183 ölkəyə və Aİ-yə qarşı tariflər tətbiq olunub
Donald Trampın çərşənbə günü elan etdiyi tariflər ABŞ-nin bir əsrdə ən genişmiqyaslı ticarət məhdudiyyətləri olub. Trampın özü aprelin 2-ni "Azadlıq günü" adlandırıb.
ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Ağ Evin Gül bağında müxtəlif ölkələrə və mallara hansı idxal vergilərini tətbiq edəcəyini açıqlayıb və aprelin 2-ni "Amerikanın İqtisadi Müstəqillik Günü" elan edib.
ABŞ bütün ölkələrə qarşı yeni rüsumlar tətbiq edir. Tramp bu tədbirləri ticarət ədalətinə cavab verən və bərpaedici adlandırıb və deyib: "Biz Amerikanı yenidən böyük və zəngin ölkə edəcəyik. Ölkəmiz 50 ildən artıqdır ki, talanıb. Buna bir daha yol verilməyəcək".
Bütövlükdə, heç bir ölkə öz mallarının alınması üçün amerikalıların rüsumlarından xilas ola bilməyəcək - "minimum əsas tarif" 10 faiz olacaq. Ümumi rüsum aprelin 5-də, artan tarif isə aprelin 9-da qüvvəyə minəcək.
Trampın üç əsas hədəfi Avropa İttifaqı (dünyanın ikinci ən böyük iqtisadiyyatı), Çin (üçüncü iqtisadiyyat), habelə Kanada və Meksikadır (gömrük ittifaqında qonşular və tərəfdaşlar). Onlar ABŞ-nin ticarət kəsirinin əsas hissəsini təşkil edirlər. Amerika Prezidenti tarif qəzəbini ilk növbədə məhz onlara qarşı yönəldib.
İdxal rüsumlarının 20 faizi Avropa İttifaqından, 34 faizi Çindən, 46 faizi Vyetnamdan, 32 faizi Tayvandan, 24 faizi Yaponiyadan, 25 faizi Cənubi Koreyadan, 36 faizi Tailanddan, 31 faizi İsveçrədən, 32 faizi İndoneziyadan, 24 faizi Malayziyadan, 49 faizi Kambocadan, 30 faizi Cənubi Afrika Respublikasından, 10 faizi Böyük Britaniyadan gətirilən mallara tətbiq olunacaq.
Qalan ölkələr ABŞ-yə idxal edilən bütün mallara 10 faizlik əsas rüsum və idxal edilən bütün xarici avtomobillərə və avtomobil hissələrinə 25 faizlik tarif ödəməlidir.
Ağ Evin açıqladığı tariflərin tam siyahısına 183 ölkə və Aİ daxildir.
Tramp bu rüsumları "güzgü tarifləri" adlandırıb. Tədbirlər ABŞ məhsullarına tariflər tətbiq edən, Amerika bizneslərinə, işçilərə və istehlakçılara "ədalətsiz və ayrı-seçkilik törədən" vergilər tətbiq edən və sair ölkələrin idxalına təsir göstərəcək.
Ağ Ev izah edib ki, bu cür tədbirlər ABŞ-nin ticarət əlaqələrini tarazlamağa kömək etmək, Amerika sənayesinin inkişafını stimullaşdırmaq və Trampın müxtəlif kampaniya vədlərini, o cümlədən vergi güzəştlərini həyata keçirmək üçün vəsait təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, martın 30-da ABŞ Prezidenti yeni tariflərin istisnasız olaraq dünyanın bütün ölkələrinə təsir edəcəyini açıqlamışdı,
Yeni tariflər aprelin 3-dən qüvvəyə minib.
Rizvan CƏFƏROV,
"Azərbaycan"
IV Antalya Diplomatiya Forumu başa çatıb
Şuşa, Xankəndi və Xocalıda keçirilən buraxılış imtahanında 60-dan çox şagird iştirak edib
Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib
Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub, qaliblər müəyyənləşib
Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
Binəli Yıldırım: Qarabağ Zəfəri ilə Türk dünyası canlandı
Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularında aşkarlanan narkotik vasitə götürülüb
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Qarabağ Universitetində keçirilən ikigünlük beynəlxalq konfrans yekunlaşıb
Tramp Ukraynanın nizamlanma prosesini yüksək qiymətləndirib
ABŞ Yəmənin cənub-qərbinə zərbələr endirib
Qəbələ-Xankəndi ultramarafonunun sonuncu mərhələsinə start verilib
COP29 Sədrliyi 2035-ci ilədək Bakı-Belem Yol Xəritəsini hazırlamaq üçün COP30 Rəyasət Heyəti ilə sıx əməkdaşlıq edir
Antalyada mədəniyyətin birləşdirici və bölücü tərəfləri müzakirə mövzusu olub
ABŞ-da göyərtəsində 6 nəfərin olduğu təyyarə qəzaya uğrayıb
Rumıniya Parlamenti Senatının Sədri Azərbaycana rəsmi səfərə gəlib
Tramp bir il ərzində ABŞ-dan bir milyon miqrantı deportasiya etməyi planlaşdırır
Antalyada yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi mövzusu müzakirə edilib
Bilmək istəyirəm
Ulduzlardan süzülən gözəllik
Fırçası ilə səhnəni həyata çevirirdi
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
İlham Əliyevin qətiyyətinə söykənən enerji təhlükəsizliyi06 Aprel 2025
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!