17 Aprel 2025 08:40
466
SİYASƏT
A- A+
Qoşulmama Hərəkatının ən səmərəli fəaliyyəti Azərbaycanın sədrliyi dövründə olmuşdur

Qoşulmama Hərəkatının ən səmərəli fəaliyyəti Azərbaycanın sədrliyi dövründə olmuşdur


Prezident İlham ƏLİYEV: "Biz Qoşulmama Hərəkatında yaxşı irs qoyduq"


Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sıralarında ən çox dövləti birləşdirən bir təşkilatdır. İdeoloji əsaslarını 1955-ci ildə qəbul olunmuş Bandunq prinsipləri təşkil edən Hərəkat 1961-ci il sentyabrın 6-da Belqradda təsis edilib. Yarandığı gündən həmişə ədaləti, beynəlxalq hüququ, dövlətlərin suverenliyi və ərazi bütövlüyünü, multilateralizmi müdafiə edən, ona hörmətlə yanaşan Qoşulmama Hərəkatı "soyuq müharibə" bitdikdən sonra da öz missiyasını qoruyub saxlayır və uğurla davam etdirir. 

Azərbaycan  Qoşulmama Hərəkatına 2011-ci ildə üzv oldu. Bununla da ölkəmizin tarixində yeni səhifə açıldı. Qısa müddət ərzində Hərəkatda böyük nüfuz qazanan Azərbaycan 2016-cı ildə qəbul edilmiş qərarla 2019-2022-ci illər üçün sədr seçildi. 2019-cu il oktyabrın 25-26-da Hərəkatın dövlət və hökumət başçılarının Bakı Sammiti keçirildi. Qoşulmama Hərəkatının Sədri Prezident İlham Əliyev Azərbaycanın sədrlik zamanı öz prioritetlərini və fəaliyyətini bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri özündə birləşdirən tarixi Bandunq prinsipləri üzərində quracağını bəyan etdi. 

Azərbaycan sədrlik üçün uğurlara hesablanmış geniş Fəaliyyət Planı hazırladı. Amma təəssüflər olsun ki, dünyanı bürüyən pandemiya səbəbindən vəziyyət tamamilə dəyişdi. 2020-ci il mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının pandemiyaya qarşı videokonfrans formatında dövlət və hökumət başçıları səviyyəsində Zirvə görüşü keçirildi. Bu tarixi Zirvə görüşündə dövlətimizin başçısı Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Təklif Qoşulmama Hərəkatına üzv olan ölkələr tərəfindən dəstəkləndi. Bu dəstək Hərəkat üzvlərinin öz dəyərlərinə hörmətinin, çoxtərəfli beynəlxalq əməkdaşlığa, multilateralizmə, qlobal problemlərin yalnız qlobal səylərlə həll oluna biləcəyi düşüncəsinə olan inamının ən bariz nümunəsi idi.

Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrlərdə və ondan sonra Afrika ölkələri ilə ikitərəfli təmaslar qurdu. Bu sıx təmaslar nəticəsində qarşılıqlı əlaqələr getdikcə genişləndi. Ümumiyyətlə, ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə bu təşkilata yeni dinamika, nəzərəçarpan dəyişikliklər gətirdi və bir-birindən dəyərli ənənələr yaratdı. Bunun nəticəsində Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən olduqca mühüm təşkilata çevrildi. Gördüyü böyük işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizin Hərəkata sədrliyi bir il də uzadıldı.

Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə gənclərlə iş sahəsinə də xüsusi diqqət ayrılmışdır. Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı və onun təşkilata potensial transformasiyası istiqamətində fəal işləmiş, Parlament Platforması və Gənclər Platforması yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Nəticədə Hərəkatın parlament və gənclər şəbəkələri yaradılmışdır. 2022-ci ildə Şuşa razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis olunmuşdur.

Məlumdur ki, COVID-19 dövründə Azərbaycan pandemiyadan əziyyət çəkən ölkələrə maddi və mənəvi yardım göstərmişdir. Bu sırada ölkəmizin həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri peyvənd millətçiliyinə qarşı mübarizə aparması olmuşdur. Təsadüfi deyil ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada "COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi"nə dair qətnamələr qəbul olunmuşdur.

