19 Oktyabr 2024 09:15
179
İQTİSADİYYAT
A- A+
"Ağıllı kənd"lər sırasına biri də qoşulur 

"Ağıllı kənd"lər sırasına biri də qoşulur 


Füzulinin Dövlətyarlı kəndinə həyat yeni keyfiyyətdə qayıdacaq


Azərbaycanın bu payızı başqa payızdır. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, müxtəlif sərgilər Azərbaycanın işgüzar imicinə payız rəngi qatır. Xüsusən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının gələn ay keçiriləcək 29-cu sessiyası (COP29) qlobal tədbir kimi Azərbaycan tarixinin yaddaşına əbədi yazılacaq.

Bir neçə gün öncə baş tutan ikigünlük "Xəzər İnşaat Həftəsi"ni də payız sərgisi hesab etmək olar. Məlumat üçün bildirək ki, ilk dəfə 2003-cü ildə keçirilən bu tədbir tikinti və infrastruktur sahəsində böyük maraqla qarşılanır. Mühüm tədbirləri bir ad altında birləşdirən "Xəzər İnşaat Həftəsi" dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən tikinti sektorunun tanınan şirkətlərini bu dəfə də "Bakı-Ekspo" Mərkəzində  bir araya gətirmişdi. 22 ölkədən 370-dən artıq şirkətin yer aldığı tədbir çərçivəsində Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı "Rebuild Karabakh", 29-cu Azərbaycan Beynəlxalq İnşaat "BakuBuild", 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu "Aquatherm Baku", eləcə də 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road&Traffic" sərgiləri ziyarətçilər tərəfindən maraqla qarşılandı.

 Təşkilatçıları "Caspian Event Organisers", "Iteca Caspian" və onların beynəlxalq tərəfdaşları olan "ICA Events" və "Caspian Event Management FZ-LLC" şirkətləri olan sərgi işğaldan azad edilən torpaqlar üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirakını gerçəkləşdirmək yönündə atılan növbəti addım idi. Təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaratdı. 

"Xəzər İnşaat Həftəsi" çərçivəsində Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı "Rebuild Karabakh" işğaldan azad olmuş ərazilərimizin bərpasına həsr edilən yeganə və ilk ixtisaslaşmış sərgi idi. Sərgi həm də bir çox dövlət qurumları və nazirliklər tərəfindən dəstəklənən özəl sektor-dövlət tərəfdaşlığını möhkəmləndirmək üçün cəlbedici və səmərəli biznes platforması idi. Xatırladaq ki, "Rebuild Karabakh" ilk dəfə ənənəvi "Xəzər İnşaat Həftəsi"nin bir hissəsi olaraq 2021-ci ilin oktyabrında "Bakı-Ekspo" Mərkəzində keçirilmişdir. O zaman üç gün ərzində "Xəzər İnşaat Həftəsi"nə gələn ziyarətçilər dünyanın 17 ölkəsindən 279 şirkətin məhsulları ilə tanış olmuşdular.

 "Rebuild Karabakh" sərgisi bu il 4-cü dəfə idi ki, təşkil edilmişdi. Sərginin məqsədi düşmən əsarətindən qurtulan  əzəli və əbədi yurd yerlərimizdəki müsbət dəyişiklikləri dünya ictimaiyyətinə çatdırmaq, eləcə də Qarabağ və Şərqi Zəngəzurun bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etmək idi. Sərgidə dünyanın müxtəlif ölkələrinə məxsus şirkətlər regionun biznes imkanları ilə tanış olaraq yeni əməkdaşlıq imkanları qazandılar. Tədbir məzmun və iştirakçılar baxımından da əvvəlkilərdən fərqli olaraq  bəzi yenilikləri ilə yadda qaldı.  

