11 Aprel 2025 08:30
479
İQTİSADİYYAT
A- A+
Azərbaycan qlobal enerji diplomatiyasının lideridir

Azərbaycan qlobal enerji diplomatiyasının lideridir


Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində 3-cü iclası uğurla baş tutdu və bir neçə mühüm aspektdən mühüm nəticələrlə yadda qaldı. İlk növbədə qeyd edək ki, bu iclaslar həm regional, həm də qlobal enerji təhlükəsizliyi və iqlim dəyişikliyi ilə mübarizə baxımından strateji əhəmiyyət kəsb edir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi iclaslarda Avropa İttifaqı, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiya kimi ölkələrin yüksəkvəzifəli nümayəndələri təmsil olunurdular. Bundan başqa, SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, Bulgargaz EAD, Bulgartransgaz, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, SNAM, Uniper, Petronas, "ACWA Power", "Masdar" və digər enerji şirkətləri tədbirlərdə iştirakçı idi. İclaslarda Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Avropa İnvestisiya Bankının, Asiya İnfrastruktur və İnvestisiya Bankının, Asiya İnkişaf Bankının da təmsilçiliyi belə tədbirlərin qlobal maliyyə institutları üçün nə qədər böyük önəm kəsb etdiyini göstərir. 

Bu iclaslar yalnız regional enerji əməkdaşlığında deyil, həm də qlobal enerji siyasətində Azərbaycanın artan rolunu bir daha təsdiqlədi. Azərbaycan tərəfindən təşəbbüs göstərilən və Avropa Komissiyasının dəstəklədiyi bu tədbirlər enerji təhlükəsizliyinin təminatı, "yaşıl enerji" keçidi və strateji tərəfdaşlığın gələcəyi baxımından son dərəcə böyük əhəmiyyət daşıyır.


Gələcəyə strateji baxış


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdəki çıxışı yalnız enerji siyasəti deyil, həm də gələcəyin iqtisadi və geosiyasi konturlarının necə formalaşacağına dair strateji baxış idi. Dövlət rəhbərimizin çıxışının əsas tezislərindən biri bu idi ki, enerji təhlükəsizliyi yalnız resurslara sahib olmaqla deyil, səmərəli əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan tərəfdaşlıqla təmin edilə bilər. Azərbaycan Prezidentinin vurğuladığı kimi, "Cənub qaz dəhlizi"nin uğuru ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında tarazlaşdırılmış maraqlar sayəsində mümkün olmuşdur. 

Bu gün 3500 kilometrlik "Cənub qaz dəhlizi" infrastrukturu 12 ölkəyə, o cümlədən 10 Avropa ölkəsinə Azərbaycan qazını çatdırır. Bu layihə yalnız ixrac deyil, həm də regional sabitlik və iqtisadi inkişaf baxımından strateji dəyərə malikdir.

Azərbaycan uzun illərdir ki, bütün dünyada neft və qaz ixracı sahəsində etibarlı tərəfdaş kimi tanınır. "Cənub qaz dəhlizi", Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa kimi layihələr ölkəmizin bu mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyev çıxışında vurğuladığı kimi, Avropa Komissiyası Azərbaycanın Pan-Avropa qaz təchizatçısı kimi rolunu tanıyır və bu, qarşılıqlı etimadın göstəricisidir.

Ölkəmiz hazırda hasilatda və nəql prosesində strateji partnyor kimi çıxış edir. "Şahdəniz", AÇG və "Abşeron" kimi iri yataqlar Azərbaycanın qaz ixrac potensialını daha da genişləndirir. 2024-cü ildən etibarən "Abşeron" yatağının ikinci fazası da planlaşdırılır ki, bu da əlavə 3 milyard kubmetr qaz istehsalı deməkdir.


Maliyyələşmənin məhdudlaşdırılması siyasətinə yenidən baxılmalıdır


Azərbaycan Prezidentinin irəli sürdüyü ən mühüm məsələlərdən biri də qaz layihələrinə dair maliyyələşmənin məhdudlaşdırılması siyasətinə yenidən baxılması oldu. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, qaz infrastrukturuna yeni sərmayələr olmadan gələcəkdə təchizat zəncirlərində ciddi çatışmazlıqlar yarana bilər. Bu baxımdan beynəlxalq maliyyə institutlarının siyasətləri yalnız ekoloji prioritetlərə deyil, həm də geosiyasi və enerji təhlükəsizliyi reallıqlarına uyğun olmalıdır. Azərbaycanda qaz hasilatı və ixracı üçün tələb olunan sərmayələrin uzunmüddətli geridönüşü nəzərə alınaraq, həm dövlət, həm də investorlar qarşısında real təminatlar qoyulmalıdır.

Azərbaycanın enerji siyasətində ən diqqətçəkən məqamlardan biri onun "yaşıl enerji" ilə bağlı paralel və sinxron yanaşmasıdır. Prezident çıxışında qeyd etdi ki, ölkəmizdə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi istehsalı planlaşdırılır. Bu potensial daxili tələbatı qarşılamaqla yanaşı, təbii qazın ixracına imkan yaradacaq.

