03 Fevral 2023 01:27
1360
Təhsil
A- A+
Yeni dövrün universitetinə çevrilmək əsas hədəfimizdir

Yeni dövrün universitetinə çevrilmək əsas hədəfimizdir

 

Ali təhsilə dövlətin yüksək diqqət və qayğısı cari tədris ilinin payız semestrində Mingəçevir Dövlət Universitetinin (MDU) fəaliyyətində də bir sıra mühüm nəticələrin əldə edilməsində öz təzahürünü tapmışdır. Ötən ilin avqust ayında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, MDU-nun Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu əldə etməsi və yeni Nizamnamənin təsdiq edilməsi universitetdə idarəetmənin səmərəliliyinin artırılmasına və mövcud imkanların daha da genişləndirilməsinə mühüm zəmin yaratmışdır. 
"Azərbaycan - 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə əsaslanaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" müasir dövrün tələblərinə və çağırışlarına cavab verən ali təhsilin təmin edilməsi yolunda universitetlər qarşısında yeni vəzifələr qoymuşdur.
Bununla əlaqədar olaraq, orta və uzunmüddətli dövrdə MDU-da idarəetmə fəaliyyəti paytaxtın qabaqcıl universitetləri səviyyəsində keyfiyyətli ali təhsil xidmətləri göstərən, ölkəmizin və bölgənin hərtərəfli inkişafına davamlı töhfə verən, regional ekosistemin drayverinə çevrilən yeni dövrün universitetinin qurulmasına hədəflənmişdir. Bu baxımdan tələbələrin hərtərəfli inkişafı, onların layiqli vətəndaş, müasir dünyagörüşlü şəxsiyyət və rəqabətqabiliyyətli yüksəkixtisaslı kadr kimi yetişmələri, elm və innovasiya fəaliyyətlərinin inkişafı üçün bütün zəruri imkanları təqdim edən əlverişli ali təhsil mühitinin təmin edilməsi universitet idarəçiliyində prioritet əhəmiyyət kəsb etmişdir.
Qarşıda duran hədəflər tədrisin və elmi fəaliyyətin keyfiyyətinin davamlı surətdə yüksəldilməsi, yeni ixtisasların yaradılması, tərəfdaş xarici və yerli universitetlərlə əməkdaşlığın inkişafı, müvafiq dövlət qurumları və sənaye ilə işbirliyinin gücləndirilməsi, tələbələr və məzunlarla işin təkmilləşdirilməsi, akademik və inzibati heyət üzvlərinin bilik və bacarıqlarının artırılması, təşkilati strukturun müasir dövrün tələblərinə uyğunlaşdırılması, rəqəmsallaşma, infrastrukturun yenilənməsi, sosial fəaliyyətlərin genişləndirilməsi və cəmiyyətə fəal inteqrasiya vəzifələrini aktuallaşdırmışdır. Qeyd olunan istiqamətlər MDU-nun kollegial idarəetmə orqanı olan Elmi Şuranın iclaslarının gündəliklərində də öz əksini tapmışdır. Cari payız semestri ərzində 5 dəfə keçirilən MDU Elmi Şurasının iclaslarında universitetin təhsil, elm, idarəetmə, maliyyə, beynəlxalq əməkdaşlıq, sosial və digər fəaliyyətləri ilə bağlı müzakirələr aparılmış, onların strateji hədəflərə uyğun təkmilləşdirilməsi məqsədilə müvafiq qərarlar qəbul edilmişdir.
Eyni zamanda son dövrdə universitetin müasirləşməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin və qarşıya qoyulan strateji hədəflərin ümumi ideoloji konsepsiyasına uyğun olaraq MDU rebrendinq edilmişdir. Rebrendinq çərçivəsində MDU-nun yeni korporativ stili, yeni loqosu və yeni rəsmi saytı hazırlanmış, universitetin sloqanı, missiyası və gələcəyə baxışı müəyyən edilmişdir. Ölkənin dayanıqlı inkişafına töhfə verən yüksəkixtisaslı kadrların hazırlanması, nəticəyönümlü elmi tədqiqatların aparılması və cəmiyyətə faydalı sosial xidmətlərin göstərilməsi missiyasını üzərinə götürən MDU gələcəyə baxışda təhsil, tədqiqat və innovasiya sahəsində qabaqcıl mövqeyi ilə fərqlənən yeni dövrün universitetinə çevrilməyi hədəfləmişdir. "Müasir təhsil, doğru seçim, uğurlu karyera" sloqanını seçməklə, MDU öz missiyasını layiqincə yerinə yetirəcəyinə əminliyini, davamlı modernləşməyə sadiqliyini, tələbə və məzunlarının hərtərəfli inkişafına dəstəyini ifadə etmişdir.
