04 Aprel 2025 23:04
565
İQTİSADİYYAT
A- A+
Azərbaycan və Aİ arasında Xəzər dənizində enerji şirkətləri ilə həyata keçirilən layihələr müzakirə olunub  

Azərbaycan və Aİ arasında Xəzər dənizində enerji şirkətləri ilə həyata keçirilən layihələr müzakirə olunub  


Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları ilə paralel olaraq “Dənizdə külək enerjisinin inkişafı” mövzusunda növbəti Azərbaycan-Avropa İttifaqı dəyirmi masası təşkil edilib.

AZƏRTAC xəbər verir ki, energetika naziri Pərviz Şahbazov, Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen və “WindEurope” Avropa Külək Enerjisi Assosiasiyasının baş direktoru Giles Dicksonun iştirakı ilə keçirilən tədbirdə Avropanın külək sənayesinin aparıcı şirkətləri və maliyyə institutları geniş tərkibdə təmsil olunub.

Xəzər dənizinin Azərbaycan seqmentində beş sahənin müəyyənləşdirilməsi, ölçmə və müşahidə işlərinin aparılması və enerji şirkətləri ilə həyata keçirilən layihələr barədə məlumat verilib. Dənizdə külək enerjisi istehsalının ilkin mərhələdə 4 QVt-nın “Xəzər-Qara Dəniz-Avropa” yaşıl enerji dəhlizi vasitəsilə Avropaya ixrac ediləcəyi, həmçinin planlaşdırılan digər interkonnektorların da məhz Avropa ölkələrinə istiqamətləndiyi qeyd olunub. Bildirilib ki, Avropa şirkətləri külək enerjisinin istehsalı və ötürülməsi layihələrində iştirak etmək üçün geniş imkanlara malikdirlər. Avropanın texnoloji imkanları və investisiyaları ilə Azərbaycanın zəngin enerji resursları və strateji coğrafi mövqeyi birləşərək mühüm irəliləyişlərə yol aça bilər.

Dəyirmi masada Azərbaycanın dənizdə külək enerjisi potensialının inkişafı üzrə Azərbaycan-Aİ əməkdaşlığına qarşılıqlı maraq bir daha vurğulanıb. 2024-cü ildə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “WindEurope” arasında imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində görülmüş işlər nəzərdən keçirilib və növbəti addımlar müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakılıların bahar sevinci

09:30
11 Aprel

Yol gözləyən qatarlar, qatar gözləyən yollar

09:25
11 Aprel

Azərbaycanın diplomatik uğurları: Antalya Forumunda yeni perspektivlər  

09:24
11 Aprel

Misirli tədqiqatçı: ADA forumu yeni beynəlxalq sistemin konturlarını və təsirlərini anlamaq üçün mühümdür  

09:23
11 Aprel

MN: Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutulub  

09:23
11 Aprel

Trans-Xəzər marşrutu üzrə daşınmaların həcmi 62 faiz artıb

09:22
11 Aprel

Yer kürəsində güclü maqnit qasırğası baş verib

09:21
11 Aprel

Azərbaycan hərbçiləri Moskvada 9 May paradında iştirak edəcəklər

09:20
11 Aprel

Masallıda və Neftçalada Aprel şəhidlərinin xatirələri anılıb 

09:20
11 Aprel

Azərbaycan və Portuqaliya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib  

09:16
11 Aprel

Aprel şəhidi Röyal Nəsirovun ailəsi ziyarət olunub

09:15
11 Aprel

Şöhrət qəhrəmanlığı ilə şöhrət qazandı 

09:10
11 Aprel

Boz çöllərə "ağ qızıl" səpilir

09:05
11 Aprel

Köhnə kanala yeni həyat verilir

09:00
11 Aprel

Daşkəsəndə yaz əkini sürətlənir

08:55
11 Aprel

ADAU-da yeni dərsliklər təqdim olunub

08:50
11 Aprel

Ağstafada cari ilin birinci rübünün yekunları müzakirə edilmişdir 

08:45
11 Aprel

USAID saxtakarlıq yuvasına çevrilmişdi

08:40
11 Aprel

Prezident həqiqətləri dünyaya çatdırdı

08:35
11 Aprel

Azərbaycan qlobal enerji diplomatiyasının lideridir

08:30
11 Aprel

Prezident İlham Əliyev haqlı və qətiyyətli mövqe ortaya qoydu

08:25
11 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!