17 Aprel 2025 08:15
366
SİYASƏT
A- A+
IV Antalya Diplomatiya Forumu Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bir daha təsdiq etdi

IV Antalya Diplomatiya Forumu Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bir daha təsdiq etdi


Prezident İlham Əliyevin IV Antalya Diplomatiya Forumunda iştirakı bir daha göstərdi ki, Azərbaycan yalnız regionda deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul edilir. Bunun əsas səbəbi isə dövlətimizin başçısının beynəlxalq münasibətlər sahəsində zəngin təcrübəsi, strateji baxışları və praqmatik yanaşmalarıdır. 

Heç şübhəsiz, Prezident İlham Əliyevin Antalyaya işgüzar səfəri və sözügedən forumda iştirakı Azərbaycanın artan beynəlxalq nüfuzu ilə yanaşı, ölkəmizin iqtisadi, o cümlədən enerji və nəqliyyat sahələrində həyata keçirdiyi irimiqyaslı layihələrlə sıx bağlı idi. Eyni zamanda forum çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair əhəmiyyətli fikir mübadiləsi üçün geniş imkanlar da yarandı. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdə ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi üçün prioritet istiqamətlər müzakirə olundu. Bildirildi ki, Azərbaycan və Türkiyə arasındakı iqtisadi münasibətlər son illər təkcə artan ticarət dövriyyəsi ilə deyil, həm də  investisiya, enerji, nəqliyyat-tranzit və regional əməkdaşlıq sahələrində yeni strateji mərhələyə qədəm qoyub. 

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi son 10 il ərzində davamlı artım nümayiş etdirir. Azərbaycanın əsas ixrac məhsullarına xam neft, təbii qaz, neft-kimya məhsulları və kənd təsərrüfatı malları daxil olduğu halda, Türkiyədən idxal olunan məhsullar arasında sənaye avadanlıqları, maşınqayırma komponentləri, tikinti materialları və dərman vasitələri üstünlük təşkil edir. İkitərəfli ticarət əlaqələrinin şaxələndirilməsi və qeyri-neft sektorunun ixracda rolunun artırılması yaxın dövrdə iki ölkə arasında iqtisadi gündəliyin əsas prioritetlərindən biridir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova deyir ki, ölkələrimiz arasındakı ikitərəfli ticarət dövriyyəsinin dəyəri 2023-cü ildə 6 milyard dollardan 2024-cü ildə 7,6 milyard dollara çatıb.

Azərbaycan və Türkiyə arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlıq Orta dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində strateji əhəmiyyət kəsb edir. Orta dəhliz Avrasiya regionunda bir çox dövlətlər üçün mühüm tranzit marşrutudur. Bakı-Tbilisi-Qars dəmir yolu bu istiqamətdə ən uğurlu layihələrdən biridir. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması və Naxçıvanla quru əlaqənin bərpası təkcə ikitərəfli deyil, həm də Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında iqtisadi inteqrasiyanı gücləndirməyə hesablanıb. 

Azərbaycanın Türkiyəyə qoyduğu sərmayələr strateji xarakter daşıyır. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ümumi investisiyasının həcmi 18 milyard dollardan çoxdur.  Bu investisiyaların ən mühüm komponentlərindən biri İzmirin Əliağa bölgəsində yerləşən və 6,3 milyard dollar dəyərində olan "STAR" Neft Emalı Zavodudur. 2018-ci ildən fəaliyyət göstərən "STAR" hər il 10 milyon ton xam neft emal etmək gücündədir və Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, SOCAR-ın iştirakı ilə fəaliyyət göstərən "Petkim" neft-kimya kompleksi və TANAP layihəsi vasitəsilə təbii qaz nəqli enerji sahəsində tərəfdaşlığın genişliyini əks etdirir. Eyni zamanda Türkiyə şirkətləri də Azərbaycanın infrastruktur, nəqliyyat və kənd təsərrüfatı sektorlarında aktiv fəaliyyət göstərirlər.

Hazırda qardaş Türkiyə ilə tranzit-logistika, gömrük, İKT, ticarət və s. sahələrdə əlaqələrin möhkəmlənməsi, ərazilərimizin işğaldan azad edilməsi ilə əlaqədar yaranan yeni reallıqlara uyğun iqtisadi əlaqələrin daha da inkişafı yönümündə layihələrin reallaşdırılması diqqət mərkəzində saxlanılır. Bunlarla bərabər, iki dövlət arasında 2020-ci ilin fervralında imzalanmış Preferensial Ticarət Sazişinə əsasən, qarşılıqlı ticarət həcminin və məhsul çeşidinin artırılmasına xüsusi önəm verilir. 

Azərbaycanın ixrac-idxal proseslərində də qardaş ölkə xüsusi rol oynayır. Ölkəmizin keçənilki ixracının 9, idxalın isə 16 faizinin Türkiyə ilə bağlı olması məhz bunun bariz ifadəsidir. Türkiyə ilə ticarətdə Azərbaycan müsbət saldoya malikdir. 

Forum çərçivəsində keçirilmiş yüksəksəviyyəli görüşlər və panel müzakirələr Azərbaycan-Türkiyə münasibətlərinin regional və qlobal səviyyədə nümunəvi bir strateji tərəfdaşlıq modeli olduğunun təsdiqidir. Ticarət dövriyyəsinin artması, enerji təhlükəsizliyində birgə təşəbbüslər, Qarabağın və Şərqi Zəngəzurun bərpasında tərəfdaşlıq və türk dünyasında iqtisadi inteqrasiya bu münasibətlərin əsas sütunlarıdır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!