Auditorlar Palatasında 2025-ci ilin “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) təqdimat mərasiminə həsr edilmiş onlayn tədbir keçirilib.
Auditorlar Palatasından AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Auditorlar Palatasının sədri Vahid Novruzov “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi”nin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) Beynəlxalq Etika Standartları Şurası (İESCA) tərəfindən hazırlandığını və bütün dünyada peşəkar mühasiblər və auditorlar tərəfindən tətbiq edilmək üçün nəzərdə tutulduğunu, həmçinin Məcəllənin 2024-cü ilin dekabrın 15-dən qüvvəyə minərək tətbiqinə başlanıldığını diqqətə çatdırıb.
Qeyd olunub ki, Auditorlar Palatası 2008-ci ildən Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) tamhüquqlu üzvü olmaqla İFAC-a müraciətinə əsasən bu beynəlxalq qurumun icazəsi ilə ingilis dilindən Azərbaycan dilinə tərcümə edilərək hazırlanıb və nəşr etdirilib.
V.Novruzovun sözlərinə görə, “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi” bu peşənin ictimai maraqlar üzrə məsuliyyətini əks etdirərək, peşəkar mühasiblər üçün etikanın təməl prinsiplərini müəyyən edir. Bu prinsiplər peşəkar mühasibdən gözlənilən davranış standartlarını özündə ehtiva edir.
Məcəllə peşəkar mühasibdən təməl prinsiplərinə riayətetməmə ilə əlaqəli təhlükələrin müəyyən edilməsi, qiymətləndirilməsi və onları aradan qaldırmaq üçün müvafiq tədbirlərin görülməsi üçün tətbiq edilməsi tələb olunan konseptual əsasları müəyyən edir. Məcəllə eləcə də mühasiblərə konseptual əsasları müxtəlif mövzulara tətbiq etməyə kömək etmək üçün həmin mövzular üzrə tələbləri və tətbiqi materialları özündə ehtiva edir.
Sonra Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri, Palatanın Şurası yanında Auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin sədri Nəcəf Talıbov məcəllə barədə müfəssəl şərh təqdim edib.
Nəşr edilmiş kitab xidməti istifadə üçün bir sıra dövlət qurumlarına, ali təhsil müəssisələrinə, peşəkar ictimai birliklərə göndərilib və Auditorlar Palatasının üzvlərinə paylanılıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Ziyad Səmədzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin “maliyyə və audit” kafedrasının müdiri Əvəz Ələkbərov, Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin müavini Elvin Əlimərdanov və digərləri kitabın əhəmiyyətindən danışaraq onun tətbiqinin zəruri olduğunu vurğulayıblar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Aprel şəhidi Röyal Nəsirovun ailəsi ziyarət olunub
Şöhrət qəhrəmanlığı ilə şöhrət qazandı
Boz çöllərə "ağ qızıl" səpilir
Köhnə kanala yeni həyat verilir
Daşkəsəndə yaz əkini sürətlənir
ADAU-da yeni dərsliklər təqdim olunub
Ağstafada cari ilin birinci rübünün yekunları müzakirə edilmişdir
USAID saxtakarlıq yuvasına çevrilmişdi
Prezident həqiqətləri dünyaya çatdırdı
Azərbaycan qlobal enerji diplomatiyasının lideridir
Prezident İlham Əliyev haqlı və qətiyyətli mövqe ortaya qoydu
Strateji tərəfdaşlıq, səmimi dostluq, qarşılıqlı maraq
Cənubi Qafqaz sevimli və ya qeyri-sevimli dövlətlərə bölünməməlidir
Ölkəmiz balanslı siyasəti uğurla davam etdirir
İlham Əliyev Ermənistana növbəti xəbərdarlıq etdi
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət
R.S.Qvaladzenin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Sosial sığınacaqların inkişafına dəstək" adlı müsabiqə keçirir
Qurgen Stepanyan Azərbaycanın vaxtilə işğalda olan ərazilərində xidmət edərkən hərbi hissədə Ermənistan vətəndaşları olan zabitlərin sayca üstünlük təşkil etdiyini etiraf edib
Melikset Paşayan Ağdamın Azərbaycana aid olduğunu bilə-bilə orada Ermənistan hərbçisi kimi xidmət keçdiyini etiraf edib
Bakıda Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!