29 Aprel 2026 09:15
151
CƏMİYYƏT
A- A+
Yurda dayaq, elə arxa

Yurda dayaq, elə arxa


Oğullar bütün zamanlarda yurda, el-obaya düşmən çəpəri olublar. Vətən torpaqlarının işğalı üçün təhlükə yarananda silaha sarılaraq cəsarətlə, qələbə əzmi ilə döyüşlərə atılıblar. Qəsbkarlara qarşı ciddi müqavimət göstərə-göstərə, qoynunda dünyaya göz açdıqları yurdu göz bəbəkləri kimi qoruyublar. Düşmən hücumları nə qədər güclü, təhlükəli olsa da, bir addım da geri çəkilməyiblər. Sonadək vuruşaraq böyük hünər və qəhrəmanlıqlar göstəriblər. Cəsarət və hünərləri ilə adlarını qəhrəmanlıq tariximizin səhifələrinə yazıblar.

1980-ci illərin sonlarında erməni işğalçıları əbədi-əzəli Azərbaycan torpaqları olan Qarabağa, Ermənistanla sərhəd olan şəhər və kəndlərimizə hücum edəndə Vətən təəssübü çəkən bu cür oğullar silaha sarılaraq torpaqlarımızın müdafiəsinə qalxdılar. Getdikcə gərgin xarakter alan döyüşlərdə cəsarətlə, hünərlə vuruşaraq erməni işğalçılarına qarşı müqavimət göstərdilər, bu torpağın, bu yurdun sahibi olduqlarını dünyaya nümayiş etdirdilər. Hünərləri, qəhrəmanlıqları ilə özlərindən sonra xalqımıza qürur duyulası bir tarix qoydular.

Deyirlər ki, müharibələr itkisiz olmur. Qarabağ uğrunda gedən döyüşlər də xalqımız üçün itkisiz ötüşmədi. Ürəyində Vətən eşqi yurdun müdafiəsinə qalxmış cəsur oğullardan biri olan Siyavuş Əli oğlu Məmmədov da döyüşlərin birində düşmən gülləsinə tuş gəldi. Müdafiəsinə qalxdığı torpaqlarımızın azadlığı naminə canından keçdi. Ölümü ilə yurdumuza göz dikmiş düşmənlərə meydan oxudu.

Siyavuş Məmmədov döyüşə yollanana qədər sadə bir ömür yaşayıb. O, 1972-ci ildə Zəngilanın Havalı kəndində anadan olub. Onun dünyaya gəlişi ailəyə böyük sevinc gətirib. Siyavuş məktəbdə nizam-intizamlı şagirdlərdən olub. 1989-cu ildə Havalı kənd orta məktəbini bitirərək ürəyində dolub-daşan arzularla Bakıya üz tutub. 14 nömrəli texniki peşə məktəbində qaynaqçı ixtisasına yiyələnib. Peşə məktəbində təhsilini başa vurduqdan sonra əsgəri xidmət keçmək üçün sovet ordusunun sıralarına çağırılıb.

Hərbi xidmətini başa vurduqdan sonra Siyavuş doğmalarının yanına qayıdıb. Tanrıdan qismətinə düşən ömrü yaşayıb, gələcək həyatını qurmağa başlayıb. Amma erməni işğalçılarının Qarabağda başladıqları müharibə başqaları kimi, onun da planlarını pozub. 1994-cü il fevral ayının əvvəllərində yenicə yaranmağa başlayan Azərbaycan Ordusunun sıralarına çağırılıb. Həmin günlərdə torpaqlarımızın azadlığı uğrunda qanlı döyüşlər gedirdi. Siyavuş da Vətənin cəsur bir övladı kimi torpaqlarımızın müdafiəsinə tələsib. Fevral ayının 8-də onun xidmət etdiyi bölük Murovdağ istiqamətində döyüşlərə göndərilib. Təyin olunan məntəqəyə çatan kimi onlar döyüşlərə atılıblar.  

Amma tale ona başqa ömür hazırlamışdı. Mart ayının 7-də cəsur əsgər Siyavuş Məmmədovun döyüşlər zamanı itkin düşdüyü barədə doğmalarına məlumat gəldi. Bu qəfil və gözlənilməz xəbər onun əzizlərini sarsıtsa da, onlar övladlarının itkin düşdüklərinə inanmadılar. Axı Siyavuş cəsur əsgər idi. Belə igid izsiz, soraqsız itkin düşə bilməzdi. Təəssüflər olsun ki, valideynlərinin müraciətinə Müdafiə Nazirliyinin arxivindən verilən cavabda onun itkin düşməsi təsdiqləndi. 2002-ci ilin dekabrında isə Siyavuş Məmmədova şəhidlik statusu verildi.

