21 Iyul 2024 22:54
145
SİYASƏT
A- A+

İkinci Şuşa Qlobal Media Forumu çərçivəsində “Böyük Qayıdış: Qarabağ” filminin nümayişi olub

 

İkinci Şuşa Qlobal Media Forumu çərçivəsində Qarabağa qayıdışı və bu bölgədə həyatın yenidən canlanmasını, ümumilikdə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini təsvir edən “Böyük Qayıdış: Qarabağ” sənədli filmi nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə filmin müəllifi, "TRT World"un jurnalisti Oubai Şahbandar çıxış edərək ekran əsəri barədə məlumat verib. Bildirib ki, filmin ərsəyə gəlməsində əsas məqsəd yalnız münaqişənin tarixi və siyasi tərəflərini deyil, insanların ədalətli mübarizələrini və fərdi hekayələrini vurğulamaq, onların ən çətin şəraitdə belə ümid və nikbinliklə yaşamağa davam etdiklərini nümayiş etdirmək idi.

Həmmüəllif Adnan Hüseyn sənədli filmində Azərbaycan vətəndaşlarının gücünü və mübariz ruhunu göstərməyə çalışdıqlarını qeyd edib. O, həmçinin vurğulayıb ki, 30 illik işğala 44 günlük Vətən müharibəsi ilə son qoyan Azərbaycan bu gün Qarabağ bölgəsində inamlı Böyük Qayıdış proqramına start verib. Doğma yurdlarından vaxtilə didərgin düşən məcburi köçkünlər evlərinə geri dönür, kənd və şəhərlər müasir üslubda bərpa edilir, Qarabağda əsl yenilənmə prosesi gedir.

Sonra film təqdim olunub.

Ekran əsərində Azərbaycanın ən qədim tarixi bölgələrindən olan Qarabağın işğalı zamanı aparılan məqsədyönlü dağıdılma, mədəni irsin məhvi nəticəsində yerlə-yeksan edilən şəhərlərin indi - 30 illik işğaldan sonra canlanma prosesi, hazırda dirçəlməkdə olan Ağdam, Şuşa, Laçın, Füzuli, Zəngilana geri dönən yerli sakinlərin təəssüratları, rəsmi şəxslərin, ekofəalların görülən işlər barədə fikirləri əksini tapıb. Filmin yekununda isə Qarabağa geri dönən insanların gələcəyə böyük ümidlə baxdığı, həyatlarını doğma torpaqlarında şövqlə davam etdirdikləri təsvir olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video