Aprel ayının 10-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda iştirakçıların suallarını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə görülən mühüm və əhəmiyyətli işlərdən ətraflı bəhs etmişdir. Dövlətimizin başçısı demişdir ki, biz dörd il ərzində bütün üzv ölkələrə çox yardım etdik: "Biz Qoşulmama Hərəkatında yaxşı irs qoyduq. Çünki müəyyən mərhələdə bu Hərəkat bir qədər zəifləməyə başlamışdı. Beləliklə, biz yeni dinamika gətirdik. Biz uğurla yaradılmış Parlament Platforması və Gənclər Platforması yaradılması təşəbbüsü ilə çıxış etdik. Beləliklə, bu, Azərbaycanın iki mühüm irsidir və biz Qoşulmama Hərəkatının institusional inkişafı və onun təşkilata potensial transformasiyası istiqamətində fəal işlədik. Bizim sədrliyimiz yekdilliklə dəstəkləndi. Biz 3 il müddətinə seçilmişdik, lakin sonra üzv dövlətlər sədrliyimizi daha bir il müddətinə uzatmağı qərara aldılar ki, bu da hərəkatın tarixində görünməmiş hadisədir. Beləliklə, yenidən yekdil qərarla Azərbaycanın sədrliyi uzadıldı. Bu onu göstərir ki, üzv dövlətlər arasında müəyyən ikitərəfli və ya çoxtərəfli anlaşılmazlıqların olmasına baxmayaraq, - hansı ki, başadüşüləndir - çünki 120 ölkə var, - Azərbaycana münasibətdə onların hamısı bizim rolumuzun qiymətləndirilməsində vahid mövqedən çıxış etmişdi". 

Prezident İlham Əliyev iştirakçıların suallarını cavablandırarkən Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə COVID-19-un dünyada tüğyan etdiyi zamanlarda ölkəmizin gördüyü əhəmiyyətli işlərdən də söz açmışdır: "Bu illər ərzində biz bu təşkilatı transformasiya etmək üçün gərgin fəaliyyət göstərdik. Biz anlayırıq ki, bu, uzun prosesdir. Ancaq biz müəyyən institusional platformaların yaradılmasına nail olduq. Biz bu haqda artıq danışdıq. Bu həmçinin bizim üçün özümüzü təqdim etmək fürsəti idi. Təəssüflər olsun ki, bir tərəfdən COVID-19 pandemiyası baş verdi, digər tərəfdən bu, bizim üçün təkcə danışmaq deyil, əməli surətdə iş görmək imkanı yaratdı. Biz olduqca məsuliyyətli davrandıq və əziyyət çəkən ölkələrə yardım etdik. Biz 10 milyon dollar həcmində birbaşa, 10 milyon dollar məbləğində isə Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində yardımlar göstərdik. Yeri gəlmişkən, COVID-19 dövründə istifadə olunan məlumat bazasını biz yaratdıq və o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Bu, şaxələnmiş yardım və həmrəylik prosesi idi".

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada nüfuzu daha da yüksəlmiş, onun beynəlxalq gündəlikdə dayanan qlobal məsələlərin həllində rolu genişlənmişdir. Bu gün Qoşulmama Hərəkatı multilateralizm nümunəsi kimi qəbul edilir. Buna nail olmaq heç də asan olmamışdır. Çünki Qoşulmama Hərəkatı fərqli etnik, dini, mədəni köklərə, siyasi quruluşlara malik və bəzən hətta bir-biri ilə kəskin münasibətdə olan dövlətlərdən ibarətdir. Belə fərqli və mürəkkəb coğrafiyada Qoşulmama Hərəkatına sədrlik etmək Prezident İlham Əliyevin tarixi uğurudur. Bu uğurun nəticəsidir ki, Azərbaycanın Qoşulmama Hərəkatına üzv olan ölkələrlə qarşılıqlı əməkdaşlığı indi də yüksək səviyyədə davam edir. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!