Biz deyə bilərik ki, Azərbaycan enerji təhlükəsizliyində tərəfdaşlıq üçün daha mühüm rol oynayacaq.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib.
Bu gün artıq investorlarımızla imzalanmış müqavilələrin olduğunu söyləyən dövlətimizin başçısı vurğulayıb: “Bu, Günəş və Külək enerji stansiyalarına aid olan müqavilələrdir ki, 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd edirəm ki, nəticədə xeyli təbii qaza qənaət etmək imkanı yaranacaq ki, hazırda həmin qaz ölkə daxilində elektrik enerjisinin istehsalı üçün istifadə olunur və ixraca yönəldiləcək. Biz, eyni zamanda, öz investisiyalarımızla hidroenerji potensialımızı artırırıq, xüsusən də Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ bölgələrində”.
Dnepr şəhərinə kütləvi dron hücumu, ölənlər və xəsarət alanlar var
Emin Hüseynov: Aparılan yenidənqurma prosesi Ağdam, Xocavənd və Füzulini əhatə edir və beş mərhələdən ibarət plan üzrə həyata keçirilir
ASCO-nun “Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub
Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib YENİLƏNƏCƏK
Emin Hüseynov: Hazırda Ağdam, Füzuli və Xocavənd rayonlarında minalardan təmizlənmiş sahə orta hesabla 40 faiz təşkil edir
Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK
Milli Məclisin nümayəndə heyəti Rusiyaya işgüzar səfər edib
DYP: Qeyri-sabit hava şəraitinə baxmayaraq, ötən gün ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb
FHN: Su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
Şuşada I İslam Dünyası Mədəniyyət Forumu keçirilir
Azərbaycan nefti bahalaşıb
Tədqiqatçılar insanlarda yeni qan qrupu sistemi aşkarlayıblar
Paşinyanın dedikləri ilə əməli düz gəlmir
Çempionlar Liqası: Son yarımfinalçılar “Arsenal” və “İnter” olub
Kompüter tomoqrafiyası səbəbindən xərçəngin sayının artması halları aşkar edilib
Paris 12 əlcəzairli diplomatı ölkədən çıxarır
Qızılın qiyməti yeni rekorda imza atıb
Güclü küləyin və intensiv yağışın fəsadları aradan qaldırılır
"Azərişıq" ASC ölkə ərazisində güclü külək və yağışın yaratdığı qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır
"Kitabla dostluq edənin yolu işıqlı olar"
"Qızıl het-trik"li Olimpiya çempionumuz
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!