Yusuf Özkır: Təlim və birgə layihə işlərini həyata keçirmək ATNA-ya üzv ölkələr üçün faydalı olar
Türk Xəbər Agentlikləri Alyansının (ATNA) İcraiyyə Komitəsinin iclasının Şuşa şəhərində keçirilməsi çox önəmlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Anadolu Agentliyinin İdarə Heyətinin üzvü Yusuf Özkır 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin 1-ci iclasında çıxışı zamanı bildirib.
Yusuf Özkır 2023-cü il noyabrın 6-da qurulan ATNA-nın yaradılması üçün Anadolu Agentliyinin rəhbərliyi ilə uğurlu bir iş görüldüyünü diqqətə çatdırıb.
Özkır deyib: “Türk dünyasının informasiya agentlikləri arasında dezinformasiya ilə mübarizədə, mədəniyyət və digər, ən əsası da təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir”. Onun sözlərinə görə, qarşılıqlı təlim və birgə layihə işləri aparmaq ATNA-ya üzv ölkələr üçün faydalı olar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bayden prezident seçkilərində iştirakdan imtina edib
21 Iyul
ABŞ Qlobal Siyasət İnstitutunun prezidenti: Şuşa forumu son dərəcə vacib zamanda keçirilən tədbirdir...
21 Iyul
İkinci Şuşa Qlobal Media Forumu çərçivəsində “Böyük Qayıdış: Qarabağ” filminin nümayişi olub...
21 Iyul
ABŞ mediası Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda çıxışından yazır
21 Iyul
Şuşada Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin 1-ci iclası keçirilib
21 Iyul
Mərkəzi Asiya mediası Prezident İlham Əliyevin Şuşada mediaforumdakı çıxışını geniş şəkildə işıqland...
21 Iyul
Qlobal Media Forumun iştirakçıları Şuşa şəhəri ilə tanış olublar
21 Iyul
Antalya hava limanı yeni rekorda imza atıb
21 Iyul
Yusuf Özkır: Təlim və birgə layihə işlərini həyata keçirmək ATNA-ya üzv ölkələr üçün faydalı olar...
21 Iyul
Bekzat Zhusip: Şuşanın bərpa olunduğunu görmək çox xoşdur
21 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!