21 Iyul 2024 22:55
146
SİYASƏT
A- A+

ABŞ Qlobal Siyasət İnstitutunun prezidenti: Şuşa forumu son dərəcə vacib zamanda keçirilən tədbirdir

 

Dezinformasiya xəstəlik kimidir. Düzünü desəm, dərmanı olmayan bir epidemiyaya bənzəyir. Təəssüf ki, bu gün texnologiyanın inkişafı belə dezinformasiyanın qarşısını ala bilmir. Buna görə də bu forum son dərəcə vacib zamanda keçirilən bir tədbirdir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində 2-ci Şuşa Qlobal Media Forumunda iştirak edən ABŞ Qlobal Siyasət İnstitutunun prezidenti Paolo von Şirak söyləyib.

Süni zəka texnologiyalarının siyasətçi və ya dövlət başçısına aid saxta müsahibə yaratmaq bacarığını diqqətə çatdıran Paolo von Şirak bu cür xəbərlərin investisiya, böyük studiyalar olmadan geniş şəkildə yayıldığını deyib: “Bunu üçün də tənzimləmə olmalıdır. Hökumətlər qanunlarla müdaxilə etməlidir. Beynəlxalq konvensiyalar olmalıdır və bu işdə biz hamımız iştirak etməliyik”.

Süni intellektin bir neçə dəqiqə ərzində minlərlə saxta xəbər saytı və sosial media hesabları yarada bilməsini diqqətə çatdıran qonaq indiki vaxtda bununla necə mübarizə aparmağın, həll yollarını axtarmağının vacibliyini qeyd edib: “Bu, böyük bir problemdir. Biz istehlakçılar, həmçinin media nümayəndəsi olan jurnalistlər, sosial media istifadəçiləri, prodüserlər və menecerlər və bir çox insan bu yeni reallıqla qarşılaşırıq. Süni intellekt məlumatı tənzimləmək, bir çox sənaye və iqtisadi sektorların pula qənaət etməsinə imkan verən daha dəqiq məzmuna və məlumatlara sahib olmaqla yanaşı, eyni zamanda, bir neçə saniyə ərzində açıq yalan xəbərlər yaradır”.

Dezinformasiyanın xərçəng və ya bir növ COVID pandemiyası adlandıran ABŞ Qlobal Siyasət İnstitutunun prezidenti deyib: “COVID zamanı bir müddət bir peyvənd hazırlandı, çox böyük bir çaxnaşma yaşandı, insanlar ölürdü və bu barədə nə edəcəyimizi bilmirdik. Çünki tibb elmi tamamilə bu virusun qarşısında aciz idi. Demək istədiyim odur ki, pis niyyətlə istifadə edilən süni intellektə bərabər bir peyvənd tapa biləcəyimizə dair heç bir fikrim yoxdur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video