26 Sentyabr 2026 16:37
1380
İQTİSADİYYAT
A- A+
ARDNF və “BlackRock”un birgə təşkilatçılığı ilə Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu keçirilib

ARDNF və “BlackRock”un birgə təşkilatçılığı ilə Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu keçirilib

Sentyabrın 26-da Prezident İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Dövlət Neft Fondu (ARDNF) və aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock”un birgə təşkilatçılığı ilə Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu baş tutub.

Fonddan AZƏRTAC-a verilən məlumata görə, tədbir dövlət qurumlarının yüksəkvəzifəli nümayəndələrini, beynəlxalq investisiya institutlarının təmsilçilərini və biznes liderlərini bir araya gətirərək rəqəmsal, enerji və nəqliyyat infrastrukturu sahələrində qlobal tendensiyalar və investisiya imkanları ətrafında fikir mübadiləsi üçün platforma yaradıb.

Tədbir çərçivəsində infrastruktur investisiyalarının əsas istiqamətlərini əhatə edən üç panel müzakirəsi keçirilib.

“Süni intellekt və rəqəmsal infrastruktur” mövzusuna həsr olunmuş ilk panelə “BlackRock”un baş direktoru, Maliyyə və Strateji İnvestorlar Qrupunun qlobal rəhbəri Çarlz Hatami moderatorluq edib. Müzakirədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “Temasek”in Qlobal İnvestisiyalar üzrə prezidenti və Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionu üzrə rəhbəri Nagi Hamiyeh, həmçinin “Coravel, ACS” şirkətinin baş icraçı direktoru Hovard Bovil iştirak ediblər. Müzakirələr süni intellekt və rəqəmsal infrastruktur sahəsində əsas inkişaf meyilləri, süni intellekt texnologiyalarının tətbiqinin genişlənməsi, eləcə də, məlumatların emalı və saxlanması imkanlarının artırılması kimi məsələləri əhatə edib. Həmçinin bu istiqamətlər üzrə investisiya imkanları və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

“Enerji infrastrukturu” mövzusunda keçirilən ikinci panelin moderatoru “Global Infrastructure Partners” (GIP) şirkətinin tərəfdaşı və Kapitalın Cəlb Edilməsi Qrupunun qlobal rəhbəri Erik Varvel olub. Paneldə Azərbaycanın energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, “Vision Invest” şirkətinin prezidenti və baş icraçı direktoru Ömər N. Əl-Midani, eləcə də “Skyborn Renewables” şirkətinin baş icraçı direktoru Patrik Lammers iştirak ediblər. Müzakirələrdə enerji infrastrukturu sahəsində qlobal tendensiyalar, dəyişən investisiya prioritetləri, enerji təhlükəsizliyi və bərpaolunan enerji mənbələrinin artan rolu ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar, həmçinin enerji layihələrinə institusional investisiyaların cəlb edilməsi imkanlarını, dayanıqlı və etibarlı enerji infrastrukturunun inkişafında dövlət-özəl sektor əməkdaşlığının əhəmiyyətini müzakirə ediblər.

Dialoq “GIP” şirkətinin baş direktoru və aparat rəhbəri Mustafa Riffatın moderatorluğu ilə keçirilən “Strateji nəqliyyat və logistika dəhlizləri” mövzusuna həsr olunmuş sonuncu panel sessiyası ilə yekunlaşıb. Paneldə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, “NEQSOL Holding”in baş icraçı direktoru Kirill Rubinski, “Eldridge Industries” şirkətinin sədri və baş icraçı direktoru Todd Boehli, həmçinin Qatvik Hava Limanının maliyyə direktoru Cim Batler iştirak ediblər. Panel çərçivəsində nəqliyyat və logistika infrastrukturuna investisiya imkanları, regional bağlantıların gücləndirilməsi və strateji nəqliyyat dəhlizlərinin inkişafı müzakirə olunub. Azərbaycanın regional bazarlar arasında bağlantıların təmin edilməsində oynadığı rol da müzakirələrin əsas mövzularından biri olub.

Tədbirin sonunda ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov gün ərzində aparılan müzakirələri ümumiləşdirərək qeyd edib: “Bugünkü müzakirələr Azərbaycanın uzunmüddətli hədəfləri və bu istiqamətdə investorların və biznes liderlərinin yanaşmaları ətrafında fikir mübadiləsi aparmağa imkan verdi. Növbəti mərhələdə əsas diqqət real maraq doğuran istiqamətlərin müəyyənləşdirilməsinə, hər bir investisiya imkanının reallaşdırılması üçün zəruri şərtlərin dəyərləndirilməsinə və müvafiq dövlət və özəl sektor tərəfdaşlarının bir araya gətirilməsinə yönələcək. Ümid edirik ki, bu dialoq gələcək əməkdaşlığın inkişafına və konkret nəticələrin əldə olunmasına töhfə verəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir   

21:08
14 Noyabr

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

20:09
14 Noyabr

"Meta" 805 milyon avro məbləğində cərimələnib

19:29
14 Noyabr

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

18:12
14 Noyabr

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

16:44
14 Noyabr

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

15:39
14 Noyabr

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri enerji layihələri ilə məhdudlaşmır

15:12
14 Noyabr

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

14:53
14 Noyabr

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

14:41
14 Noyabr

Azərbaycan–Böyük Britaniya münasibətləri strateji tərəfdaşlıq müstəvisində

14:39
14 Noyabr

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

14:36
14 Noyabr

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

14:31
14 Noyabr

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

13:26
14 Noyabr

Bir gündə 10 təşəbbüs, 10 görüş...

13:26
14 Noyabr

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

12:47
14 Noyabr

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir

12:29
14 Noyabr

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

12:25
14 Noyabr

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

12:01
14 Noyabr

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

11:48
14 Noyabr

Azərbaycan nefti 102 dollara satılır

11:27
14 Noyabr

Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır

11:24
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!