15 Avqust 2024 13:26
621
SİYASƏT
A- A+
Dmitri Savelyev: Rusiya-Azərbaycan iqtisadi əlaqələri sürətlə inkişaf edir

Dmitri Savelyev: Rusiya-Azərbaycan iqtisadi əlaqələri sürətlə inkişaf edir

 

Ötən həftə Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçukun sədrliyi ilə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 22-ci iclası keçirildi. Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində iclasın yekunlarını və iki ölkənin iqtisadi sahədə qarşılıqlı fəaliyyətinin müasir tendensiyalarını şərh edib.

-Dmitri İvanoviç, Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 22-ci iclasının yekunlarına dair hansı nəticələrə gəlmək olar? Bu gün iqtisadi əməkdaşlığın hansı aspektləri ölkələrimiz üçün daha mühümdür? Onların dəstəklənməsi və inkişafı perspektivləri necədir?

-İclasın yekunlarına dair çıxarılan əsas nəticə ondan ibarətdir ki, bizim üçün qarşılıqlı maraq doğuran bütün sahələrdə konstruktiv dialoqa və birgə layihələrin hərtərəfli inkişafına hazırıq. Rusiya ilə Azərbaycan arasında ticarət və energetika, sənaye və kənd təsərrüfatı, logistika və nəqliyyat, turizm və mədəniyyət, təhsil və humanitar sahələrdə əməkdaşlıq fəal şəkildə inkişaf edir. Hər iki tərəfdən səmərəli dövlət dəstəyi ilə investisiya əlaqələri də güclənir. Komissiyanın iclasında vurğulanıb ki, bu gün Rusiya Azərbaycan üçün ən mühüm investorlardan və ən böyük ticarət tərəfdaşlarından biridir. Neft ixracında isə ən böyük tərəfdaşdır. Ekspertlərin fikrincə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi rekord rəqəmlərə çatıb və bu tendensiya davam edir. Ərzaq və kənd təsərrüfatı xammalı, neft, metal və plastik məhsullarının qarşılıqlı ticarəti də artır. Üstəlik, bu ilin yayına qədər qarşılıqlı hesablaşmaların təxminən dörddə üçü ilə həyata keçirilən milli valyutalar əsasında ticarət də inkişaf edir. İkitərəfli yükdaşımaları nəzərəçarpacaq dərəcədə artıb və turist axını intensiv şəkildə davam edir.

-Rusiya və Azərbaycan biznesinin qarşılıqlı investisiya üzrə əməkdaşlığının hansı nəticələrini daha əhəmiyyətli hesab etmək olar və sizcə, bu sahədə yeni istiqamətlər hansılardır?

-Azərbaycanda Rusiya biznesi ilə əczaçılıq və neft-kimya, qida sənayesi və şərabçılıq, mədən sənayesi və tikinti materiallarının istehsalı, avtomobil sənayesi və avadanlıqlara texniki xidmət sahələrində əməkdaşlığın uğurlu nəticələri qeydə alınıb. Xüsusilə, “Lada” və “Qazel”, “KamAZ” və “Ural” avtomobilləri üçün servis dəstəyi göstərilir. Bununla yanaşı, perspektivli sahələr arasında gəmiqayırma, metallurgiya, turizm və digərlərini qeyd etmək lazımdır. Öz növbəsində, Azərbaycan sahibkarları Rusiyada aqrobiznes, meşə təsərrüfatı və turizmə, o cümlədən Xəzər dənizinə fəal şəkildə sərmayə qoyurlar. Ekspertlər gələcəkdə yüksək texnologiyalı istehsala və Rusiyanın İT sektoruna Azərbaycandan sərmayə qoyulacağını da gözləyirlər.

- Rusiya və Azərbaycanın regionları arasında əməkdaşlıqda hansı tendensiyaları qeyd edə bilərsiniz?