Eyni zamanda tarixi Zəfərimiz nəticəsində azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində artıq 270 meqavatlıq hidroelektrik stansiyalar istismara verilib, daha 500 meqavatlıq güc isə yaxın beş ildə əlavə olunacaq. Bu, ölkənin ümumi bərpaolunan enerji gücünü 6,5 giqavata çatdıracaq.


Uğurlu strategiya


Azərbaycanın COP29-a evsahibliyi etməsi onun yalnız regional enerji lideri deyil, qlobal enerji siyasətinin formalaşdırılmasında da fəal iştirakçı olduğunu göstərir. Elə Prezident İlham Əliyevin çıxışında verdiyi əsas mesajlardan biri də bu oldu: bərpaolunan enerji və faydalı qazıntılar bir-birinə qarşı deyil, bir-birini tamamlayan sütunlardır.

Azərbaycan "yaşıl keçid"ə töhfə verən, eyni zamanda enerji təhlükəsizliyini təmin edən nadir ölkələrdəndir. Bu, ölkənin həm bərpaolunan enerji layihələrinə, həm də qaz ixracına paralel sərmayə yatırmaq strategiyasının uğurla həyata keçirildiyini sübut edir.

Azərbaycanın təqdim etdiyi enerji modeli - etibarlı təchizat, genişlənən infrastruktur, "yaşıl enerji" keçidi və balanslaşdırılmış əməkdaşlıq bir çox region və ölkələr üçün nümunə ola bilər. "Cənub Qaz Dəhlizi" və "Yaşıl Enerji" məşvərət şuraları ölkəmizin bu sahədə təşəbbüskar və konsolidasiyaedici rola sahib olduğunu göstərir.

"Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir. Əlbəttə ki, bu prosesin üç əsas iştirakçısı arasında maraqların tarazlığı beynəlxalq maliyyə təsisatlarının dəstəyi ilə bizim hekayətimizi və ya hekayətlərimizi uğura çevirdi. Ölkələr, onların hökumətləri, investorlar, şirkətlər, aparıcı maliyyə təsisatları bizim komandamızdır və bu komanda genişlənir. Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Mən hətta deyərdim ki, bu gün biz həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır" - cənab İlham Əliyev vurğuladı. 


İnkişafı stimullaşdıran təşəbbüslər


Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində 3-cü iclasının faydalı nəticələrini xülasə etsək, bu toplantıların ilk növbədə enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində nə qədər faydalı olduğunu görərik. "Cənub qaz dəhlizi" Avropanın enerji təhlükəsizliyində həyati əhəmiyyətli rol oynayır, çünki bu layihə Avropanın enerji resurslarının diversifikasiyasını təmin edir və başqa enerji ölkələrindən asılılığı azaldır.

Müvafiq iclaslar Azərbaycanın bu dəhlizin əsas təşəbbüskarı və iştirakçısı kimi həm qaz, həm də "yaşıl enerji" baxımından Avropanın mühüm tərəfdaşı statusunu bir daha təsdiqlədi. İclaslar çərçivəsində aparılan müzakirələr, xüsusilə bərpaolunan enerji (külək, günəş) layihələrinin irəlilədilməsi, hidrogen istehsalı və ixracı potensialı üzərində quruldu, Xəzər dənizində külək enerjisi potensialının reallaşdırılması, Avropa ilə "yaşıl enerji" bağlantılarının (kabel və enerji dəhlizləri vasitəsilə) inkişafı müzakirə edildi. Bütün bunların hər biri çox vacib məqamlardır. 

Belə müzakirə platformaları müxtəlif ölkələr və beynəlxalq təşkilatları bir araya gətirərək enerji sahəsində qarşılıqlı anlayışı, əməkdaşlığı möhkəmləndirir, Avropa Birliyi, Türkiyə, Gürcüstan, Balkan ölkələri, Orta Asiya ölkələri və digər tərəfdaşlarla koordinasiya daha güclü şəkildə davam etdirilir. İclaslar çərçivəsində iqlim dəyişikliklərinə qarşı mübarizədə enerji keçidi (transition) və dekarbonizasiya məsələlərində əməkdaşlıq imkanları genişlənir. 

Belə platformalar, qlobal təşəbbüslər yalnız enerji deyil, həm də nəqliyyat və ticarət əlaqələrinin inkişafını stimullaşdırır. Xüsusilə "yaşıl enerji" dəhlizinin Gürcüstan və Qara dəniz üzərindən Avropaya ötürülməsi planları önə çıxır. İclaslarda bərpaolunan enerji sahəsində beynəlxalq sərmayələrin cəlbi, texnoloji yeniliklər və dayanıqlı inkişaf mövzularının aktuallaşdırılması da son dərəcə mühümdür. Azərbaycan üçün bütün bu məqamlar qeyri-neft sektorunun inkişafı və "yaşıl iqtisadiyyat"a keçid baxımından da vacibdir.

Qeyd edək ki, "Yaşıl Enerji" Məşvərət Şurasının iclasında bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edildi və bu çərçivədə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin icrası üzrə Rəhbər Komitənin ilk iclası keçirildi. Belə bir xoş başlanğıc da iclasların faydalı nəticələrindən biri kimi dəyərləndirilə bilər. 

Bir sözlə, Bakıda keçirilən bu iclaslar Azərbaycanın enerji diplomatiyasındakı liderliyini və strateji rolunu bir daha nümayiş etdirdi. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!