Bu cəsur Vətən oğlunun itkin düşdüyü rəsmi olaraq öz təsdiqini tapsa da, doğmalarının gözləri yollardan yığılmırdı. 30 il idi ki, valideynləri onun qayıdıb gələcəyini gözləyirdilər. Ümid edirdilər ki, günlərin birində arzularına, istəklərinə çatacaqlar, həsrətə son qoyulacaq. Amma təəssüflər olsun ki, doğmalarının arzuları çin olmadı. 30 ildən sonra şəhid Siyavuş Əli oğlu Məmmədovun nəşi tapılaraq Sumqayıta gətirildi. 

Valideynlərinə verilən məlumatdan məlum olmuşdur ki, əsgər Siyavuş Məmmədov 24 fevral 1994-cü ildə Murovdağ istiqamətində gedən ağır döyüşlərdə şəhid olub. Amma üzü tanınmaz vəziyyətdə olduğuna görə kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Buna görə də onu Gəncədəki Şəhidlər xiyabanında naməlum əsgər kimi dəfn ediblər. 

Doğmalarından götürülən DNT analizlərinin nəticəsindən məlum olmuşdur ki, 30 il əvvəl Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum əsgər kimi dəfn olunan Siyavuş Məmmədovdur. 

21 may 2024-cü ildə şəhid Siyavuş Məmmədovla vida mərasimi keçirildi. Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Siyavuş Məmmədovun nəşi Müdafiə Nazirliyinin hərbi orkestrinin müşayiəti ilə yaylım atəşi altında torpağa tapşırıldı. Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı qardaşı Əbdül Məmmədova təqdim olundu.

Xalqımız torpaqlarımızın azadlığı uğrunda gedən qanlı döyüşlərdə şəhid olmuş Siyavuş Məmmədov kimi vətənpərvər hərbçilərin igidliyini heç vaxt unutmayacaq. Gələcək nəsillər qəhrəmanlığı Siyavuş kimi yurda dayaq, elə arxa olan cəsur oğullardan öyrənəcəklər. 


V.MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsrailin hava zərbələri nəticəsində Livanda beş nəfər həlak olub  

10:15
29 Aprel

UEFA Çempionlar Liqası: “PSJ” “Bavariya”nı məğlub edib  

10:14
29 Aprel

“Daily Mail”: Tramp və Kral III Çarlzın uzaq qohum olduqları ehtimal edilir  

10:12
29 Aprel

Azərbaycan neftinin qiyməti 116 dollara yaxınlaşır  

10:08
29 Aprel

“Prezident Kuboku” beynəlxalq reqatasında yarışlara start verilir

09:36
29 Aprel

Keyfiyyətli yuxu sağlamlığın şərtlərindən biridir

09:30
29 Aprel

"Əsərlərimdə insanlara həyata başqa gözlə baxmağın mümkün olduğunu göstərmək istəyirəm"

09:25
29 Aprel

Mütəfəkkir sənətkar, vətənpərvər şair 

09:20
29 Aprel

Yurda dayaq, elə arxa

09:15
29 Aprel

Torpağı qanı bahasına Vətən etdi

09:10
29 Aprel

Tarixin dərsləri

09:05
29 Aprel

Qoşa qanadlı "Günəşli"

09:00
29 Aprel

Ömrünü neft geologiyasına həsr etdi, məşhurluq qazandı

08:55
29 Aprel

Neftçi, alim, pedaqoq

08:50
29 Aprel

İrəvanda bayraq təxribatı: sülh və revanşizm arasında ziddiyyət

08:45
29 Aprel

Ermənistandakı revanşist hərəkətlər sülhü təhdid edir

08:40
29 Aprel

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

08:35
29 Aprel

Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığında nümunə

08:30
29 Aprel

Bakı və Praqa strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır

08:25
29 Aprel

Azərbaycan-Çexiya münasibətlərində yeni mərhələ

08:20
29 Aprel

Azərbaycanın yeni inkişaf mərhələsi - rəqəmsal gələcəyin yol xəritəsi

08:15
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!