21 Iyul 2024 22:52
165
SİYASƏT
A- A+

ABŞ mediası Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda çıxışından yazır

 

Azərbaycan Prezidenti İlham Əliyevin “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışı zamanı səsləndirdiyi fikirlər, beynəlxalq ekspert və jurnalistlərin sualları ilə bağlı şərhləri ABŞ mediasında da işıqlandırılıb.

AZƏRTAC-ın verdiyi məlumata görə, ölkənin nüfuzlu “Bloomberg” nəşri ölkə başçısının Rusiyanın Ukrayna ərazisindən Avropaya qaz nəqlini 2025-ci ildə dayandıracağı və Azərbaycan qazının Avropaya çatdırılması ilə bağlı fikirləri barədə yazıb. Yazıda da qeyd olunduğu kimi, Prezident İlham Əliyev bildirib ki, Ukrayna və Avropa İttifaqı bu müqavilənin uzadılmasında yardımçı olmaq üçün Azərbaycana müraciət edib. Dövlət başçısının sözlərinə görə, hər iki tərəf bunda maraqlıdır. Çünki Ukraynanın özünün bu qaza ehtiyacı var. Materialda dövlət başçısının bu mövzuda fikirlərinə geniş yer verilib.

Həmçinin Prezident İlham Əliyevin Fransanın müstəmləkə altında saxladığı ərazilərlə bağlı fikirləri də ABŞ mediasında geniş dərc olunub. “Voice of America”, “Gazette”, “US News”, “Denver Gazette” kimi nəşrlərdə dərc olunmuş yazılarda Prezident İlham Əliyevin Fransanın Azərbaycanın daxili işlərinə, Ermənistanla münasibətlərinə müdaxilə etməkdə ittiham etməsi vurğulanıb. Sözügedən saytlarda həmçinin Prezident İlham Əliyevin Fransanın hələ də müstəmləkə altında saxladığı ərazilər və Azərbaycanın keçmişin bu iyrənc qalığından özlərini azad edə bilmələri üçün onlara kömək edəcəyinə dair fikirləri yer alıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video