19 Oktyabr 2024 08:40
194
İQTİSADİYYAT
A- A+
"Yaşıl mənbə"lərə mediatur təşkil edilib

"Yaşıl mənbə"lərə mediatur təşkil edilib


Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti COP29 tədbirləri çərçivəsində və Naxçıvanın "yaşıl enerji" zonası elan olunması ilə əlaqədar "yaşıl enerji" təşəbbüslərini təbliğ etmək, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaq məqsədilə media nümayəndələri üçün mediatur təşkil edib. 

 Mediatur çərçivəsində muxtar respublikada qurulan və istismar olunan müxtəlif alternativ və bərpaolunan enerji stansiyalarına səfər olub.

Xidmətin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Məhərrəm Abbasov media təmsilçiləri qarşısında çıxış edərək Naxçıvanın "yaşıl enerji" potensialından söz açıb. Rəis müavininin sözlərinə görə, bu gün Naxçıvandakı stansiyaların generasiya gücü 244.8 MVt-dır. Amma yaxın illərdə 1500 MVt güc əlavə olunaraq enerji istehsalının 5 dəfə artırılması planlaşdırılır.

 O, dövlət proqramına əsasən "yaşıl enerji" istehsalı üçün 7992 ha ərazi ayrıldığını qeyd edib: "Artıq investisiya prosesi başlayıb. Yerli və xarici şirkətlərlə memorandum imzalanıb. İlkin mərhələdə gücü 30 meqavat olan yeni günəş-elektrik stansiyası tikiləcək. Artıq bu stansiyasının tikilməsi üçün 688 hektar ərazi də ayrılıb". 

Daha sonra media nümayəndələri Culfa Külək-Elektrik və Külək-Günəş Hibrid-elektrik stansiyalarına səfər ediblər. Stansiyaların sahə müdiri Ayaz Hüseynov qeyd edib ki, Culfada 3.3 hektar sahədə yerləşən və gücü 1.1 Mvt olan külək günəş-elektrik stansiyası yaradılıb. Stansiyada gücü 280 Vatt olan 3520 ədəd günəş panelləri və 20 ədəd gücü 50 kvt olan invertorlar quraşdırılıb. Həmçinin 12 ədəd gücü 10 Kvt olan külək turbini və 12 ədəd invertor quraşdırılıb. Hibrid-elektrik stansiyası ötən il 1 milyon 600 min Kvt/saat enerji istehsal edib.

Ərazidə, eyni zamanda ümumi gücü 0.3 Mvt  olan külək-elektrik stansiyası da yerləşir. Stansiyada 10 ədəd gücü 30 Kvt olan külək turbini və 30 Kvt gücündə olan invertor quraşdırılıb. Bu stansiya ANE şirkəti və yerli mütəxəssislər tərəfindən ərsəyə gətirilib.

Jurnalistlər daha sonra Araz Su-Elektrik Stansiyası ilə tanış olublar. Məlumat verilib ki, stansiya Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib istismara verilib. Stansiyanın ümumi generasiya gücü 22 meqavatdır. Araz dəryaçasının nominal su tutumu 1 milyard 250 milyon kubmetrdir, xüsusi hallarda qısa müddətdə 1 milyard 320 milyon kubmetrə qədər su yığıla bilər. 

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kahramanmaraşda 4,4 maqnitudalı zəlzələ olub

17:09
19 Oktyabr

“Azərbaycanın yüksəlişi” intellektual yarışı keçirilib

17:07
19 Oktyabr

Xəzəryanı ölkələrin idman nazirliklərinin qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunub

16:14
19 Oktyabr

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gündüz monitorinqləri yekunlaşıb

15:51
19 Oktyabr

Heydər Əliyev Su Anbarı üzərindəki SES-in istehsalı artırılacaq

15:46
19 Oktyabr

Aksiyanın ilk günündə 400 eldar şamı əkildi

15:46
19 Oktyabr

Bakıda yeni növ dayanacaq pavilyonları quraşdırılır

15:23
19 Oktyabr

Mingəçevir də yaşıllaşır  

14:47
19 Oktyabr

Çinin hədəfi NASA-ya rəqib olmaqdır

14:41
19 Oktyabr

Qaraciyər toxumasını inkişaf etdirən cihaz kəşf edilib

14:37
19 Oktyabr

Uçan avtomobil təqdim edilib

14:26
19 Oktyabr

“Netflix” satışlarını 9,8 milyarda çatdırdı

14:12
19 Oktyabr

Tokioda hakim partiyanın qərargahına 5 ədəd “Molotov kokteyli” atılıb

14:01
19 Oktyabr

Mingəçevirlilər Müstəqilliyin Bərpası gününü qeyd etmişlər  

13:49
19 Oktyabr

Şirvanda ağacəkmə aksiyasına start verilib

13:39
19 Oktyabr

Azərbaycanın Özbəkistandakı hərbi attaşelik aparatının təşkilatçılığı ilə tədbir keçirilib

13:30
19 Oktyabr

Şirvanda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.  

13:11
19 Oktyabr

Göyçayda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 10 min ağac əkiləcək

13:09
19 Oktyabr

Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

13:01
19 Oktyabr

Astarada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  ağacəkmə aksiyası davam edir  

12:53
19 Oktyabr

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər aparılır

12:27
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!