Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə və Yevlax rayon Müvəqqəti Yerləşdirmə Mərkəzinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmələrin məqsədi müəssisədə əcnəbilər üçün yaradılan şərait və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, sənədləşmənin aparılması vəziyyətinin, eləcə də ötən il MPQ tərəfindən müəssisələrdə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı görülmüş işlərin vəziyyətinin öyrənilməsi olub.
Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə başçəkmə zamanı Ombudsmanın nümayəndələri tərəfindən mərkəzin yaşayış binalarına, tibb məntəqəsinə, yeməkxana və digər obyektlərə baxış keçirilib, mövcud vəziyyət araşdırılıb. MPQ üzvləri tərəfindən mərkəzdə saxlanılan bir qrup miqrant qəbul edilərək konfidensial qaydada dinlənilib. Müəssisədə qəbul edilmiş şəxslərin bəzilərinin saxlanma şəraiti və onlarla rəftar məsələləri ilə bağlı bir sıra şikayətləri qeydə alınıb, eləcə də tibbi xidmət və dərman preparatları ilə təminatla bağlı problemlərin olduğu da bildirilib. Başçəkmə zamanı mərkəzdə müvafiq psixoloq ştatının olmasına baxmayaraq, həmin vəzifə üzrə xidmətin təşkil edilmədiyi də müəyyən olunub.
Yevlax rayon Müvəqqəti Yerləşdirmə Mərkəzinə keçirilən başçəkmə zamanı əvvəllər müəyyən olunmuş bir sıra nöqsanların aradan qaldırıldığı müəyyən olunub. Qeyd olunanlarla yanaşı, başçəkmə zamanı müvafiq Daxili İntizam Qaydalarının tələblərinə baxmayaraq, mərkəzdə ixtisasca həkim tibb işçisinin olmadığı, keyfiyyətli psixoloji yardım işinin təşkili üçün psixoloq otağının zəruri əyani-didaktik materiallarla təchiz olunmasına ehtiyac olduğu müəyyən edilib.
Həyata keçirilmiş başçəkmələrin yekununda müvafiq müəssisələrin rəhbərliyi ilə milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbətlər aparılıb, rəftar məsələləri və saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
Başçəkmələrin nəticələri ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət olunacaq.
Bakılıların bahar sevinci
Yol gözləyən qatarlar, qatar gözləyən yollar
Azərbaycanın diplomatik uğurları: Antalya Forumunda yeni perspektivlər
Misirli tədqiqatçı: ADA forumu yeni beynəlxalq sistemin konturlarını və təsirlərini anlamaq üçün mühümdür
MN: Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutulub
Trans-Xəzər marşrutu üzrə daşınmaların həcmi 62 faiz artıb
Yer kürəsində güclü maqnit qasırğası baş verib
Azərbaycan hərbçiləri Moskvada 9 May paradında iştirak edəcəklər
Masallıda və Neftçalada Aprel şəhidlərinin xatirələri anılıb
Azərbaycan və Portuqaliya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
Aprel şəhidi Röyal Nəsirovun ailəsi ziyarət olunub
Şöhrət qəhrəmanlığı ilə şöhrət qazandı
Boz çöllərə "ağ qızıl" səpilir
Köhnə kanala yeni həyat verilir
Daşkəsəndə yaz əkini sürətlənir
ADAU-da yeni dərsliklər təqdim olunub
Ağstafada cari ilin birinci rübünün yekunları müzakirə edilmişdir
USAID saxtakarlıq yuvasına çevrilmişdi
Prezident həqiqətləri dünyaya çatdırdı
Azərbaycan qlobal enerji diplomatiyasının lideridir
Prezident İlham Əliyev haqlı və qətiyyətli mövqe ortaya qoydu
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!