17 Aprel 2025 08:20
372
SİYASƏT
A- A+
AŞPA sədrinin əsassız bəyanatının heç bir əhəmiyyəti yoxdur

AŞPA sədrinin əsassız bəyanatının heç bir əhəmiyyəti yoxdur


Avropa ölkələrinin, Qərb dünyasının, eləcə də ermənipərəst beynəlxalq təşkilatların Azərbaycana qarşı soyuq münasibətləri "isinmək" bilmir. Bu ölkələrin, bəzi beynəlxalq təşkilatların anti-Azərbaycan mövqeyinin xalqımız üçün böyük Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra daha da gücləndiyi aydın şəkildə hiss olunmaqdadır. Bunlar rəsmi Bakının zaman keçdikcə dünyada nüfuzunun artmasından, eləcə də beynəlxalq arenada nail olduğu uğurlara qısqanclıqla yanaşılmasından irəli gəlir. Avropa ölkələrindən, Qərb dünyasından, eləcə də ermənipərəst beynəlxalq təşkilatlardan Azərbaycana əsən soyuq küləklərin isə Fransadan start götürdüyü heç kimdə şübhə doğurmur. 

İllərdən bəridir erməni lobbisinin təsiri altından çıxa bilməyən, anti-Azərbaycan bəyanatları ilə çıxış edən Avropa Parlamentinin ardınca Avropa Şurası Parlament Assambleyası (AŞPA) da ölkəmizə qarşı qərəzli, ikili standartlarla çıxış edir. Ölkəmizin əleyhinə həqiqətin heç yaxınlığına getməyən iddialar qaldırır, uydurma və əsassız bəyanatlar verir. Bu qurum heç bir tutarlı səbəb olmadan ötən ilin fevral ayında bədxahcasına Azərbaycanın səsini dondurmaq təşəbbüsü ilə çıxış etdi. Bu əməldən aydın görünən odur ki, AŞPA müstəqil xarici siyasət yürüdən dövlətləri hədəfə alır. 30 il Azərbaycan torpaqlarının işğalına göz yuman, heç bir sülh təşəbbüsü göstərməyən bu təşkilat İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətindən sonra ölkəmizə qarşı qərəzini daha da artırıb.

Xatırladaq ki, Azərbaycan 2001-ci ildə bu təşkilata üzv olub. Ermənipərəst, islamofob qüvvələr daim ondan Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. Hadisələrin belə qərəzli gedişindən, münasibətlərin soyuqluğundan belə bir fikir formalaşır ki, təkcə AŞPA deyil, Avropa Parlamenti də islamofob və türkofob təfəkkürlü nümayəndələrin düşərgəsindən başqa bir şey deyil. Onların atdığı qərəzli addımlar, sərgilədiyi mövqelər suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı böyük haqsızlıq və ədalətsizlik kimi qiymətləndirilməlidir.

Rəsmi Bakı bütün beynəlxalq təşkilatlar kimi, AŞPA ilə də əməkdaşlığa hər zaman böyük maraq göstərib. Təbii ki, bu zaman ölkəmiz  qarşılıqlı hörmət və etimad prinsipinin gözlənilməsini istəyib. Bunu görməyəndə isə müstəqil və suveren ölkə kimi AŞPA ilə adekvat davranıb. 2024-cü il fevralın 24-də AŞPA Azərbaycanın qurumda səsvermə hüququna veto qoydu. Bu ədalətsiz və qərəzli qərar, təbii ki, cavabsız qala bilməzdi. Bundan sonra Azərbaycan nümayəndə heyəti qurumdakı fəaliyyətini dondurdu və geri döndü. Artıq bir ildən çoxdur ki, Azərbaycan ilə bu təşkilat arasında soyuq münasibət yaranıb.   

Bəzi ekspertlərin fikrincə, Avropa İttifaqında, Avropa Şurasında, eləcə də parlamentində postsovet məkanında yaranmış müstəqil respublikalara yuxarıdan-aşağı baxılır. Yəqin ki, ölkəmizə qarşı olan soyuq münasibət də buradan qaynaqlanır. İndiyə qədər rəsmi Bakı bu cür soyuq münasibəti, dini ayrı-seçkiliyi Brüsselin ermənilərə olan xüsusi rəğbətinin nümunəsində çox görüb. Dünyada hər şey dəyişilir, yenilənir. Yəqin ki, zaman gələcək AŞPA anti-Azərbaycan qüvvələrdən təmizlənəcək, onların yerini daha demokratik, haqqı-ədaləti müdafiə edən insanlar tutacaq. 

