07 Noyabr 2024 14:00
82
CƏMİYYƏT
A- A+
Zəfər Günü üçün hava proqnozu açıqlanıb

Zəfər Günü üçün hava proqnozu açıqlanıb

Azərbaycanda noyabrın 8-nə - Zəfər Gününə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Azərbaycan" qəzetinə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 13-16° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 774 millimetr civə sütunundan 771 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski Trampla “əla telefon danışığının” olduğunu bildirib  

16:31
07 Noyabr

Şarl Mişel: Avropa İttifaqı ABŞ-la münasibətləri dərinləşdirmək istəyir  

16:15
07 Noyabr

Aİ liderləri Gürcüstana təzyiq göstərirlər  

16:13
07 Noyabr

“WhatsApp”dan yeni funksiya

15:56
07 Noyabr

Sosial və korporativ idarəetmə üzrə konfrans keçirilib  

15:50
07 Noyabr

Uşaq Səfirlər Məclisi üzvləri "ASAN xidmət"də

15:46
07 Noyabr

Ciorcia Meloni ilə Donald Tramp arasında telefon danışığı olub

15:36
07 Noyabr

Paşinyan Budapeştdə jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib

15:35
07 Noyabr

Baş Prokurorluqda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

15:27
07 Noyabr

Xəbərdarlıq: Abşeron yarımadasının bəzi yerlərində leysan yağacaq  

15:22
07 Noyabr

Multikulturalizm Mərkəzində Zəfər Günü qeyd olunub  

15:16
07 Noyabr

COP29 çərçivəsində Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu keçiriləcək  

15:14
07 Noyabr

COP29 Könüllülük Proqramının hazırlıq mərhələsi başa çatıb

15:12
07 Noyabr

Azərbaycan COP29 konfransının ən yüksək səviyyədə təşkili üçün bütün imkanlarını səfərbər edib – BƏYANAT  

15:06
07 Noyabr

Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub

14:57
07 Noyabr

Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar icarəyə veriləcək  

14:30
07 Noyabr

İşğaldan azad edilmiş ərazilərdə yerquruluşu və torpaq kadastrı işləri davam etdirilir  

14:27
07 Noyabr

Praqada Azərbaycan Evi açılıb

14:24
07 Noyabr

Dünya dini liderləri Ağdam Cümə məscidində camaat namazı qılıblar  

14:20
07 Noyabr

Milli Məclisdə AMB-nin pul siyasəti ilə bağlı təqdimat keçiriləcək

14:19
07 Noyabr

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasına dair ilk iclas keçirilib  

14:18
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!