Milli Məclisin (MM) sədri Sahibə Qafarova aprelin 5-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin sədri Çunq Eui-yong ilə görüşüb.
MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə İCAPP-ın Asiya regionunda sülh, təhlükəsizlik və əməkdaşlığı təşviq edən mühüm bir platforma kimi çıxış etdiyi qeyd olunaraq, bu kimi görüşlərin çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün fürsət olduğu bildirilib, həmçinin beynəlxalq təşkilatlarda əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.
Milli Məclisin sədri Sahibə Qafarova qarşı tərəfə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi haqqında geniş məlumat verib. Spiker təşkilatın təsis konfransının keçirilməsindən ötən müddət ərzində Şəbəkənin institusional inkişafı istiqamətində Azərbaycanın atdığı addımları daimi Komitənin sədrinin diqqətinə çatdırıb. Vurğulanıb ki, Parlament Şəbəkəsi hazırda beynəlxalq əməkdaşlıq baxımından mühüm bir platformaya çevrilməkdədir.
Söhbət zamanı Parlament Şəbəkəsi ilə İCAAP arasında əməkdaşlıq əlaqələri məmnunluqla qeyd edilərək bildirilib ki, tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Hazırda İCAAP Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində müşahidəçi statusunda təmsil olunur.
Çunq Eui-yong Azərbaycanın liderliyi ilə Parlament Şəbəkəsinin inkişaf etdiyini qeyd edib. O, ölkəmizə səfərlərini məmnunluqla xatırlayaraq, ölkəmiz və paytaxt Bakı haqqında xoş təəssüratlarını bölüşüb.
Söhbət zamanı Azərbaycanın hakim partiyası Yeni Azərbaycan Partiyasının İCAAP-da çox fəal təmsil olunduğu da diqqətə çatdırılıb. Sahibə Qafarova YAP-ın İCAAP çərçivəsində fəaliyyətə böyük əhəmiyyət verdiyini və onun fəaliyyətinə hər zaman dəstək olduğunu qeyd edib. Bu təşkilatın təmsilçiləri ölkəmizdə keçirilən seçkiləri müşahidəçi qismində izləyiblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
Bakılıların bahar sevinci
Yol gözləyən qatarlar, qatar gözləyən yollar
Azərbaycanın diplomatik uğurları: Antalya Forumunda yeni perspektivlər
Misirli tədqiqatçı: ADA forumu yeni beynəlxalq sistemin konturlarını və təsirlərini anlamaq üçün mühümdür
MN: Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutulub
Trans-Xəzər marşrutu üzrə daşınmaların həcmi 62 faiz artıb
Yer kürəsində güclü maqnit qasırğası baş verib
Azərbaycan hərbçiləri Moskvada 9 May paradında iştirak edəcəklər
Masallıda və Neftçalada Aprel şəhidlərinin xatirələri anılıb
Azərbaycan və Portuqaliya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
Aprel şəhidi Röyal Nəsirovun ailəsi ziyarət olunub
Şöhrət qəhrəmanlığı ilə şöhrət qazandı
Boz çöllərə "ağ qızıl" səpilir
Köhnə kanala yeni həyat verilir
Daşkəsəndə yaz əkini sürətlənir
ADAU-da yeni dərsliklər təqdim olunub
Ağstafada cari ilin birinci rübünün yekunları müzakirə edilmişdir
USAID saxtakarlıq yuvasına çevrilmişdi
Prezident həqiqətləri dünyaya çatdırdı
Azərbaycan qlobal enerji diplomatiyasının lideridir
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!