Bu günlərdə Avropa Şurası Parlament Assambleyasının prezidenti Teodoros Rusopulos ölkəmiz əleyhinə ədalətdən, həqiqətdən uzaq olan qərəzli fikirlər səsləndirib. Onun əsassız fikirlərinə Xarici İşlər Nazirliyinin münasibəti gecikməyib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə Avropa Şurası Parlament Assambleyası prezidentinin Azərbaycan əleyhinə qəbuledilməz fikirlərinə dair şərhində bildirib ki, Avropa Şurası Parlament Assambleyasının prezidenti Teodoros Rusopulosun "Alpha News" qəzetinə müsahibəsi zamanı Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edir və pisləyirik. Avropa Şurası nizamnaməsinin pozulması, AŞPA tərəfindən səlahiyyətlərin aşılması nəticəsində Azərbaycan əleyhinə addımdan sonra belə, Azərbaycan tərəfinin dialoqa açıqlığını nümayiş etdirməsinə baxmayaraq, Rusopulos, Şvabe və onlar kimi bir sıra şəxslərin davamlı şəkildə ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinə kölgə salmağa çalışdıqları məlumdur. AŞPA bu illər ərzində ikili standartlar əsasında apardığı anti-Azərbaycan siyasəti ilə Azərbaycan xalqının haqlı nifrətini qazanıb. 

AŞPA-nın sədri Teodoros Rusopulos miliyyətcə yunandır. Xeyli müddət öz ölkəsində jurnalist kimi fəaliyyət göstərib. Həmin  dövrlərdə ermənilərlə yaxından dostluq edib, sıx əlaqə qurub. Ermənilərin uydurduğu saxta tarix, yalanlar onda Azərbaycanofobiya yaradıb. Özü də hiss etmədən yalan fikirlərin əsirinə çevrilib. Təbiidir ki, onun ölkəmiz əleyhinə söylədiyi həqiqətdən uzaq olan fikirlər də həmin azərbaycanofobiyanın təsirindən yaranıb. AŞPA-nın sədri Teodoros Rusopulos həqiqəti əks etdirməyən qərəzli fikirləri ermənilərə xoş getmək üçün səsləndirib. 

Prezident İlham Əliyevin iştirakı ilə aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib. Dövlətimizin başçısı forum iştirakçılarının suallarını cavablandırarkən Avropa Şurasının ölkəmizə qarşı olan soyuq münasibətindən də söz açaraq demişdir ki, biz 2001-ci ildən bu təsisatın üzvü idik və bu vaxtadək Azərbaycan nümayəndə heyətinin mandatı şübhə altına alınmırdı. Məhz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən bir neçə ay sonra onlar bizi səsvermə hüququndan məhrum etdilər. Yaranmış şəraitdə bizim orada fəaliyyətimizi dayandırmaq qərarını verdik. Həmin vaxtdan etibarən biz onların iclaslarında iştirak etmirik: "Yeri gəlmişkən, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyindən, biz bu məhkəmənin qərarlarını tanımırıq. Bu, bizim mövqeyimizdir və fürsətdən istifadə edərək bəyan edirəm ki, Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur. Çünki biz səsvermə hüququmuzdan məhrum edilmişik. Biz bu hakimlərə səs verməmişik. Biz onların kim olduğunu bilmirik. Zənnimcə, Avropa Şurası "üzərində oturduğu budağı" kəsdi. Onlar Azərbaycana qarşı ayrı-seçkilik etdilər, bizi təcrid etməyə cəhd göstərdilər, lakin bununla özlərini Qafqazdan məhrum etdilər. Gürcülər də eyni addımı atdılar. Mən Gürcüstanın orada təmsil olunmasının dayandırılması ilə bağlı hökumətin qərarını tam dəstəkləyirəm. Çünki bu, növbəti ayrı-seçkilik halı idi".

Azərbaycan demokratik, müstəqil, güclü dövlətdir. Dünyanın heç bir ölkəsinin və heç bir beynəlxalq təşkilatının dediklərini yerinə yetirmir, dövlət və milli maraqlarını özündə əks etdirən müstəqil siyasət yürüdür. Həm AŞPA, həm də başqa təşkilatlar bunu görür və dərk edirlər. Ona görə də ölkəmizə qarşı təzyiqləri artırmağa, bu yolla müstəqil siyasət yürütməyimizə əngəllər yaratmağa çalışırlar. Onlar anlamalıdırlar ki, Azərbaycanı yürütdüyü müstəqil siyasət yolundan heç bir beynəlxalq təşkilat, heç bir dövlət nə döndərə, nə də təzyiq göstərə bilər. Bu aspektdən yanaşanda AŞPA sədrinin mənasız, əsassız bəyanatı da Azərbaycan üçün heç bir əhəmiyyət daşımır.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!