17 Aprel 2025 08:35
349
SİYASƏT
A- A+
Ölkəmiz Moldova üçün etibarlı dost, perspektivli ticarət tərəfdaşıdır

Ölkəmiz Moldova üçün etibarlı dost, perspektivli ticarət tərəfdaşıdır


Azərbaycanla Moldova arasında iqtisadi əlaqələr SSRİ dövründə ittifaqın  subyektləri  səviyyəsində olmuşdur. Sovet imperiyası dağıldıqdan sonra isə iki ölkəni qarşılıqlı maraqların təminatına söykənən ticari, iqtisadi, eləcə də mədəni əlaqələr birləşdirir. 

Bu əlaqələr Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. 2003-cü ildən sonra isə Azərbaycan-Moldova əlaqələrində yeni dövr başlamış və tərəflər bütün platformalarda bir-birini dəstəkləməyə başlamışlar. Xüsusən GUAM çərçivəsində Moldova və Azərbaycan arasında  əksər sahələr üzrə əlaqələr genişlənərək yüksək səviyyəyə çatmışdır. 

2022-ci ildə Moldova  Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə dəstək vermək niyyətini ifadə etmişdir. Bu təklif həmin il Bakıda keçirilən Azərbaycan-Moldova biznes-forumunda  səsləndirilmişdi. Söz düşmüşkən xatırladaq ki, həmin forum ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafına yeni təkan vermiş, işgüzar dairələr üçün əlavə imkanlar, başqa sözlə, möhkəm və faydalı iqtisadi əlaqələr qurmağa qapı açmışdır. Forum həmçinin birgə müəssisələrin yaradılmasına, qabaqcıl texnologiyaların və həllərin tətbiqinə, təcrübə mübadiləsinə şərait yaratmışdır. 

Nəticədə bu gün Azərbaycanda qeydiyyatdan keçmiş Moldova kapitallı 20 şirkət nəqliyyat, sənaye, tikinti, ticarət və xidmət sahələrində fəaliyyət göstərir. İndiyə kimi  hər iki dövlət arasında onlarla  sənəd imzalanıb. Bu sənədlər azad ticarət rejimi, ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların qarşılıqlı təşviqi və qorunması daxil olmaqla geniş sahələri əhatə edir. 

Məlumdur ki, Moldova aqrar ölkədir. Bu baxımdan o, Azərbaycana daha çox aqrar məhsullar ixrac etmək imkanına malikdir. Azərbaycan isə Moldovaya neft və neft məhsulları, ağac, meyvə və tərəvəz ixrac edir. Hər iki ölkə böyük bazara sahibdir və  bu sadalananlar ticarət əlaqələrini qarşılıqlı olaraq inkişaf etdirmək üçün böyük fürsətdir.

Bu günlər Bakıda növbəti Azərbaycan-Moldova biznes-forumu keçirilmişdir. Hər iki ölkənin iş adamları, biznes qurumlarının nümayəndələri, dövlət və hökumət təmsilçilərinin iştirak etdikləri biznes-forumda çıxış edən Moldova Baş nazirinin infrastruktur və regional inkişaf üzrə müavini Vladimir Bolyan bildirmişdir ki, ölkələrimiz arasında ticarət dövriyyəsinə dair göstəricilər hər iki tərəfin müşahidə etdiyi müsbət dinamikanı əks etdirir: "2024-cü ildə Dnestr çayının sol sahilində yerləşən müəssisələr və Bender bələdiyyəsi nəzərə alınmadan Moldova ilə Azərbaycan arasında ikitərəfli ticarətin həcmi 12 milyon dollar təşkil edib. Bunun 6,75 milyon dolları ixracın, 5,64 milyon dolları isə idxalın payına düşür. Azərbaycan Moldovanın bütün ticarət tərəfdaşları arasında 57-ci yeri tutub və bu, bizim üçün yalnız bir şey deməkdir - biz ticarət-iqtisadi münasibətlərimizi gücləndirməli və hər iki ölkənin maraqları naminə əməkdaşlıq potensialını tam şəkildə açmalıyıq".

Azərbaycan hökumətinin elektron idarəedilməsi sahəsində müxtəlif uğurlu layihələri mövcuddur. Belə uğurlu layihələrdən olan  Dayanıqlı və Operativ Sosial Təminat (DOST) modeli əsasında Moldovanın müxtəlif regionlarında pilot layihələr icra olunur. Artıq bu istiqamətdə Moldova ilə əməkdaşlığı davam etdirmək barəsində və ən yaxşı təcrübələri bölüşmək istiqamətində birgə razılıq əldə edilmişdir. 

Bu dəfə də forumda dəfələrlə vurğulandı ki, belə biznes-forumlar, komissiya iclasları, beynəlxalq sərgilərdə qarşılıqlı iştirak iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığı gücləndirməyə xidmət edir. Bunun nəticəsidir ki, 30 ildir Azərbaycan və Moldova arasında bütün sahələr üzrə əlaqələr dinamik  inkişaf edir. 

Hazırda Azərbaycan Avrasiya regionunun etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Ölkəmizin dəniz limanları, dəmir yolu şəbəkəsi, hava limanları və avtomobil yolları, Şərqlə Qərbi, Cənubla Şimalı birləşdirən müasir nəqliyyat infrastrukturu səmərəli ticarət əlaqələrini qurmaq üçün böyük üstünlüklərə malikdir. Ona görə də Azərbaycan və Moldova arasında iqtisadi əlaqələrin inkişafı üçün bu üstünlüklərdən investorların maksimum yararlanmasının faydalı olacağını  proqnozlaşdırmaq elə də çətin deyil. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!