11 Aprel 2025 09:10
394
CƏMİYYƏT
A- A+
Şöhrət qəhrəmanlığı ilə şöhrət qazandı 

Şöhrət qəhrəmanlığı ilə şöhrət qazandı 


İkinci Qarabağ müharibəsində peşəsindən, ixtisasından asılı olmayaraq, bütün hərbçilər üzərlərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla, cəsarətlə və böyük hünərlə gəldilər. Onlar qələbəmiz, zəfərimiz naminə həyatlarını təhlükəyə ataraq mərdliklə düşməni məğlub etdilər. 

Hərbi həkimlərimiz də torpaqlarımızın azadlığı naminə böyük igidlik və şücaət göstərdilər. Nə qədər çətin olsa da, onlar öhdələrinə düşən döyüş tapşırıqlarını bacarıqla yerinə yetirdilər. Əks-hücum əməliyyatları zamanı hərbi həkimlər neçə-neçə döyüşçünün həyatını xilas etdilər. Təəssüf ki, döyüş meydanında hərbi həkimlərimiz arasında da şəhidlik məqamına yüksələnlər oldu. 

Tibb xidməti baş leytenantı Qasımov Şöhrət Şakir oğlu da hərbi həkim idi. Digər cəsarətli oğullarımız kimi, o da 44 günlük Vətən müharibəsi başlayanda yurdumuzun müdafiəsinə atılmışdı. Amma Şöhrətin döyüş yolu uzun çəkməmişdi. Şöhrət Qasımov Suqovuşan kəndi uğrunda gedən əməliyyatda döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdu. Yaxınları, doğmaları göz yaşları içində onu Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırmışdı. Gənc zabit Vətən müharibəsində şəhid olan ilk hərbi həkim idi.

.

Şöhrət Aprel döyüşlərində də iştirak etmişdi


Şöhrət Qasımov 16 avqust 1992-ci ildə Gədəbəy rayonunda dünyaya göz açmışdı. Sonra ailəsi Sumqayıt şəhərinə köçmüşdü. Gələcəyin həkimi ilk təhsilini Sumqayıt şəhərindəki 18 saylı tam orta məktəbdə almışdı. Bir müddət sonra, 2009-cu ildə Şöhrət təhsilini Sumqayıt şəhərində yerləşən Cəbrayıl rayonu 5 saylı orta məktəbdə davam etdirmişdi. O, həmişə kitab oxumağa böyük maraq göstərmiş, buna görə də dərslərindən yüksək qiymətlər almışdı. 

Şöhrət həkim olmaq, insanların sağlamlığı keşiyində dayanmaq istəyirdi. 

Nəhayət, illərdən bəri ürəyində tumurcuqlamış arzularına çatır. O, orta təhsilini başa vurduqdan sonra 2009-cu ildə yüksək balla Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsinə qəbul olur. Təhsil illərində elmi biliklərə daha dərindən yiyələnir. Universiteti uğurla bitirdikdən sonra Müdafiə Nazirliyinin "N" hərbi hissəsində xidmətə başlayır. İllər ötüb arxada qaldıqca hərbi tibb qulluqçusu olan gənc zabit biliyi, bacarığı və nizam-intizamı ilə diqqət çəkir. Yorulmaq bilmədən zabit və əsgərlərin sağlamlığı keşiyində dayanır, nümunəvi xidməti ilə fərqlənir.

Tibb xidməti baş leytenantı Şöhrət Qasımov 2016-cı ildə Aprel döyüşlərində hərbi həkim kimi iştirak edib. Əməliyyatlar zamanı üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlib. Neçə-neçə zabit və əsgəri ölümdən xilas edib. Təcrübə və səriştəsini nəzərə alan komandanlıq 2018-ci ildə gənc zabiti hərbi hissənin tibb xidməti rəisi vəzifəsinə təyin edib. Xidmət illərində nümunəvi zabit, öz işini bilən savadlı, peşəkar həkim kimi həm komandanlığın, həm də zabit və əsgərlərin böyük rəğbətini qazanıb. Buna görə xidməti dövründə fəxri fərmanlara və təşəkkürnamələrə layiq görülüb. Qazandığı bu uğurlar onu hərbi xidmətə daha da həvəsləndirib. Gənc zabit düşünürdü ki, onun ən böyük uğurları hələ irəlidədir. İnanırdı ki, sıralarında xidmət etdiyi, gündən-günə qüdrətini artıran Azərbaycan Ordusu günlərin birində erməni işğalında qalmış torpaqları azad edəcək. Şöhrət Qasımovun gözlədiyi həmin gün 27 sentyabr 2020-ci ildə gəldi. 

