11 Aprel 2025 08:35
344
SİYASƏT
A- A+
Prezident həqiqətləri dünyaya çatdırdı

Prezident həqiqətləri dünyaya çatdırdı


İnsan hüquqlarından siyasi alət kimi istifadə edən təsisatlar bağlanmalıdır


"Prezident İlham Əliyev beynəlxalq forumdakı çıxışında USAID-lə bərabər digər təşkilatların da bağlanmalı olduğunu qeyd etdi.  Siyasi düşmənçiliyə xidmət edən "Human Rights Watch", "Freedom House", "Amnesty International" kimi təsisatların fəaliyyətinin qarşısı alınmalıdır. Bu kimi təşkilatlar və onun arxasında duran qüvvələr insan hüquqlarından siyasi alət kimi istifadə edir, azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyə və Ermənistanın etnik təmizləmə siyasətinə dəstək göstərirlər". 

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. Deputat qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə bu təşkilatlar hər vəchlə Ermənistanın işğalçılıq siyasətini dəstəkləyir, onu sanki işğala məruz qalan tərəf kimi qələmə verməyə çalışırdılar. Otuz ilə yaxın işğal dövründə də bu təşkilatlardan ədalətsizliyə qarşı heç bir siyasi, ictimai fəallıq görmədik. Riyakarlıq siyasi alətə çevrilmiş həmin təşkilatların əsas işi olub və onların lobbiçilik fəaliyyətləri siyasi qüvvələr tərəfindən maliyyələşdirilib. 

Deputat qeyd edib ki, özünü insan hüquqlarının müdafiəçisi adlandıran "Human Rights Watch" təşkilatının dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabatlarının Azərbaycana dair hissəsində çoxsaylı böhtanların və dezinformasiyaların şahidi olmuşuq: "Lakin Ermənistana dair hissədə oradan qovulmuş azərbaycanlıların qayıdışı barədə bir kəlmə də olsun bəhs edilməyib. "Human Rights Watch" təşkilatı tərəfindən Azərbaycan xalqına etnik və dini əsasda ayrı-seçkilik aparılır. Bu ayrı-seçkiliyi özünü insan hüquqlarının müdafiəçisi kimi qələmə verən təşkilatların həyata keçirməsi isə insan hüquqlarına ikiqat ağır zərbə vurur. "Freedom House" və digərləri COP29 sədrliyimizlə bağlı tədbirə hazırlıqlar ərəfəsində də ölkəmizə qarşı aparılan media kampaniyasının əsas iştirakçılarından olub. Bu təşkilatın idarə heyəti üzvlərinin əksəriyyəti erməniəsilli şəxslərdir. Təşkilatın əsas maliyyə mənbəyi isə erməni diasporunun çirkli pullarıdır. Diasporun təsiri altında ölkəmizə qarşı qarayaxma kampaniyası aparan, iftiralar yayan "Freedom House"un əməlləri ifşa edilib".   

P.Vəliyeva əlavə edib ki, "Amnesty International" və "Human Rights Watch" təşkilatları da Azərbaycanın COP29-a evsahibliyi dönəmində ölkəmizə qarşı böhtanlar və əsassız tələblər irəli sürüblər. Bu bəyanatların eyni vaxtda yayımlanması Azərbaycana qarşı artan hücumların sözügedən hər iki təşkilata nəzarət edən vahid bir mərkəz tərəfindən idarə olunduğunu bir daha göstərib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!