Hazırda universitetdə iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 31 ixtisas (bakalavriat) və 15 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilir. Üç fakültənin və on kafedranın mövcud olduğu universitetdə ümumilikdə 3500-ə qədər tələbə və magistrant təhsil alır. 320-dən çox əməkdaşı olan MDU-da 210 professor-müəllim heyəti çalışır ki, onlardan 4 nəfərin elmlər doktoru, 62 nəfərin isə fəlsəfə doktoru elmi dərəcəsi, 3 nəfərin professor və 39 nəfərin isə dosent elmi adı var. Bundan əlavə, cari tədris ilindən etibarən MDU-da Türkiyənin Qazi Universitetindən dosent və ABŞ Dövlət Departamentinin Fulbright-ETA Proqramı çərçivəsində amerikalı mütəxəssis fəaliyyət göstərir.
Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə dərs prosesində müasir təhsil texnologiyalarının tətbiq edilməsi və akademik heyətin bacarıqlarının artırılması əsas prioritetlər sırasında yer almış, tədrisin tələbə mərkəzli, nəticəyönümlü və səriştə əsaslı olması istiqamətində davamlı addımlar atılmışdır. Hesabat dövründə universitetdə Energetika laboratoriyası tələbə və müəllimlərin istifadəsinə verilmişdir. Mühəndislik sahəsində bir çox fənnin tədrisinin həyata keçirildiyi sözügedən laboratoriya hazırda tələbələrin praktiki bacarıqlarının inkişafında əhəmiyyətli rol oynayır.
Tələbələrin universitet idarəçiliyində fəal iştirakının təmin edilməsi hesabat dövründə  diqqət mərkəzində saxlanılmışdır. MDU-nun Elmi Şurası və fakültə elmi şuralarında, eləcə də imtahan sessiyasının obyektiv, şəffaf, ədalətli və mütəşəkkil keçirilməsi məqsədilə yaradılmış İmtahan Qərargahı və Apellyasiya komissiyalarının tərkibində tələbələr fəal təmsil olunmuşlar. Bununla yanaşı, tələbə və valideynlərin istəklərini dinləmək, onları maraqlandıran sualları operativ cavablandırmaq məqsədilə cari payız semestrinin imtahan sessiyası ərzində universitet rektorunun iştirakı ilə "Açıq qapı" günləri keçirilmişdir. MDU-da "İmtahanlara dəstək qrupu" və "Qaynar xətt"in fəaliyyəti imtahan sessiyasında operativliyin təmin edilməsinə və yarana biləcək neqativ halların dərhal aradan qaldırılmasına xidmət edir. Eləcə də ali təhsil müəssisələrinə qəbul zamanı ixtisas seçimində abituriyentlərə ödənişsiz məlumatlandırıcı və məsləhət xidmətləri göstərmək məqsədilə MDU-da "Abituriyentlərə dəstək qrupu" yaradılmış, yeni qəbul olunmuş tələbə və magistrantların universitetlə tanışlıq prosesinə dəstək məqsədilə "Oriyentasiya Günü" keçirilmiş və onların universitet həyatına daha motivasiyalı inteqrasiyası üçün rektorla görüşləri təşkil edilmişdir.