- Bu ilin əvvəlində Stavropolda keçirilən genişmiqyaslı Rusiya-Azərbaycan Regionlararası Forumu bu kontekstdə çox uğurlu başlanğıc oldu. Artıq 2024-cü il bir çox yüksək səviyyəli görüşlər və səfərlər, əməkdaşlıq sazişləri və perspektivli razılaşmalar ilə yadda qalıb. Söhbət təkcə iri iqtisadi forumlarda qarşılıqlı iştirakdan deyil, həm də regional nümayəndə heyətlərindən gedir ki, ilin əvvəlindən artıq 10-dan çox tədbir keçirilib. Mübaliğəsiz demək olar ki, müxtəlif regionlardan olan yüzlərlə Rusiya şirkətinin nümayəndələri Azərbaycanla əməkdaşlıq imkanları ilə tanış olublar. Bu yaxınlara aid bir misal çəkim: Kirov rayonundan olan doqquz iri istehsalat şirkətinin nümayəndələri Bakıya işgüzar səfərlər zamanı ixracın təşkilinə yönəlmiş onlarla görüş keçiriblər. Həmçinin Krasnoyarsk diyarının, Çuvaşiya, Novosibirsk və Ulyanovsk vilayətlərinin, Altay diyarının və Rusiyanın digər vilayətlərinin nümayəndələri bu yaxınlarda Bakıda olub, Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə böyük maraq göstəriblər.

Biznes sahəsində qarşılıqlı fəaliyyətin daha bir müasir formatı – videokonfranslar da aktiv fəaliyyət göstərir. Buna misal olaraq, Rusiya və Azərbaycanın Ticarət nümayəndəliklərinin iyul ayında Oryol vilayətinin biznes nümayəndələri ilə onlayn görüşünü göstərmək olar.

Rusiya və Azərbaycanın biznes nümayəndələrinin müxtəlif sahələr üzrə böyük sərgilərdə iştirakını da xatırlatmaq lazımdır. Belə ki, bu yaxınlarda Yekaterinburqda keçirilən “İnnoprom-2024” beynəlxalq sərgisində Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Səfər çərçivəsində Rusiyada Ələt Azad İqtisadi Zonasına investisiya imanlarının təqdimatı olub.

Uzun müddətdir ki, Rusiya və Azərbaycan xalqları arasında mehriban qonşuluq, səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Bizim vəzifəmiz isə həm yaxşı münasibətlərimizi, həm də işgüzar əlaqələrimizi hərtərəfli dəstəkləmək və inkişaf etdirməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paşinyanla bağlı şok iddia: "İstefaya hazırlaşır"

08:50
15 Yanvar

Azərbaycanın yeganə istəyi, məramı sülhdür

08:45
15 Yanvar

Ermənistanın Minsk qrupu ilə bağlı mövqeyi səmimi deyil

08:40
15 Yanvar

Paşinyan sülhsevər olduğunu əməldə göstərməlidir

08:35
15 Yanvar

Azərbaycanın ekoloji siyasətinin əsasında təmiz dünya qurmaq dayanır

08:30
15 Yanvar

Prioritet hədəf dəyişmir

08:25
15 Yanvar

Azərbaycan-BƏƏ əməkdaşlığı müasir çağırışlara cavab verir 

08:20
15 Yanvar

Sumqayıtlılar yenə fəaldırlar

08:15
15 Yanvar

Məntəqələr seçkilərə hazırdır

08:10
15 Yanvar

"Bu ərazilərə sanki atom bombası atılıb"

08:05
15 Yanvar

16 min 124 namizəd, 23 siyasi partiya, 69 minə yaxın müşahidəçi

08:00
15 Yanvar

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:58
15 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:57
15 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 8 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 yanvar 2025-ci il tarixli 4 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2025-ci il tarixli 5 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

Rusiyalı məşqçi Bakıya gəlir  

23:23
14 Yanvar

"Mingəçevir" klubu ilə ASTA arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq  

23:22
14 Yanvar

Somalidə 20 DEAŞ terrorçusu öldürülüb

23:20
14 Yanvar

Pakistan ordusu 27 terrorçunu zərərsizləşdirib  

23:18
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!