörmətli konfrans iştirakçıları!
Sizi - Azərbaycan Ali Məhkəməsinin 100 illik yubileyinə həsr olunan "Ali məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar" mövzusunda beynəlxalq konfransın iştirakçılarını səmimi-qəlbdən salamlayır, konfrans çərçivəsində məhsuldar müzakirələr arzulayıram.
Müasir Azərbaycan Respublikasının hüquqi varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətində dövlət quruculuğu sahəsində əsaslı tədbirlər görülmüş, o cümlədən yeni məhkəmə-hüquq sisteminin təsis edilməsi ilə bağlı tarixi qərarlar qəbul edilmiş, birinci instansiya və apellyasiya instansiyası məhkəmə orqanları fəaliyyətə başlamışdır. 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süquta uğraması səbəbindən Azərbaycanda kassasiya instansiyası məhkəməsinin yaradılması yalnız ölkə tarixinin növbəti mərhələsində mümkün olmuşdur.
1923-cü ildə təsis edilmiş ali məhkəmə orqanı sovet dövrünün bütün çətin sınaqlarından keçmiş, məhkəmə sisteminin təkmilləşdirilməsində, hüququn və onun tətbiqi təcrübəsinin zənginləşdirilməsində, peşəkar milli hüquqşünas kadrların yetişdirilməsində iştirak etmişdir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hakimiyyət bölgüsü prinsipi müəyyənləşdirilmiş, Ali Məhkəmə başda olmaqla müstəqil, üçpilləli məhkəmə sistemi təsbit edilmişdir. Məhz Ulu Öndərin siyasi iradəsi nəticəsində, mütərəqqi hüquqi yanaşmalar və modellər nəzərə alınmaqla, müasir Azərbaycan məhkəmə sisteminin yaradılması məqsədilə fundamental islahatlar aparılmışdır.
Məhkəmə-hüquq sisteminin davamlı inkişafı daim dövlət siyasətimizin prioritetlərindən biri olmuşdur. Məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun yaradılması, məhkəmə fəaliyyətinin yeni informasiya texnologiyalarının tətbiqi yolu ilə təkmilləşdirilməsi bu inkişaf prosesinin mühüm istiqamətləridir. Qeyd edilən istiqamətlərdə əhəmiyyətli nailiyyətlərin əldə edilməsində Ali Məhkəmənin xüsusi rolu vardır. Ali Məhkəmə cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsi institutlarının formalaşdırılması sahəsində məqsədyönlü fəaliyyətini bundan sonra da davam etdirməli, insan hüquqlarının müdafiəsinə yönəlmiş yeni hüquqi mexanizmlərin müəyyənləşdirilməsinə, məhkəmələrdə hüquqi məsələlərin həllində vahid təcrübənin təmin edilməsinə töhfə verməlidir.
Müasir cəmiyyətlərin qarşılaşdığı yeni çağırışlar ədalət mühakiməsi institutlarının da fəaliyyətinə təsir göstərir. Pandemiyalar daxil olmaqla müxtəlif böhran vəziyyətlərində məhkəmələrin insanlar üçün əlçatanlığının, bununla belə, məhkəmə prosesinin çevikliyinin və ədalətliliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətində qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və süni intellekt elementlərinin tətbiqi, eyni zamanda bu texnoloji yeniliklərdən insan hüquqlarına və etik prinsiplərə riayət olunmaqla istifadə edilməsi, ictimai münasibətlərin sürətlə dəyişməsi ilə əlaqədar hüququn təkamülü və onun sabitliyinin qorunması məqsədləri arasında effektiv balansın təmin edilməsi kimi məsələlər belə çağırışlar sırasındadır.
Ümidvaram ki, bugünkü beynəlxalq konfrans çərçivəsində müasir çağırışların müzakirəsi ədalət mühakiməsinin məqsədlərinə nail olunmasına, bununla da cəmiyyətimizin tərəqqisinə dəyərli töhfə verəcəkdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini və işçilərini 100 illik yubiley münasibətilə təbrik edir, peşə fəaliyyətində uğurlar arzulayıram! 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,  13 fevral 2023-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNƏCƏK

10:04
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

Sağlamlıq turizmi üzrə 200-ə yaxın mütəxəssis Şuşada bir araya gəlib 

09:20
30 Oktyabr

ABŞ-də prezidentlik yarışının son həftəsi

09:15
30 Oktyabr

ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin üzvləri İlahiyyat İnstitutunda olublar

09:10
30 Oktyabr

Bərdənin mülki şəhidləri anılmışdır

09:05
30 Oktyabr

İşğalın və Zəfərin fotosalnaməçisi

09:00
30 Oktyabr

Hakim partiyanın qələbəsi Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayırıcı xətlər yaratmaq cəhdlərinə böyük zərbə oldu

08:55
30 Oktyabr

Xalqın iradəsi qarşısında böyük güclər də gücsüzdür

08:50
30 Oktyabr

Qərb COP29 üçün Azərbaycana "sağ ol" deməkdənsə...

08:45
30 Oktyabr

Doğma yurdlarına dönən soydaşlarımızın məşğulluğu da təmin edilir

08:40
30 Oktyabr

Zəfər yolu ilə Şuşaya doğru

08:35
30 Oktyabr

Bir gündə düşmənin 2 Su-25 təyyarəsi, 3 tankı, 2 "Smerç"i, 10 topu məhv edilib

08:30
30 Oktyabr

Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirdi

08:25
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!