 Hərbi hissənin tibb xidməti rəisi, baş leytenant Şöhrət Qasımov erməni təxribatı nəticəsində başlayan İkinci Qarabağ müharibəsində hərbi həkim kimi iştirak etdi. Elə ilk əməliyyatlarda cəsarət göstərdi. Gənc zabit 2 gün ərzində iştirak etdiyi döyüşlərdə bir çox mühüm tapşırığı yerinə yetirdi. O, həyatını riskə qoyub neytral zonada qalmış yaralılarımızı və şəhidlərimizi çıxartdı. Sonuncu dəfə 29 sentyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək bir neçə çətin tapşırığın öhdəsindən gəldi. Yaralıları döyüş bölgəsindən çıxaran zaman düşmənlə üz-üzə gəldi və son nəfəsinə qədər cəsarətlə vuruşdu. Döyüşə-döyüşə zirehli maşında olan 4 yaralı hərbçini xilas etdi. Təəssüflər olsun ki, həmin gün hərbi həkim Şöhrət Qasımov şəhid oldu. Özünün də cəsədi neytral zonada qaldı. Onun nəşini yalnız oktyabrın 9-da çıxarmaq mümkün oldu. 


Daim ehtiramla xatırlanacaq oğullar


Vətən müharibəsində göstərdiyi igidliyə və qəhrəmanlığa görə Şöhrət Şakir oğlu Qasımov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra  "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medallarına layiq görülmüşdür. 

Şəhidin atası Şakir Qasımov bir anlıq fikrə gedib dedi ki, oğul itirmək valideyn üçün çox ağırdır: "Yeganə təskinliyimiz ondadır ki, övladlarımız Vətən uğrunda, torpaqlarımızın azadlığı uğrunda şəhid olublar. Oğlum Şöhrət Qasımov ona verdiyimiz adı doğrultdu. Şöhrətlə yaşadı, şöhrətlə də şəhid oldu. Şöhrət ata-baba yurdumuz Gədəbəy rayonunda dünyaya göz açmışdı. Sonra biz ailə vəziyyəti ilə əlaqədar Sumqayıt şəhərinə köçdük. Orta təhsilini bitirdikdən sonra yüksək balla Azərbaycan Tibb Universitetinə qəbul oldu. Şöhrət başqa sahəni də seçə bilərdi. Amma o, hərbçi olmaq istədiyini bildirdi, bu yolla getdi. Hərbi forma oğluma çox yaxşı yaraşırdı. Xidmətə başlayandan sonra sanki həyata yenicə doğulmuşdu. Həm həkim, həm də hərbçi kimi iki müqəddəs peşənin öhdəsindən layiqincə gəlməyə çalışırdı. O, idmanı da çox sevir, güləşlə məşğul olurdu. 2020-ci il sentyabrın 27-də döyüşlər başlayanda onları Suqovuşan kəndi istiqamətində gedən əməliyyatlara cəlb ediblər. Şöhrət elə ilk günlərdən neçə-neçə yaralı əsgər və zabitin həyatını xilas edərək hərbi həkim kimi üzərinə düşən tapşırıqların öhdəsindən cəsarətlə gəlib. Təəssüflər olsun ki, onu tez itirdik. Qarabağı azad görmək istəyən oğlum müharibənin ikinci günü - sentyabrın 29-da döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu. Oğlumun iki övladı - Murad və İlayda yadigar qalıb. Onları oğlumun adına layiq böyüdəcəyik". 

Xalqımız torpaq və Vətən uğrunda şəhid olan Şöhrət kimi bir-birindən cəsur, igid oğulları heç vaxt unutmayacaq. Həm bugünkü, həm də gələcək nəsillər həmişə onları hörmətlə xatırlayacaq, dərin ehtiramla yad edəcəklər.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!