Təqdim olunan ekspozisiyalar və müzakirə mövzuları bərpa-quruculuq işlərini, həmrəyliyi və ekoloji davamlılığı nəzərdə tuturdu. Burada investisiyalar, ekologiya, energetika, informasiya texnologiyaları, inşaat, inşaat materialları, kənd təsərrüfatı, kimyəvi məhsulların topdansatışı, mədənçilik, nəqliyyat, təhlükəsizlik, yol tikintisi üzrə bölmələr ziyarətçilərin marağına səbəb olmuşdu. Sərgilənən innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq fürsəti vermişdi.  Məhz həmin fürsət sərgi iştirakçılarının panel müzakirələrdə gördükləri iş barədə məlumat vermələrinə zəmin yaratmışdı. Məsələn, belə müzakirələrin birində Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Səbuhi Abdullayev məlumat verdi ki, Füzulinin Dövlətyarlı kəndində hazırlıq işləri tamamlanıb və bu kənd "ağıllı kənd" layihəsi kimi sistemləşdiriləcək.Tikintinin 1-ci mərhələsində kənddə 450 fərdi evin inşası nəzərdə tutulur. Kənddə alternativ enerji mənbələrindən, "yaşıl enerji"dən istifadə ediləcək. Burada məktəb, uşaq bağçası, kənd meydanı, bazar və digər infrastruktur obyektləri də inşa olunacaq: "Cuvarlı, Qarğabazar, Qoçəhmədli və Dədəli kəndlərində isə layihələndirmə işləri davam edir. Həmçinin Pirəhmədli kəndində bərpa işlərinə başlanılır. Füzuli şəhərinin mərkəzində, Zəfər yolunun kənarında salınan çoxmənzilli binalarda 822 ailə məskunlaşıb. Bu isə 3132 nəfər sakin deməkdir. Şəhərdə 38 çoxmərtəbəli bina, eləcə də 846 mənzildən ibarət 4, 5 , 6 və 7 mərtəbədən ibarət evlər inşa edilib. Baş plana uyğun olaraq şəhərdaxili yolların uzunluğunun 87 kilometrdən çox olması nəzərdə tutulub".

Məlumat üçün bildirək ki, 2021-ci il aprelin 26-da Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci "Ağıllı kənd" layihəsinin təməlini qoymuşdu.  Bununla da işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən, beynəlxalq standartlara əsaslanan yeni quruculuq modelinin tətbiqinə başlanılmışdı. İndi həmin kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri əhalinin xidmətindədir, turizm infrastrukturu formalaşıb. Həmçinin bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin olunub. 

"Xəzər İnşaat Həftəsi" çərçivəsində "Rebuild Karabakh" sərgisi  bir daha göstərdi ki, yaxın zamanlarda bərpası başa çatacaq  "ağıllı kənd" Dövlətyarlıya və digər yaşayış məskənlərinə həyat yenidən qayıdacaq, özü də müasir keyfiyyətdə.

 

Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kahramanmaraşda 4,4 maqnitudalı zəlzələ olub

17:09
19 Oktyabr

“Azərbaycanın yüksəlişi” intellektual yarışı keçirilib

17:07
19 Oktyabr

Xəzəryanı ölkələrin idman nazirliklərinin qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunub

16:14
19 Oktyabr

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gündüz monitorinqləri yekunlaşıb

15:51
19 Oktyabr

Heydər Əliyev Su Anbarı üzərindəki SES-in istehsalı artırılacaq

15:46
19 Oktyabr

Aksiyanın ilk günündə 400 eldar şamı əkildi

15:46
19 Oktyabr

Bakıda yeni növ dayanacaq pavilyonları quraşdırılır

15:23
19 Oktyabr

Mingəçevir də yaşıllaşır  

14:47
19 Oktyabr

Çinin hədəfi NASA-ya rəqib olmaqdır

14:41
19 Oktyabr

Qaraciyər toxumasını inkişaf etdirən cihaz kəşf edilib

14:37
19 Oktyabr

Uçan avtomobil təqdim edilib

14:26
19 Oktyabr

“Netflix” satışlarını 9,8 milyarda çatdırdı

14:12
19 Oktyabr

Tokioda hakim partiyanın qərargahına 5 ədəd “Molotov kokteyli” atılıb

14:01
19 Oktyabr

Mingəçevirlilər Müstəqilliyin Bərpası gününü qeyd etmişlər  

13:49
19 Oktyabr

Şirvanda ağacəkmə aksiyasına start verilib

13:39
19 Oktyabr

Azərbaycanın Özbəkistandakı hərbi attaşelik aparatının təşkilatçılığı ilə tədbir keçirilib

13:30
19 Oktyabr

Şirvanda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.  

13:11
19 Oktyabr

Göyçayda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 10 min ağac əkiləcək

13:09
19 Oktyabr

Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

13:01
19 Oktyabr

Astarada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  ağacəkmə aksiyası davam edir  

12:53
19 Oktyabr

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər aparılır

12:27
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!