17 Aprel 2025 09:35
391
DÜNYA
A- A+
Paris 12 əlcəzairli diplomatı ölkədən çıxarır

Paris 12 əlcəzairli diplomatı ölkədən çıxarır


Konsulluq rəsmilərinə ölkəni tərk etmələri üçün 48 saat vaxt verilib


Rəsmi Paris 12 Əlcəzair diplomatını və konsulluq rəsmisini ölkədən qovmaq və Əlcəzairdəki səfirini geri çağırmaq qərarını açıqlayıb. Bu barədə Yelisey sarayının bəyanatında deyilir. Əlcəzair nümayəndələrinə Fransanı tərk etmək üçün 48 saat vaxt verilib.

Parisin bu addımı Əlcəzairin Fransa səfirliyinin 12 əməkdaşının ölkədən çıxarılması ilə bağlı qərarına cavab idi. Fransa prezidenti Emmanuel Makronun ofisi Əlcəzairin hərəkətlərini "anlaşılmaz və əsassız" adlandırıb və dialoqun bərpasına çağırıb. Sənəddə qeyd olunduğu kimi, "ikitərəfli münasibətlərin kəskin şəkildə pisləşməsinə görə məsuliyyət Əlcəzair hakimiyyətinin üzərinə düşür".

Əlcəzair prezidenti Əbdülməcid Tebbun və Fransa prezidenti Emmanuel Makron arasında ölkələr arasında əlaqələri bərpa etmək məqsədi daşıyan telefon danışığından cəmi iki həftə sonra iki ölkə arasında münasibətlərin bu cür dönüş etməsi  Fransanı  "şok  vəziyyətinə salıb". 

Fransanın xarici işlər naziri Jan-Noel Baro Əlcəzairin "eskalasiya yolunu seçdiyini" bildirib. AFP agentliyi xəbər verir ki, ötən il Fransa Mərakeşin Polisario Cəbhəsi partizan hərəkatının Əlcəzairin dəstəyi ilə müstəqillik uğrunda mübarizə apardığı mübahisəli ərazi olan Qərbi Sahara üzərindəki suverenliyini tanıdıqdan sonra ölkələr arasında münasibətlər pisləşib. Bununla belə, son eskalasiya bu ilin aprelində,  səfirliyin əməkdaşı da daxil olmaqla üç Əlcəzair vətəndaşının Fransada həbs edildiyi vaxt baş verib.

Aprelin 11-də Milli Antiterror Prokurorluğu (PNAT) üç əlcəzairlini, o cümlədən səfirliyin əməkdaşını, TikTok sosial media platformasında 1,1 milyondan çox izləyicisi olan məşhur əlcəzairli müxalifətçi Əmir Buxorsun qaçırılmasında iştirakda ittiham edib. Əlcəzair isə diplomatının saxlanmasına etiraz edib və Xarici İşlər Nazirliyi iki ölkə arasında münasibətlərin korlanmasına görə "tam məsuliyyəti" Fransa Daxili İşlər Nazirliyinin üzərinə qoyub.

Buxors 2024-cü ilin aprelində Paris ətrafında oğurlanıb, 27 saat saxlanılıb və sonra sərbəst buraxılıb. AFP-nin qeyd etdiyi kimi, Əlcəzair fırıldaqçılıq və terrorizmdə ittiham olunan müxalifətçinin həbsinə doqquz beynəlxalq order verib.

1830-cu ildən 1962-ci ilə qədər Əlcəzair Fransa əyaləti statusuna malik idi. Ölkənin müstəqilliyi uğrunda gedən müharibə zamanı (1954-1962), müxtəlif hesablamalara görə, 1 milyona yaxın əlcəzairli həlak olub. Son vaxtlar Əlcəzair hakimiyyəti fransız müstəmləkəçilərinə müqavimətdə canlarını fəda  etmiş 5,63 milyon şəhiddən danışır. 

Qeyd edək ki, beş il əvvəl prezident Tebbun 1945-ci ildə baş vermiş Əlcəzair üsyanını xatırlamaq üçün 8 Mayı Milli Anma Günü kimi təyin edib.  Əlcəzairlilərin hesablamalarına görə,  həmin üsyan zamanı 40 mindən çox vətəndaş həlak olub.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!