11 Aprel 2025 08:20
340
SİYASƏT
A- A+
Strateji tərəfdaşlıq, səmimi dostluq, qarşılıqlı maraq 

Strateji tərəfdaşlıq, səmimi dostluq, qarşılıqlı maraq 


Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələrin tarixi qədim, gələcəyi perspektivlidir


Azərbaycanla Pakistan arasında əlaqələrin tarixi kökləri qədimdir. Amma bu əlaqələr Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə güclənmişdir. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə isə Azərbaycan-Pakistan əlaqələri strateji səviyyəyə yüksəlmişdir.

Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən bir olaraq, beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanın mövqeyini, Qarabağ uğrunda haqlı savaşını müdafiə etmişdir. Məhz bu ölkənin BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi zaman Azərbaycana dair 822 nömrəli qətnamə qəbul olunmuşdur. Azərbaycan ərazilərini işğal etdiyinə görə Pakistanın Ermənistanla diplomatik əlaqələri də yoxdur. Biz həm işğal dövründə, həm 44 günlük Vətən müharibəsi günlərində, həm də Zəfərdən sonra Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesində bu dost ölkənin dəstəyini görmüşük. Ona görə Pakistan Azərbaycan üçün həm də qardaş ölkədir. Cəmiyyətimizdə də bu dövlətə yüksək münasibət və hörmət var. 

Üzv olduqları beynəlxalq təşkilatlarda bir-birini müdafiə edən Pakistan və Azərbaycan BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Asiya Parlament Assambleyası və digər beynəlxalq təşkilatlar çərçivəsində də bu münasibətləri davam etdirirlər. 2024-cü ilin sonunda Azərbaycan Pakistanın da dəstəyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv oldu. Bu, Azərbaycanın həm Pakistan, həm də digər üzv dövlətlərlə yeni əməkdaşlıq imkanları deməkdir. BMT-nin Bakıda keçirilən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüşdə ikitərəfli əlaqələrin inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunmuşdur.

COP29-dan üç ay sonra - fevralın 24-də Bakıda Azərbaycan-Pakistan biznes-forumu keçirildi. Forumda çıxış edən Məhəmməd Şahbaz Şərif Azərbaycan-Pakistan ticarət dövriyyəsinin artırılmasının vacibliyini vurğuladı. Tədbir iki ölkə arasında mövcud iqtisadi əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və qarşılıqlı sərmayə qoyuluşunun təşviqi məqsədilə təşkil olunmuşdu. 

Ümumiyyətlə, Azərbaycan ilə Pakistan arasındakı iqtisadi-ticarət əlaqələri ilbəil genişlənir. İqtisadi forumlar, konfranslar və hökumətlərarası komissiya iclaslarında ticarətin müxtəlif sahələrinin inkişaf perspektivləri müzakirə olunur, kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti, nəqliyyat, informasiya texnologiyaları, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın yeni yolları axtarılır. Bunun nümunəsi kimi İslamabadda fəaliyyət göstərən Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasını göstərmək olar. 

Azərbaycanın neft-qaz, Pakistanın isə əczaçılıq, tekstil, aqrar və emal sənayesində əldə etdiyi uğurlar hər iki ölkənin iqtisadiyyatının inkişafına töhfələr verir. Ölkəmizin Avropa və Asiyanı birləşdirən mühüm nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi isə Pakistan üçün yeni ixrac imkanları yaradır. 

Ölkələrimiz arasında sərmayələrin təşviqi üçün hökumətlərarası işçi qrupları fəaliyyət göstərir. Bu çərçivədə diqqətçəkən məqamlardan biri də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə "Pakistan State Oil Company Limited" və "Pakistan Refinery Limited" (PRL) arasında Anlaşma Memorandumunun imzalanmasıdır. Memorandumu SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Frontier Works Organisation" şirkətinin baş direktoru Abdul Sami imzalayıblar. Hazırda Pakistanda - Bellucistanda, həmçinin Sinda və Pəncabda 7 təbii qaz və neft yatağı istismar olunur. Bunlarla yanaşı, ölkədə bir sıra faydalı mineralların (kömür, mərmər, xörək duzu, əhəng, uran, xrom filizi, fosforlar, kükürd, barıt, qiymətli metallar və s.) hasilatı aparılır.

Pakistan şirkətləri bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya qoyuluşuna dəvət olunublar. Qarşılıqlı olaraq dost ölkənin şirkətləri də işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində iştirak üçün müraciət ediblər. Hazırda Azərbaycanda çoxsaylı Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində fəaliyyət göstərirlər. 

Azərbaycan Pakistan ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini vacib hesab edir. Prezident İlham Əliyevin tapşırığı ilə Pakistandan idxal olunan düyü məhsullarının idxal rüsumu birtərəfli güzəşt tətbiq edilməklə 2027-ci il dekabrın 31-dək 15 faizdən 0 faizə endirilib. Qeyd edək ki, Azərbaycan Pakistandan əsasən kartof, düyü, sabun və s. idxal edir. İxracın strukturunda isə reaktiv mühərriklər üçün kerosin yanacağı daha çox yer tutur.

Bu günlər Pakistan İslam Respublikasında səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb. Nazirlər müxtəlif mövzular ətrafında geniş müzakirə aparıblar. Görüş zamanı Məhəmməd İshaq Dar Pakistanın Azərbaycan ilə ikitərəfli münasibətləri daha da gücləndirmək öhdəliyinə sadiqliyini bir daha vurğulayıb. Bundan başqa, Azərbaycan və Pakistan arasında əsas investisiya layihələri, eləcə də iki ölkə arasında nəzərdən keçirilən memorandumlar müzakirə edilib. 

Qeyd edək ki, Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığında digər sahə isə nəqliyyat bağlantılarıdır. Hər iki ölkə həm Orta dəhliz, həm "Şimal-Cənub", həm də "Şərq-Qərb" dəhlizlərində əməkdaşlıq imkanlarına malikdir. 2023-cü ilin sentyabrında AZAL Bakıdan Lahora, noyabrda isə İslamabada və əks istiqamətə birbaşa uçuşlara başlayıb. Ötən il iki ölkə arasında avtomobil yolları ilə tranzit karqo daşımalarının həcmi 33 min ton olub ki, bu da əvvəlki dövr ilə müqayisədə 53 faiz çoxdur. 


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!