Son dövrdə MDU-nun imicinin yüksəldilməsi və modernləşməsi istiqamətində görülən işlər öz əksini cari tədris ili üçün universitetin bakalavriat və magistratura səviyyələri üzrə tələbə qəbulunda, eyni zamanda yüksək balla qəbul olunanların sayında artımın müşahidə edilməsində də tapmışdır. Belə ki, ötən tədris ili ilə müqayisədə 2022-2023-cü tədris ili üçün MDU-ya tələbə qəbulu 30 faiz, 500-dən yuxarı balla qəbul olunanların sayı isə 27 faiz artmışdır. Bundan əlavə, kadr potensialının, tədris-metodiki və infrastruktur təminatın məqsədyönlü və kompleks şəkildə gücləndirilməsi istiqamətində görülən işlər universitetdə əmək bazarının mövcud tələblərinə uyğun yeni ixtisasların açılmasına imkan yaratmışdır. Belə ki, cari tədris ilindən etibarən MDU-da bakalavriat səviyyəsində 5 yeni ixtisas - "Kompüter mühəndisliyi", "İnformasiya təhlükəsizliyi", "Elektrik və elektronika mühəndisliyi", "Fizika müəllimliyi", "Kimya müəllimliyi" və "Turizm bələdçiliyi", magistratura səviyyəsində isə 1 yeni ixtisaslaşma - "Tarix fənninin tədrisi metodikası və metodologiyası" üzrə kadr hazırlığına başlanılmışdır.
Elmi nəşrlərdə dərc edilən əsərlərə görə əməkdaşların mükafatlandırılması universitetdə elmi fəaliyyətin genişlənməsi, nüfuzlu yerli və beynəlxalq elmi jurnallarda dərc edilən məqalələrin sayının artması ilə nəticələnmişdir. 2022-ci il ərzində MDU əməkdaşlarının 92-si Azərbaycanda, 58-i xaricdə olmaqla, ümumilikdə 150 məqaləsi dərc olunmuşdur. O cümlədən 5 məqalə Web of Science bazasında, 3 məqalə isə Scopus bazasında indekslənən elmi nəşrlərdə çap edilmişdir. 
Bu dövrdə universitet idarəçiliyində çevik, şəffaf və rəqəmsal mexanizmlərin geniş tətbiqinə xüsusi diqqət göstərilmiş və vahid elektron idarəetmə platforması olan "Elektron Universitet" modelinin MDU-da tətbiq edilməsi məqsədilə hazırlıq işlərinə başlanılmışdır. Dünya və milli ali təhsil məkanında baş verən dəyişikliklər, universitetin strateji hədəfləri, qabaqcıl yerli və beynəlxalq təcrübə, müasir və daha səmərəli idarəetmənin təmin edilməsi zəruriliyi nəzərə alınaraq universitetin strukturunun təkmilləşdirilməsi məqsədilə MDU-da Rəqəmsal inkişaf və layihələrlə iş şöbəsi və Keyfiyyət Təminatı üzrə Komissiya yaradılmışdır. Bunlarla yanaşı, Mingəçevir şəhərinin tanınmış və nüfuzlu ziyalılarının təmsil olunduğu MDU-nun İctimai Nəzarət Şurasının üzvləri müvafiq tədbirlərə qoşulmaqla universitetin idarəçiliyinə fəal cəlb olunmuşlar.
MDU-da qarşılıqlı faydalı və strateji əhəmiyyətli əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Müvafiq dövlət qurumları, xarici nümayəndəliklər, ictimai birliklər, sənaye müəssisələri, yerli və xarici universitetlər, regional ümumtəhsil müəssisələri ilə işbirliyi, eləcə də beynəlxalq universitet birlikləri və beynəlxalq proqramlar çərçivəsində əməkdaşlıq MDU-nun missiyasının davamlı və daha keyfiyyətli şəkildə həyata keçirilməsinin təmin edilməsinə hədəflənmişdir. Hesabat dövründə Erasmus+ proqramı çərçivəsində MDU-nun koordinatorluğu ilə hazırlanmış  layihənin maliyyələşdirmə üçün qəbul edilməsi və 3 yeni layihə üzrə tərəfdaşlığa başlanılması, Beynəlxalq Universitetlər Assosiasiyasına və onun İdarə Heyətinə üzvlük, eləcə də Dünya Rektorlar Forumunda təmsilçilik regionu təmsil edən ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlığında önəmli hadisələr kimi dəyərləndirilə bilər.
Beləliklə, qeyd edilən istiqamətlər üzrə işbirliyinin inkişaf etdirilməsi universitetdə mövcud potensialın gücləndirilməsi, idarəetmə, tədris və tədqiqat fəaliyyətlərinin müasir tələblərə uyğun təkmilləşdirilməsi işinə töhfə verərək modernləşmə yolunda MDU-nun strateji hədəflərə doğru irəliləməsinə mühüm zəmin yaradır.

Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!